Həkim-nevropatoloq: Uşaqları tiklərinə görə danlamaq problemi kəskinləşdirə bilər

Həkim-nevropatoloq: Uşaqları tiklərinə görə danlamaq problemi kəskinləşdirə bilərTik uşaqlarda əzələ sıxılması nəticəsində anidən əmələ gələn qeyri-ixtiyari hərəkətlərdir. Tiklərə müxtəlif yaşlarda rast gəlinsə də, 7-12 yaşlı uşaqlarda daha çox müşahidə edilir. Xəstəliyin yaranmasında genetik amillərlə yanaşı ətraf mühit faktorlarının, stres, qorxu və ailə dəxilində baş verən arzuolunmaz pisoxoloji vəziyyətlərin təsiri çoxdur. Tiklərə qızlarla müqayisədə oğlanlarda daha çox rast gəlinir. Tiklər motor və vokal olmaqla 2 yerə ayrılır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-nevropatoloq Elşən Qarayev uşaqlarda rast gəlinən tiklər barədə məlumat verib.
Həkim-nevropatoloq motor və vokal tiklərin fərqlərindən danışıb: "Motor tiklər zamanı üzdə, gözdə, çiyində və ya qolda qeyri-ixtiyari hərəkətlər baş verir. Bu zaman uşaq qaşlarını qaldırır, gözünü qırpır, ağız-burun bucağını bükür, başını silkələyir və s. hərəkətlər edir. Vokal tiklər zamanı isə xəstə qeyri-iradi olaraq müxtəlif səslər çıxarır. Məsələn boğazı təmizləmək, öskürmək və üfürmək kimi səslər vokal tiklərə xasdır. Mürəkkəb vokal tiklərə isə başqasının və ya öz sözünü yenidən təkrarlamaq, ədəbsiz sözlər işlətmək aiddir".
E.Qarayevin dediyinə görə, əgər uşaqda motor və vokal tiklərə, eyni zamanda, rast gəlinirsə və tiklər bir ildən çox davam edirsə, bu, turet sindromu adlanır: "Turet sindromu zamanı uşaqlarda yanaşı psixoloji pozuntular da müşahidə edilir. Belə xəstələrdə yanaşı olaraq obsessiv-kompulsiv pozuntulara, diqqət çatışmazlığı və hiperaktivliyə rast gəlinir. Turet sindromundan əziyyət çəkən uşaqların, həmçinin dərs öyrənmə çətinliyi də olur. Nəzərə almaq lazımdır ki, belə oxşar əlamətlərə başqa xəstəliklərdə də rast gəlinə bilər. Ona görə də absans epilepsiyası, müxtəlif allergik simptomlar, üz spazmı, distansiya və fərqli stereotip hərəkətlər mütəxəssis tərəfindən qiymətləndirilib tiklərdən fərqləndirilməlidir. Unutmayaq ki, tiklər qeyri-iradi olaraq baş verir. Ona görə də, uşaqları tiklərinə görə danlamaq və ya tənqid etmək doğru deyil. Bu, problemin daha da aqressivləşməsinə səbəb ola bilər. Əgər övladınızda həmin simptomlar aşkar olunarsa, onların psixoloji vəziyyətini mütləq yoxlamaq lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1016   Tarix: 29 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari