Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır

Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldırMüntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.
Medicina.az seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir.
1.Baş ağrıları, miqren
Alimlər baş ağrıyanda intim əlaqədən imtina edənlərlə mübahisə etməyə belə hazırdılar. Çünki məhz baş ağrıdıqda, xüsusən miqren və klaster formalı ağrılarda əksinə aktiv əlaqə faydalıdır. Seksual aktivlik o ağrıları azaldır.
Elmi araşdırmada 300 nəfər daimi miqren və 100 nəfər klaster baş ağrıları olan insanların sorğusunu keçirib. Onlar həmin şəxsrlərdən ağrılar zamanı intim əlaqədə olub-olmamalarını araşdırıb.
Onların əksəriyyəti etiraf edib ki, ağrı tutmaları zamanı o qədər pis olurlar ki, seks hayında deyillər və hətta qəzəblə imtina edirlər.
Lakin 30% xəstələr məhz güclü tutmalar zamanı əlaqə olduqlarını və təsirini sınadıqlarını bildirib.
Məlum olub ki, intim əlaqə miqren ağrıları 60% insanda azalıb, klaster ağrıları isə 40% xəstədə effekt verib.
Amma bir qrup insanda isə seksdən sonra vəziyyətlərinin daha da pis olması qeydə alınıb.
Nəticələr göstərib ki, seks daha çox miqren ağrılarında yaxşı təsir edir, klaster ağrılarını isə əksinə pisləşdirir.
Həm də bu effekt hər insanda ağrı dərəcəsinə və orqanizminə görə fərqlidir.
İstənilən halda seks baş ağrıları zamanı insanın fikrini yayındırır və qana adrelin verir. Ona görə dərmanlar kömək etmədikdə, bir dəfə də bunu yoxlayın
2.Qrip və soyuqdəymədə
Seks immuniteti qaldırır. Bunu alimlər araşdırıb.
Orqanizmdə xüsusi İgA immunoqlobulin antiteli var.
Məhz bu antitellər yerli immunitetin əsasıdır. Əgər bir insanda İgA aktivdirsə, o az xəstələnir, viruslarla mübarizə aparır.
Təcrübələr göstərib ki, həftədə 2 və daha artıq intim əlaqədə olan insanlarda A klass İgA antiteli 30% yüksək olur. Az və heç məşğul olmayan şəxslərdə isə bu antitel az olur.
Burdan belə nəticə çıxır ki, seks həqiqətən qripə, soyuqdəyməyə qarşı effektivdir, profilaktik təsir edir və immuniteti möhkəmləndirir.
3.Ürəyi qüvvətləndirir
Ürək ritminin dəyişməsi çox gənclərdə baş verir. Ürəyin yığılıb-açılması, qanı vurması nə qədər stabil olsa, bir o qədər ürək-damar sistemi sağlam olur.
Alman alimləri 50 kişi və qadını təhlil edib. Onlardan bir qismi mütəmadi sekslə məşğul olub, bir qismi evli idi, digər qismi isə yalnız masturbasiya məşğul olub.
İştirakçıların ürək ritminin dəyişikliklərini və təzyiqini ölçüblər.
Məlum olub ki, daimi partnyoru və evli olanlarda ürək ritmi variativliyi yüksəkdir və onlarda ürək qan damar sisteminin vəziyyəti yaxşıdır.
Evli olmayan, daimi intim əlaqəsi olmayan və ya masturbasiya edənlərdə isə əksinə ürək-damar sistemi zəif idi.
4.Depressiya və psixi pozulmalara qarşı
"Qanın niyə qaradır, bəlkə neçə vaxtdır əlaqədən uzaqsan?" – bu məşhur cümlə çoxlarına tanışdır. Əslində tibbi baxımdan həqiqət payı var.
Müntəzəm seks depressiyanın profilaktikası və psixi sağlamlığı qorumaq üçün əvəzsizdir. İnsanın həyatdan razılıq hissini artırır.
Britaniyada 2,5 min qadın üzərində aparılan araşdırma da göstərib ki, seksual aktiv, vaginal və oral sekslə məşğul olan qadınlar daha sakit, daha psixi sağlam idilər.
Alimlər qeyd edir ki, partnyorsuz, sadəcə masturbasiya ilə bu effekti almaq olmaz
5.Xərçəng əleyhinə
Bu qədəri də olmaz deyirsiz, amma elm ayrı fikirdədir.
Kişilərdə müntəzəm sağlam seks geniş yayılmış prostat vəzi xərçəngi riskini azaldır.
30 min kişini əhatə edən tədqiqatda eakulyasiyanın tezliyi ilə prostat xərçəngi arasında əlaqə öyrənilib.
Ayda 20 dəfə eakulyasiya, yəni boşalması olan kişilərdə demək olar ki, prostat xərçəngi nadir hallarda rast gəlinib. Ay ərzində 5-7 dəfə eakulyasiya olanlarda isə 35% prostat xərçəngi riski artır.
Qadınlarda isə müntəzəm seks süd vəzi və yumurtalıq xərçəngi riskini dəfərlərlə azaldır.
Heç intim partnyoru olmayan və ayda cəmi 1-2 dəfə əlaqəsi olan qadınlarda döş xərçəngi riski yüksəkdir.
Bəs seks yoxdursa, masturbasiya kömək edərmi?
Xeyr, masturbasiya bu deyilən effektləri vermir və keyfiyyətli seks demək deyil.
Alimlər qeyd edir ki, qadınlar prezervativsiz seksə üstünlük versinlər. Qorunma üçün dərmanlardan istifadə etsələr, intim əlaqədən daha çox faydalana bilərlər
Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldırSaglamolun.Az

Sağlamlıq     Baxılıb: 4682   Tarix: 29 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

qadin sayti adlarin menasi gözəllik məhsulları qas qalinlasmasi ucun maskalar aliment öhdəlikləri abdulla saiq usaq serleri asiq zulfiyenin oglunun toyu kosmetika qizliq perdesi ağır itki novruz bayramı kondom nedir rəksanə