HDP-ni dəstəkləyən aktrisanın əri narahatdır
Müğənni Kənan Doğulu aktrisa həyat yoldaşı Beren Saata görə narahatdır.
Buna səbəb ötən gün HDP-ni dəstəklədiyi üçün ülkücülərin Beren əleyhinə "Ziyagil köşkü" qarşısında etiraz aksiyaları keçirmələridir.
Daha əvvəl də müxtəlif qruplar tərəfindən şantaj olunan xanımının təhlükəsizliyindən narahat olan Kənan ona cangüdən tutmaq fikrindədir.
Bundan başqa, Beren Saat üçün çəkiliş meydançalarında da təhlükəsizlik tədbirlərinin görüləcəyi bildirilir.
Beren sosial şəbəkələrdə onu ölümlə təhdid edənlərin kimliyinin müəyyən edilməsi üçün polisə də müraciət edəcək.
f Paylaş