Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi

Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildiYapon alimlərinin hazırladığı və itirilmiş dişlərin yenidən çıxmasını hədəfləyən eksperimental dərman insanlar üzərində test edilir. Siçanlar üzərindəki sınaqlarda uğurlu nəticələr verən bu müalicə metodu klinik mərhələləri də uğurla başa vurarsa, protez və implant istifadəsini böyük ölçüdə azalda biləcək inqilabi bir addım hesab olunur.
Milli.Az xəbər verir ki, Yaponiyanın "Toregem Biopharma" biotexnologiya şirkəti tərəfindən hazırlanan və hazırda TRG035 adı ilə tanınan dərman, diş itkisi yaşayan insanlarda dişlərin yenidən çıxmasını təmin etmək məqsədilə klinik sınaqlara cəlb edilib.
Bu müalicə uğurlu olacağı təqdirdə milyonlarla insan üçün protez və implantlara ehtiyac qalmayan yeni bir dövrün qapılarını aça bilər.
Mexanizm: Diş inkişafını boğan zülal hədəf alınır
Dərman bədəndə dişlərin formalaşmasını və inkişafını tormozlayan USAG-1 adlı xüsusi zülalı hədəf alır. Anti-cisim (antikor) əsaslı bu müalicə metodu həmin zülalın təsirini azaldaraq, orqanizmin təbii şəkildə yeni diş yaratma mexanizmini yenidən hərəkətə gətirir.
Siçanlarda uğurlu nəticələr
Tədqiqatçılar dərmanın anadangəlmə dişsiz olan siçanlarda yeni dişlərin çıxmasını uğurla təmin etdiyini açıqlayıblar. Bu uğurlu nəticədən sonra layihənin inkişafı üçün təxminən 5,3 milyon dollar investisiya toplanıb və sınaqlar insanlara keçirilib.
Kioto Universiteti Xəstəxanasında başlanılan "Faza 1" klinik sınaqları çərçivəsində dərman yetkin kişi könüllülər üzərində yoxlanılıb. İlkin mərhələnin yekun nəticələri hələ rəsmən açıqlanmasa da, şirkət artıq daha genişmiqyaslı "Faza 2" sınaqlarına hazırlaşır.
2030-cu il hədəfi
Alimlər klinik proseslərin rəvan və uğurlu keçəcəyi təqdirdə, dərmanın 2030-cu ilə qədər rəsmi istifadə icazəsi ala biləcəyini proqnozlaşdırırlar.
Müalicənin ilk növbədə anadangəlmə bir çox daimi dişi əskik olan və tibbdə "ağır konjenital hipodontiya" kimi tanınan xəstəlikdən əziyyət çəkənlər üçün tətbiqi planlaşdırılır.
Tədqiqatçılar bu metodun gələcəkdə diş əti xəstəlikləri, travmalar və ya digər fərqli səbəblərdən dişlərini itirən adi şəxslərdə də effektiv ola biləcəyini düşünürlər.
Layihənin baş tədqiqatçısı Dr. Katsu Takahasi yeni diş yetişdirməyin uzun illərdir stomatologiyanın ən böyük hədəflərindən biri olduğunu vurğulayıb: "Yeni dişlər yetişdirmək ideyası hər bir stomatoloqun xəyalıdır. Tələbəlik illərimdən bəri bunun üzərində işləyirəm və buna nail ola biləcəyimizə hər zaman inanırdım".
Buna baxmayaraq, bəzi mütəxəssislər bu metodun insanlarda gözlənilən nəticəni verib-verməyəcəyi barədə hələlik ehtiyatlı danışırlar. Müəyyən tədqiqatçıların fikrincə, bu müalicə növü böyümə və inkişaf çağında olan gənclərdə daha təsirli ola bilər, yetkin yaşlı insanlarda isə eyni nəticəni əldə etmək daha çətin olacaq.
Yaxın illərdə aparılacaq genişmiqyaslı sınaqlar bu suallara tam aydınlıq gətirəcək. Hər bir halda, uğurlu nəticə stomatologiya tarixində bir inqilab olacaq.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1038   Tarix: 13 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

sade makiyaj sekilleri toy gecesi qis geyimləri 2026 maraqlı faktlar qəlyanaltılar saç tökülməsi plov reseptləri kosmetika qadin.az qız bürcü azerbaycanli is adami amerikada gullelendi vətən haqqında atalar sözləri itburnu