HAZIR OLUN! "Kommunal xidmətlər bahalaşacaq "

HAZIR OLUN! "Kommunal xidmətlər bahalaşacaq "Tarif Şurasının müvafiq qərarı ilə "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti artırılaraq, 1 litr üçün 0,90 AZN müəyyən olunub. Bu digər sahələrə nə kimi təsir göstərəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Əli Məsimli Sonxeber.az-a açıqlamasında benzinin qiymətinin bahalaşmasının bütün sahələrə təsir edəcəyini bildirib.

Onun sözlərinə görə, benzinin bahalaşması nəqliyyatla bağlı sahələrdə qiymət artımına səbəb olacaq. O cümlədən nəqliyyatda daşınan məhsulların maya dəyərində artan məbləğ özünü büruzə verəcək.

Millət vəkili vurğulayıb ki, qiymət artımı olanda hərmişə əhali arasında panika təsiri yaranır. Sahibkarlar benzinin qiyməti bahalaşdığından digər məhsulların da qiymətini qaldırmağa çalışırlar. Bu bahalaşma xüsusən aztəminatlı təbəqənin nəqliyyatına, aldığı məhsulların qiymətinə təsir edəcək. Ümumiyyətlə benzinin qiymətini qaldırmağa bir əsas yox idi. Hansısa təşkilatların təsərrüfatsızlığının, idarəetmə meyarının aşağı səviyyədə olması bahalaşmaya gətirib çıxardı. Bu baxımdan onlar maya dəyərinin aşağı salınması istiqamətində işlər görsünlər ki, onların fəaliyyətinin mənfiliklərindən əhali əziyyət çəkməsin".

"Benzinin bahalaşması nəqliyyat xərclərinə birbaşa təsir göstərəcək və qiymət qalxacaq. Bu da öz növbəsində nəqliyyat sektorunda daşımaların qiymətini artıracaq. Daşımada qiymət artacaqsa dolayı yolla daşınan məhsulların, əhaliyə ən çox lazım olan məhsulların bahalaşmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə əhalinin aldığı məhsulların bahalaşmasına təsir edəcəksə deməli aztəminatlı təbəqənin əməkhaqlarının, pensiyalarının artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsinə ehtiyac var. Benzinin qiyməti qalxıbsa nəqliyyatın bütün sahələrində artım olacaq. Avtobus dəmiryol nəqliyyatında bahalaşma olacaq.Bu baxımdan maaşların pensiyaların artırılması istiqamətində əlavə tədbirlər görülməsi vacibdir".-Əli Məsimli deyib.

Millət vəkili benzinin bahalaşmasının kommunal xidmətlərə təsir edəcəyinə də münasibət bildirdi:

"Bu proses kommunal xidmətlərə dolayı yolla təsir göstərəcək və bu psixoloji təsiri ola bilər. Bu zəncirvari psroses kimi bir müddət sonra kommunal xidmətlərdə qiymətlərin artmasına təsir göstərəcək".

Xəbərlər     Baxılıb: 6186   Tarix: 15 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

donlar 2026 gözəllik məhsulları sade makiyaj sekilleri dostluq haqqında atalar sözləri parket döşəmələr baliq qulagi yeni dogulmus korpeye lazim olan esyalar kosmetika sevda englishdilində qulaq toy gecesi novruz olumu