Həkim açıqladı - Öldürücülüyünün artması barədə dəqiq məlumat yoxdur
Koronavirusun B1.1.7 variantı 14 genetik mutasiyanı birləşdirir. Virus daha yüngülləşib, yoluxuculuğu 70% artıb. Bu, qısa müddətdə daha çox insanın yoluxması deməkdir. Öldürücülüyünün artması barədə hələ dəqiq məlumat yoxdur. Amma yoluxuculuğun artması və çox insanları qısa müddətdə xəstələndirməsi xəstəxanaların yükünü artıra, dolayısıyla ağırlaşma və ölüm hallarının artmasına səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu sözləri Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova deyib. Həkim bildirib ki, ölkəmizə gəldikdə, hələ ki B1.1.7 bizim üçün təhlükə kəsb etmir:
"Ümid edək ki, tədbirlər sayəsində gəlib çıxmaz Azərbaycana. Mövcud virusun sürətli yayılması, xəstəxanaların dolması, personal çatışmazlığı, dərmanların hamı üçün əlçatan olmaması ən ciddi problemlərimizdir.
Yoluxma sayında ciddi azalma oldu, bu, sevindiricidir. Hər kəs özünü və yaxınlarını qorusun. Prezidentimiz ən yaxın zamanda kütləvi, pulsuz, könüllü vaksinasiyanın başlayacağını söylədi. O vaxta qədər qorunmaq ən güclü vasitədir. Kütləvi toplanmaqdan qaçın, maska taxın, əllərinizi tez-tez yuyun, məsafə gözləyin. Tanrı xalqımızı qorusun". (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röya Aygünün mahnısını oxuyacaq
Mənim daşım yaman ağırdır
İsveçli müğənni Avroviziyanı boykot etdi
Konsert məni qocaldır
Mumiya'nın dördüncü sezonu çəkiləcək
Rusiya Puqaçovanı ölkəyə qəbul edəcəkmi?
Murat Övüç azadlığa çıxdı
"Avroviziya Asiya" keçiriləcək
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
Aysel plastik əməliyyat etdirdi
Miri Yusifin "Üzbəüz"ü trend oldu