Həbs olunduğu deyilən aktrisa qala gecəsində - FOTOLAR
Haqqında həbs qərarı çıxan türkiyəli aktrisa Gizem Karaca qala gecəsində iştirak edib.
BiG.AZ xəbər verir ki, o, "Hürkuş: Göklerdeki Kahraman" filminin nümayişinə qatılıb.
Aktrisa haqqında çıxan həbs xəbərlərindən danışıb. O bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verib:
"4 il əvvəl olan məsələdir. Vəkilim lazım olan açıqlamaları verib".
Qeyd edək ki, Gizem Karaca haqqında narkotik maddələrin ticarəti ilə məşğul olduğuna görə 4 il 2 ay müddətinə həbs qərarı çıxarılıb.