HAZIR OLUN! Azərbaycanda minlərlə ailə cərimə ödəyəcək

HAZIR OLUN! Azərbaycanda minlərlə ailə cərimə ödəyəcəkMilli Məclisdə "Telekommunikasiya haqqında" Qanuna əlavə və dəyişikliklər təklif edilib. Belə ki, yeni dəyişikliyə görə, SİM kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulacaq.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz cebhe.info-ya açıqlamasında bildirib ki, bu dəyişikliklər müəyyən problemlər yaradacaq:

"SİM kartın daimi istifadə üçün başqasına verilməsi qadağan olunacaq. Bu, ciddi məsələdir. Amma Milli Məclis yenə də maraqlı tərəflərin iştirakı ilə heç bir ictimai müzakirə təşkil etmir. Artıq adi hala çevrilib ki, ciddi ictimai əhəmiyyət kəsb edən, vətəndaşların hüquq və azadlıqları ilə əlaqəli məsələlər bir anda dəyişikliyə məruz qalır. Düşünürəm ki, bu dəyişiklik də müəyyən problemlər yaradacaq".

Osman Gündüz bu dəyişikliklərin xeyli ailə üçün problem yaradacağını qeyd edib. "Gizli deyil ki, əksər ailələrdə uşaqlarda, ailənin hansısa üzvündə olan mobil telefon nömrələri, həmçinin də yaşlı sakinlərin əksərinin nömrələri ailənin başqa bir üzvünün və ya tamamilə başqa bir şəxsin adına sənədləşdirilib. Yəni, valideyn uşağına telefon alanda təbii ki, nömrəni- SİM kartı öz adına sənədləşdirib. İndi sual olunur ki, bu qanun qəbul olunandan sonra valideynlər məsuliyyətmi cəlb olunmalıdır? Təbii ki, əgər qanun bunu qadağan edəcəksə, onda yeni cərimələr də müəyyən olunacaq. Belə çıxır ki, əksəriyyət ailələr yeni cərimələr ödəməyə hazırlaşmalıdır".

Ekspertin sözlərinə görə, bir müddət bundan öncə nömrə satışı ilə bağlı hökumətin yeni qaydaları müəyyən olunub. Həmin qaydalarda nömrə alanla bağlı məlumatların elektron bazaya daxil edilməsindən və e-Gov Portalına inteqrasiyasından söhbət gedirdi. Ekspert qeyd edib ki, təklif olunan dəyişikliklərlə hökumət bunu daha da sərtləşdirmək xətti götürüb: "Əlbəttə, SİM kartların əldə edilməsinin bəlli bir mexanizminin olması, bəlli yerlərdə satılması cəmiyyətin təhlükəsizliyi və cinayətlərin qarşısnın alınması, həmçinin də konkret abonentə bağlanan nömrə ilə müxtəlif xidmətlərin daha effektiv formada əldə edilməsi baxımından anlaşılandır. Digər tərəfdən isə sirr deyil ki, cinayət, terror etmək istəyən elə internetin imkanlarından da istifadə edərək bunu reallaşdıra biləcəksə və ya hansısa cərimələrlə bu tip addımların qarşısını almaq mümkün deyilsə, onda bu dəyişikliklərin o qədər də effektiv olacağı şübhə doğurur".

Osman Gündüz hesab edir ki, mobil nömrənin deyil, mobil avadanlığın İMEİ nömrəsinin qeydiyyatı ilə bağlı mövcud sistemdən istifadə edilməsi və abonentin identikləşdirməsinin də mobil operatorlar vasitəsilə gerçəkləşdirilməsi daha effektiv olardı. O.Gündüzün sözlərinə görə, avadanlıqlara qoyulan qadağalarla bu məsələni nəzarətdə saxlamaq olar: "İMEİ məsələləri var, yəni nömrə deyil, avadanlıqlara qoyulan qadağaya nəzarət etməklə müəyyən nəticələrə nail olmaq olar. Çünki hansısa bir istifadəçinin tanınması lazım olarsa, hüquq-mühafizə orqanları bu məsələni mobil operatorların özü ilə həll edə bilər. Bu cür addımın atılması əlavə xərclər tələb edəcək".

O.Gündüz hesab edir ki, bu dəyişikliklərə müvafiq olaraq nömrələrin alış-satışı ilə əlaqədar yəqin ki, mobil operatorlara müəyyən göstərişlər veriləcək: "Bu gündən sonra nömrələrin sənədləşməsi üçün daha sərt mexanizm yaradılacaq. O ki qaldı öncəki illərdə alınan nömrələrə nəzarət mexanizmi, bu, kifayət qədər çətin məsələdir. Qanun qəbul olunduqdan sonra yəqin ki, onun icrası ilə bağlı da hansısa proseslər nizamlanacaq". Ekspertin fikrincə, yeni dəyişikliklər kifayət qədər ciddi problemlərə yol açacaq: "Bu dəyişklik anlaşılmazdır. Sadəcə olaraq bir müddəa əlavə ediblər ki, cəmiyyət bu məsələni diqqətdə saxlasın, ictimai nəzarət olsun. İndiyədək şəxs aldığı nömrəni ailə üzvlərindən başqa birisinə verə bilirdi. Təbii ki istisna deyil ki cinayət məqsədi ilə SİM nömrələrdən istifadə edənlər var. Lakin bu prosesin qarşısını almaq üçün irəli sürülən təşəbbüsləri effektiv hesab etmirəm".

Xəbərlər     Baxılıb: 1880   Tarix: 18 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır

Gündəlik həyatda tez-tez müzakirə olunan suallardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu məsələ orqanizmin xüsusiyyətlərindən və qidalanma vərdişlərində

turlar.az

geyim necə seçməli geyim şəkilləri geyim və ayaqqabılar toy qabağı qas duzeltme gundelik burcler xinayaxdi haxista kosmetika dovsan baliq burcu vətən həsrəti qoğalın nağlı novruz hakıştası