Həkim-pediatr: Uşaqların bədənində əmələ gələn səpkilər COVID-19-un əlaməti ola bilər

Həkim-pediatr: Uşaqların bədənində əmələ gələn səpkilər COVID-19-un əlaməti ola bilərDərisində səpkilərin yaranması ilə yanaşı, uşağın bədən temperaturu da yüksəkdirsə, bu, yoluxucu xəstəliyin simptomu ola bilər. Valideynlər adətən bunu allergiya adlandırsalar da, belə deyil. Allergiya zamanı da hərarət yüksəlir, lakin qısa müddət və kəskin halda davam edir. Bir sözlə, bu hal bir neçə xəstəliyin xəbərçisi ola bilər. Həmçinin tibbin gündəmi olan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnən uşaqların bədənində səpkilər əmələ gəlir. COVID-19-un ağırlaşması hesab edilən Mis-C sindromu da kavasaki sindromu ilə oxşardır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər həkim-pediatr Aytən İsmayılzadəyə məxsusdur.
Uşaqlarda səpki və hərarətlə müşayiət olunan virus xəstəlikləri barədə danışan həkim-mütəxəssis deyib: "Hərarətli günlərdən sonra ağız ətrafında yaranan səpkilər uşağın əllərinə və ayaqlarına da yayılır. Körpələrdə isə səpkilər hətta bütün ayaq və qolu, ağız, dil və boğazı da əhatə edə bilər. Bu, koksaki virusunun əlamətidir. Koksaki virusu zamanı yarana səpkilər gövdəyə yayılmır. Xoralaşmağa meyilli və göynədici səpkilərdir. Belə olan halda, səpkiləri aradan qaldırmaq üçün xüsusi tədbir görməyə ehtiyac yoxdur, bir həftə ərzində səpkilər öz-özünə yox olur. Hətta böyük yaşlı (6-7) uşaqlar koksaki virusuna yoluxduğu zaman onlarda hərarət yüksəlməyə bilər.
Əgər yüksək hərarət davam etdikcə gözlər qızarırsa, bütün bədəndə, xüsusilə də gövdə və gövdəyə yaxın yerlərdə sıx yerləşmiş xırda və tikan kimi səpkilər varsa, bu, qızılca virusunun əlaməti ola bilər. Qızılcaya yoluxduğu zaman uşaq özünü çox narahat və halsız hiss edir və bədəm temperaturu yüksəlir.
Uşağın bədən temperaturu çox az yüksəldikdə və ya normada olduğu halda belə bədəni səpirsə və bu səpkilər saç kökləri olan hissədən başlayıb bədənə yayılırsa, su çiçəyi virusundan şübhələnmək lazımdır. Su çiçəyi virusuna görə bədənə yayılan səpkilərin içi sulu olur və güclü qaşıntı verir. Həmin virus uşaqlarda ağırlaşmalara səbəb ola bilər. Ona görə də mütləq ehtiyatlı davranmaq lazımdır".
A.İsmayılzadə, həmçinin səpkilərə səbəb olan digər virus infeksiyaları barədə də məlumat verib. O bildirib ki, hərarət olmadan yaranan sulu səpkilər sonradan kənarlara doğru dərini açaraq yayılır, sulanır, üstü kərtmək bağlayır və artırsa bu "sarı yara"dan xəbər verir. Belə streptodermiya və ya impetiqo xəstəlikləri mikrob mənşəli olduğu üçün müalicəsi antibiotiklər vasitəsilə aparılır.
Uşağın hərarətinin yüksəlməsi ilə yanaşı, onun boyun limfa düyünləri böyüyür, özünü halsız his edir və solğun dəri üzərində xırda səpkilər yaranırsa, bu, məxmərək ola bilər. Qızılca kimi məxmərək də ağırlaşmaya səbəb ola bilər, ona görə də bu simptomlar müşahidə edilən zaman həkim-mütəxəssisə mütləq müraciət etmək lazımdır.
Hərarət fonunda çox halsızlıq, limfa düyünlərinin şişməsi, güclü boğaz ağrısı, qaraciyərin böyüməsi və yanaşı olaraq səpkilər müşahidə edilirsə, infeksion mononukleoz xəstəliyindən şübhələnmək olar. Həmin xəstəliyə yoluxan uşaq infeksionist tərəfindən müayinə və müalicə olunmalıdır".
Həkim-mütəxəssis uşaqlarda rast gəlinən skarlatina və rozeola virus infeksiyaları barədə danışıb.
"Uşağın bədəni, hətta əllərinin içi və ayağının da səpirsə, dili, yanaqları və boğazı qıpqırmızıdırsa, skarlatinaya yoluxmuş bilər. Həmin uşaqların ilk həftə ərzində antibiotik qəbul etməsi mütləqdir. Bu xəstəlik ürək və böyrəklərdə ciddi fəsadlara səbəb ola bilər. Bundan başqa, uşaqların bədənində 3-5 gün davam edən yüksək hərarətdən sonra əmələ gələn ləkəli və solğun səpkilər rozeola xəstəliyinin əlamətləridir", - deyə həkim-pediatr əlavə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1137   Tarix: 29 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari