Həkim-infeksionist: "Omikron" variantının törətdiyi xəstəliyin "delta" ştamı ilə müqayisədə yüngül, ya ağır keçəcəyi bilinmir

Həkim-infeksionist: İki ilə yaxındır ki, dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə davam edir. Virusun tez-tez mutasiyaya uğraması, müxtəlif ştamların meydana gəlməsi onunla mübarizədə vəziyyəti bir az da çətinləşdirir. COVID-19 virusu mutasiyaya uğradıqca daha təhlükəli hala gəlməyə başlayıb. Virusun növbəti mutasiyası olan "omikron" (B.1.1.529) variantı təxminən 50 mutasiyadan keçir. Onun təqribən 30-una virusun tikanvari proteini də məruz qalır. Bu, daha təhlükəli, narahatedici xüsusiyyətdir. Çünki hazırlanan əksər peyvəndlər həmin tikanvari proteinin zərərsizləşdirilməsinə hədəflənir. Virus mutasiyaya uğradıqca onun orqanizmdəki anticisimlər tərəfindən tanınması xeyli çətinləşir. Bu da virusu daha yoluxucu edir və belə mutasiyalar infeksiyanın geniş yayılmasına gətirib çıxarır. Bundan əlavə, yeni variant güman olunduğuna görə, virusu asanlıqla tanıya bilən insan immun sisteminin bəzi mexanizmlərindən də keçə bilir. Əhalisinin əksər hissəsi peyvəndlənən ölkələrdə belə bu ştamın özünü necə aparacağı məlum deyil. Həmçinin yeni variantın törətdiyi xəstəliyin "delta" ştamı ilə müqayisədə yüngül, ya ağır keçəcəyi də bilinmir.
Milli.Az bildirir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.
L.Qalimovanın sözlərinə görə, COVID-19-un əvvəlki formalarında istifadə edilən dərmanlar xəstəliklə mübarizəyə kömək edirdisə, indi xəstələrin müalicəsində müəyyən çətinliklər yaranıb. Həmin dərmanlar müraciət edən xəstələrin çoxuna təsir etməməyə başlayıb. Buna səbəb bəzi xəstələrin əvvəllər lüzumsuz yerə, həkim məsləhəti olmadan həmin dərman preparatlarını qəbul etmələridir. Nəticədə onların orqanizmləri həmin preparatlara qarşı həssaslığını itirib. Buna görə də xəstənin sağalması və müalicəyə tabe olması çətinləşir. Hətta xəstələrin vəziyyəti daha da ağırlaşmağa doğru gedir. Pandemiyanın əvvəllərindən deyildiyi kimi, yanaşı xəstəliyi olanlar COVID-19 virusuna yoluxduqda onu daha da ağır keçirirlər. Həmin şəxslərin özlərini mütləq qorumaları və özbaşına müalicə almamaları tövsiyə olunur.
Mütəxəssis fikirlərinə belə davam edib: "Hazırda COVID-19-u üstələmək üçün əlimizdə ən effektiv üsul vaksindir. Müşahidə etdiklərimizə əsasən deyə bilərəm ki, bir ailədə vaksin olunan və olunmayanların koronavirusu keçirmə dərəcəsi fərqlidir. Belə ki, peyvənd olunmamış şəxsləri müalicə etmək daha çətindir. Vaksin olunanlar isə virusa yoluxsalar da, onu daha rahat formada keçirirlər. Onu da qeyd edim ki, virus hər dəfə mutasiyaya uğradıqca onu müalicə etmək daha çətin olur. Bu, təkcə bizim ölkədə deyil, digər ölkələrdə də belədir. Əhalisi vaksinasiya prosesində daha aktiv iştirak edən, gigiyena qaydalarına, sosial məsafə prinsiplərinə əməl edən, fərdi qoruyucu vasitələrdən düzgün istifadə edən ölkələrdə pandemiya ilə mübarizə daha uğurlu keçir. Ona görə də vətəndaşlarımıza tövsiyə edirəm ki, mütləq şəkildə peyvənd vurdursunlar. Ölkəmizdə əhali üçün dörd növ vaksin əlçatandır. Doğrudur, hədəf qruplarının 60 faizindən çoxu hər iki dozanı qəbul edib. Lakin hədəf 75-80 faizdir. Təyin olunan hədəfə çatmağa az qalıb. Bir az da fəallaşmalı, prosesə aktiv qoşulmalıyıq ki, ağırlaşma, ölüm halları azalsın, səhiyyənin üzərindən yük götürülsün. Digər xəstəliklərdən əziyyət çəkənlərə də istənilən diqqəti ayıra bilək. Bir neçə aydır ki, Azərbaycanda buster doza ilə də peyvəndlənmə aparılır. Üçüncü dozanı vurduran vətəndaşların sayı 850 mini ötüb. Nəticədə həmin şəxslərin immuniteti daha da güclənib. Səhiyyə Nazirliyinin tövsiyəsinə uyğun olaraq, risk qrupunda olan vətəndaşların üçüncü doza peyvənd vurdurması məsləhət görülür. Bundan başqa, hər kəsi qızıl qaydalara əməl etməyi, təmasları mümkün qədər azaltmağı tövsiyə edirəm. Bu, nəinki koronavirusdan, həmçinin payız-qış mövsümü üçün xarakterik olan digər respirator infeksiyalarından da qorunmağa kömək edəcək".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1760   Tarix: 01 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geymler 2026 toy gecesi yemek reseptleri xren yarpagi elaci 2026 geyim kolleksiyalari prostat kosmetika turpun nağlı xeyanet xanım az qiz evi anabaci