Həkim-nevroloq: Altsheymer xəstəliyi qadınlar arasında daha çox yayılıb

Həkim-nevroloq: Altsheymer xəstəliyi qadınlar arasında daha çox yayılıbAltsheymer xəstəliyinin risk faktorları arasında yaş və gender ön sıralardadır. Araşdırmalara əsasən, 65 yaşdan yuxarı şəxslərin həmin xəstəliyə yoluxma riski daha yüksəkdir. Bununla yanaşı, Altsheymer xəstəliyinə yaşı 65-dən aşağı olanlarda da rast gəlinir. Təəssüf ki, Altsheymer xəstəliyi başlanğıc mərhələdə xəstə və yaxınları tərəfindən müəyyən edilə bilmir. Xəstəlik adətən gec başladığı və 60-65 yaşlarına təsadüf etdiyi üçün, həmin xəstələrin unutqanlığı, yorulması yaşla əlaqədar rutin hal kimi qəbul olunur. Lakin bir müddət sonra xəstə iş yolunu, qazı söndürməyi, yaxınlarının adlarını unuda bilir. Yalnız bu simptomların kəskinləşdiyi dövrdə xəstələr həkimə müraciət edirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Respublika Klinik Xəstəxanasının həkim-nevroloqu Aytən Hüseynova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin feysbuk səhifəsində Altsheymer xəstəliyi barədə danışarkən deyib.
Həkim-mütəxəssis qeyd edib ki, qadınlar arasında Altsheymer xəstəliyi kişilərə nisbətən daha çox yayılıb: "Bunun səbəbi qadınların ümumi yaşam müddətinin kişilərlə müqayisədə daha çox olmasıdır. Yəni, yaşlı qadınların sayı yaşlı kişilərdən daha çoxdur. Altsheymer yaşı 65-dən aşağı olanlarda irsi xəstəlik kimi baş qaldıra bilər. Əgər birinci dərəcəli qohumlardan kimsə bu xəstəlikdən əziyyət çəkibsə, həmin şəxsdə xəstəliyin aşkarlanması riski digərləri ilə müqayisədə iki dəfə çoxdur. Yəni, irsi faktoru mütləq nəzərə almaq lazımdır. Həmçinin şəkərli diabet xəstələrinin, hipertensiyası və ya kəllə-beyin travması olanların da Altsheymer xəstəliyinə tutulma ehtimalı yüksəkdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1193   Tarix: 28 noyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

həkim məsləhəti makiyaj instagram yay kolleksiyasi günay musayeva nagillar uz ucun cavanlasdirici maskalar südlü şirniyyat kosmetika oxu az oyunlar naz mila geyim sanamalar