Heç bir faydası olmayan on mənasız TƏSƏLLİ

Heç bir faydası olmayan on mənasız TƏSƏLLİKulis.Az heç bir faydası olmasa da klişe kimi dilimizdə daim dolanan on təsəllini təqdim edir.

Sən daha yaxşısına layiqsən – Guya əla təsəllidir. Yaxşı kimdir, pis kimdir? Bu bölgünü necə aparır axı? Əslində bu təsəlli daha çox əsəbləşdirir adamı. Demək səni tərk edən daha yaxşı deyilmiş. Həm də elə deyirlər ki, elə bil sevdiyin adamı təpədən-dırnağa tanıyırlar.

Dünya qızla doludur – Hə, bu başqa məsələ. Bu cümlənin əllərindən öpmək olar. Metroda, avtobusda, universitetdə, iş yerində - hər yerdə qız var. Özü də statistikaya görə oğlanlardan daha çox. Görəsən, qızlara da belə deyirlər? Dünya oğlanla doludur. Hər halda gözəl təsəllidir. Ancaq bir məsələ də var axı. Dünyadakı qızların statistikasını bilmək gedən qızı qaytarmayacaq. Şair demişkən, onsuz da yaşamaq mümkündür, amma onunla bambaşqa olar.

Dərdin elə bu olsun! – Təsəlliyə bax! Başqa nə dərdim olacaq ki? Elə bil bunu deyən bütün dərdlərin anatomiyasını bilir! Dərd gələndə batmanla gəlir axı! Nə fərqi var, dərd bir olur, ya iki! Dərd elə dərddir.

Canın sağ olsun – O boyda pulun batsın, evdə uşaqlarının gözünə baxa bilmə, biri də gəlib desin ki, əşi, canın sağ olsun. Problemlər, qayğılar elə bil cana heç nə eləmir? Əsəb, stress, gərginlik nədən olur bəs? Canın sağ olsun deməklə iş bitmir. Gəl sən də bunları yaşa, görüm sonra deyə bilirsənmi bu cümləni.

İşdən çox iş var – Ən mənasız təsəllidir. İş tökülüb çölə, götürən yoxdur. Qırmızı yalan. Adam var neçə illərdir işsizdir. Bu da durub deyir ki, işdən çox iş var. Evdən çölə iş tapmaq ümidi ilə çıxırsınız, dostunuzla rastlaşırsınız, deyirsiniz ki, işdən çıxardıblar 5 ildir, o da cavabında deyir, işdən çox iş var, ürəyini sıxma. Reallıq isə tamam başqadır.

Vecinə alma – Olmur da olmur. İnsan deyilik? Birinin bir pis hərəkəti, sözü ürəyimizə toxunur. Vecinə almayanda da deyirlər, nə laqeyd, vecsiz adamsan. Elə ən yaxşısı qoy vecimizə alaq.

Ziyanın yarısından qayıtmaq da xeyirdir – Deməli, bir xeyli ziyan eləyə-eləyə gəlmisən, hər şeyi batırmısan, biri də qıraqdan deyir ki, qayıtsaq düzələr. Tale belə gətirib, ziyana düşmüsən. Eynən quyuya düşmək kimi. Biri də quyunun başında deyir ki, qayıt geri. Necə? Fizika qanunları da buna ziddir, qayıtmaq olmur axı, gərək iki qanad ola çiynində.

Başımızın sadağası olsun – Bir az da minnət var bu təsəllidə. Pul itirmisən, kimsə tapıb. O da kasıbın balası, gedib evə bir anlıq xoşbəxt olub. Bu nə minnətdir?

Axır qəminiz olsun! – Bəlkə də həmin nəslin yasına 100-cü dəfə gedir, yenə də deyir ki, axır qəminiz olsun. Bu qəm bitməz, ey fani. Mahnıda deyildiyi kimi, qəmsiz həyatın dadı-duzu olmur.

Həyatın qabaqdadır – Pah! Bu sanki Nostradamusdur. Nə bilirsən qabaqda nə var? Bəlkə heç qabaqda heç nə yoxdur? Bu yaşadığının adı "həyat" deyil?

BONUS: Onsuz da hamı öləcək.

Bunu adətən demirlər, amma yəqin ən yaxşı təsəlli budur.

Xəbərlər     Baxılıb: 1957   Tarix: 16 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

turlar.az

makiyaj instagram aksessuarlar gözəllik məhsulları badam ari mehsullari milli yemekler göyəm turşusu kosmetika hakisda aybawi vetene aid bayati badambura burclər