Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma

Ev heyvanı saxlamaq stressi artıra bilər - AraşdırmaEv heyvanlarının insan psixologiyasına müsbət təsirləri uzun illərdir elmi araşdırmalarla sübut edilsə də, mütəxəssislər bu münasibətin yaratdığı psixoloji yükə də diqqət çəkirlər.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, pişik və it saxlamaq tənhalıq hissini azaltmağa, sosial münasibətləri gücləndirməyə və ruh sağlamlığını yaxşılaşdırmağa kömək etsə də, onların gündəlik qayğısı, sağlamlıq problemləri və itirilməsi ilə bağlı yaşanan proseslər sahiblərdə stress və narahatlıq yarada bilir.
Araşdırmalar göstərir ki, ev heyvanları xüsusilə tək yaşayan insanlar və yaşlılar üçün mühüm sosial dəstək mənbəyidir. 
Bununla yanaşı, ABŞ-də keçirilən sorğunun nəticələrinə əsasən, ev heyvanı sahiblərinin 47 faizi heyvanlarını evdə tək qoyduqda narahatlıq yaşadıqlarını bildirib.
Ekspertlər qeyd edirlər ki, ev heyvanlarının ömürlərinin insanlara nisbətən daha qısa olması bir çox sahib üçün ağır itki və yas dövrünə səbəb olur. Bəzi hallarda bu itkinin yaratdığı emosional təsirin yaxın bir insanın itkisi qədər güclü hiss edildiyi vurğulanır.
Sorğuda iştirak edənlərin 41 faizi ev heyvanını tək qoymamaq üçün sosial tədbirlərdən imtina etdiyini, 70 faizi isə onlarla daha çox vaxt keçirə bilmək məqsədilə uzaqdan işləməyə üstünlük verdiyini deyib.
Mütəxəssislərin fikrincə, gündəlik qulluq, baytar xərcləri və digər məsuliyyətlər də ev heyvanı sahiblərində əlavə stress yaradan əsas amillər sırasındadır.
Mina Mikayılova

Xəbərlər     Baxılıb: 1057   Tarix: 14 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

maskalar hamilelikde qidalanma geyim necə seçməli dostluq haqqında atalar sözləri necə tez arıqlayım ariqlamaq ucun kofe hamiləlik hesablama kosmetika novruz bayramına aid novruz bayramına aid bakışta qiz evi faydalı maskalar tut ağacı tutdudu