Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin

Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyinMüasir və sürətli həyat tərzində quru şampun bir çox insan üçün "xilasedici" vasitəyə çevrilib - bir neçə püskürtmə ilə saçlar daha təmiz və həcimli görünür. Lakin quru şampunu saç yumağın alternativi kimi istifadə etmək ciddi saç və baş dərisi problemlərinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə "HuffPost" məlumat yayıb.
Quru şampun təhlükəlidirmi?
Trixoloq Sara Hallaçyan izah edir ki, quru şampunun tərkibi özü-özlüyündə zərərli deyil, amma tez-tez istifadə olunduqda baş dərisində qalıq yığılması, qıcıqlanma və digər problemlərə yol aça bilər.
Quru şampun yalnız müvəqqəti həll kimi istifadə edilməlidir. Onun məqsədi saçdakı yağları udmaq, köklərə həcm vermək və saç düzümünü saxlamaqdır. Lakin davamlı istifadə baş dərisinin sağlamlığına zərər vura bilər.
Tərkibində nələr var?
Quru şampunların tərkibində tez-tez aşağıdakı maddələr olur:
Denatürləşdirilmiş spirt (etil spirti və əlavə maddələr qarışığı) - saç və baş dərisinin nəmini azaldır
Butan, izobutan və propan - məhsulun 70-90%-ni təşkil edir, tənəffüs üçün də təhlükəli ola bilər
Quru şampundan çox istifadə edəndə nə baş verir?
Baş dərisində məhsul yığılır və saç follikullarını tıxayır
Bu isə saçların çıxmasını zəiflədir, tökülməyə, qırılmalara və quruluğa səbəb ola bilər
Saç tipindən asılı olaraq, bəzi insanlarda yağlanma tez baş verir və tez-tez quru şampun istifadə olunur - bu isə problemi daha da artırır
İncə telli saçlarda yağ daha tez görünür, çünki yağ dəridə qalır. Qıvrım saçlar isə daha az yağlanır, çünki qurudur və yağı udur.
Əgər sizdə seboreya, kəpək və ya həddindən artıq quruluq kimi dəridə problemlər varsa, quru şampundan uzaq durmaq tövsiyə olunur - vəziyyəti daha da pisləşdirə bilər.
Quru şampunu gecə istifadə etmək olar?
Mütəxəssislər bildirir ki, quru şampunu yatmazdan əvvəl istifadə etmək məsləhət deyil. Çünki məhsul baş dərisində uzun müddət qalaraq:
Folikulları tıxaya,
Qıcıqlanmaya,
Sızanaqlara,
Pis qoxuya səbəb ola bilər.
Saç yuyulmadıqda və məhsul başdan çıxarılmadıqda, tər, yağ və tozla qarışaraq saç böyüməsinə mane ola bilər.
Quru şampundan necə düzgün istifadə etməli?
Saçları darayın - bu, təbii yağların bərabər yayılmasına kömək edir
Yalnız saç köklərinə püskürtün - qabı başınızdan 15-20 sm aralı tutun
3-5 dəqiqə gözləyin - yağın udulması üçün vaxt verin
Barmaqlarınızla və ya dəsmalla masaj edin
Artıq məhsulu darayın və ya fenlə (soyuq rejimdə) təmizləyin
Qısaca desək, quru şampun gündəlik vərdişə çevrilməməli, yalnız təxirəsalınmaz hallarda istifadə edilməlidir. Daimi təmizləmə və baş dərisinə qulluq isə sağlam və güclü saçların əsas şərtidir.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1731   Tarix: 01 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

yaz geyimleri 2026 yay geyimləri 2026 toy gecesi paltar olmaq çolkalı saç modelleri hamiləlik həftələri nar bilerziyi salati kosmetika rus dilin nece orenek gəncə 8 mart lakonizm baldıza aid hakışta