Həkim məsləhəti: qanı dərmansız necə təmizləmək olar?

Həkim məsləhəti: qanı dərmansız necə təmizləmək olar? Tibb işçilərinin qənaətinə görə, qida rasionunda maqneziumun miqdarının artırılması ağır dərman preparatları olmadan qan damarlarının xolesterindən təmizlənməsinə səbəb olur. 
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, adı çəkilən mineralın təsiri altında hətta ürəyin işi də yaxşılaşa bilər.
Maqneziumla zəngin qidalar plazmada xolesterinin ümumi miqdarının azalması sayəsində ürəyin müdafiəsi funksiyasını yerinə yetirə, həmçinin qanda askorbin turşusunun səviyyəsinin artmasına səbəb ola bilər.
Həkimlər bildirirlər ki, maqneziumun səmərəsi şəkərli diabetə tutulmuş siçovullar üzərində aparılmış təcrübələr zamanı yoxlanılıb. Məlum olub ki, bu mineralın təsiri statinlərin təsiri ilə müqayisə oluna bilər. Belə ki, maqnezium "pis" xolesterinin damardaxili çökməsinin qarşısını alır. Bu mikroelementin çatışmazlığı isə xolesterinin intensiv yaranması ilə səciyyələnir.
Odur ki, ekspertlər tərkibində maqnezium olan məhsullardan - banan, əncir, qoz, günəbaxan tumundan istifadə etməyi tövsiyə edirlər. Mütəxəssislər xatırladırlar ki, orqanizmin kifayət qədər maqnezium alması həmçinin qan təzyiqinin tənzimlənməsi üçün vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2296   Tarix: 11 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ağırlıq qaldıranlar daha uzunömürlü olur

Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır.  xəbər verir ki, həftədə 90 dəqiqədən iki saat

.

Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?

Saçların hər gün daranmasının zərərli olub-olmaması uzun müddətdir müzakirə olunan mövzulardandır. Mütəxəssislərin fikrincə, saçları düzgün şəkildə daramaq faydalı olsa da, həddindən artıq və sərt daraq istifadəsi saç tellərini

.

Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər

Xörək duzu maddələr mübadiləsinin normal gedişində, sinir və əzələ fəaliyyətində, həmçinin orqanizmdə maye balansının qorunmasında mühüm rol oynayır. xəbər verir ki, həkimlərin sözlərinə görə, yetkin insanların gündəlik minimu

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Bu şəxslərin beyni daha gec YAŞLANIR

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. -ın məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanmas

.

Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir

"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə bilər". xəbər verir ki, bu barədə terapevt Anna Furqal TASS-a açıqlamasında səhərlər geniş yayılmış bu vərdişin sağlamlığa mənfi təsir göstərə biləcəyin

.

Nə velosiped, nə də yürüş: Ürəyi gənc saxlamağın yolu evdə imiş

Yaş artdıqca bədən sağlığını qorumaq naminə ağır olmayan fiziki fəaliyyətlərə üstünlük verilməsi halları çoxalır. Uzun illər boyu mütəxəssislər tərəfindən yaşlı nəsil üçün sürətli yeriş və ya velosipedlər ilk sırada tövsiy

.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər

.

Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?

Sağlam həyat sürmək bədənin bütün sistemlərinin tam bir uyğunluq içində işləməsi ilə mümkündür. Lakin gündəlik qaçaqovdu zamanı qəfildən yaranan və insanı narahat edən bəzi fiziki simptomlarla tez-tez qarşılaşırıq. Bu simptomla

turlar.az

hamilelikde qidalanma kosmetika mehsullari toy gecesi tanışlıq saytı maraqli pecenyeler hamiləliyə hazırlıq veten haqqinda bayatilar kosmetika lakonizm burcler ekizler sağlamlıq bedii edebiyyat