Həkim: "İsti hava üç xəstəlikdən əziyyət çəkənlər üçün xüsusilə təhlükəlidir
Rusiyalı həkim-angionevroloq Yevgeni Şirokovun sözlərinə görə, isti hava hipertoniya, ürək çatışmazlığı və ateroskleroz xəstələri üçün xüsusilə təhlükəli hesab olunur.
Milli.Az oxu.az-a istinadən bildirir ki, qızmar günəş altında orqanizm çoxlu maye itirir və bunun yeri dərhal doldurulmalıdır.
Nəticədə, həmin vəziyyət ürəyin yüklənməsinə gətirib çıxarır.
"Ayaqlarda ödem yaranır, təngnəfəslik müşahidə olunur, arterial təzyiq artır. Bundan başqa, maye itkisi qanın qatılaşmasına səbəb olur", - deyə həkim xəbərdarlıq edir.
İsti hava ağciyərlərin xroniki xəstəliklərindən əziyyət çəkənlər üçün də təhlükəlidir. Buna səbəb tənəffüs hərəkətlərinin artması və ağciyərlərin təzyiqlə üzləşməsidir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir