HƏKİM XƏBƏRDARLIĞI: Öskürək əleyhinə siropları uşaqlara verməyin

HƏKİM XƏBƏRDARLIĞI: Öskürək əleyhinə siropları uşaqlara verməyinHavalar bir azca soyuyan kimi uşaqların çoxu öskürməyə başlayır. Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atırlar.
Öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil. Bəzən düzgün nəfəs almamağın, virusun, allergiyanın da nəticəsi ola bilər.
Öskürək tənəffüs yollarına düşmüş yad maddələrə qarşı əmələ gələn bədənin özünümüdafiə mexanizmidir. Virusların, bakteriyaların hücumuna məruz qalaraq, yaxud allergen reaksiya kimi tənəffüs yollarında seliyin miqdarı artır, bundan da qurtulmaq üçün orqanizm öskürək reaksiyası verir. Valideynlərin də çoxu uşağın öskürdüyünü görən kimi əsas səbəbi öyrənmədən aptekə gedərək əczaçının məsləhət gördüyü dərmanı, siropu alıb uşağa verməyə başlayır. Bəzən bu özbaşına müalicə təsadüf nəticəsində müsbət təsir göstərir, bəzənsə öskürək azalmaq əvəzinə, daha da artır.
Pediatr Günay Rəsulova bildirib ki, həkim məsləhəti olmadan aptekdən öskürək əleyhinə dərman alıb uşağa içirtmək yolverilməzdir. İlk növbədə öskürəyin yaranma səbəbi tapılmalıdır: "Öskürəyin yaranma səbəbləri arasında tənəffüs sistemi xəstəlikləri - sinusit, bronxit və pnevmoniya, mədə-bağırsaq xəstəlikləri - reflyuks, ağciyərlərin irsi, anadangəlmə xəstəlikləri, anomaliyaları, vərəm, allergik xəstəliklər, astma və başqa xəstəliklər dura bilər. Ona görə də öskürək başlayan zaman əsas səbəbi tapıb, ona uyğun müalicə aparılmalıdır. Öskürək əleyhinə nəzərdə tutulmuş siropları uşaqlara verməzdən öncə mütləq həkimlə məsləhət edin. Yerli-yersiz istifadə edilən "öskürək siropları" öskürəyi daha da artıra, körpələrdə isə obstruksiya, boğulma verə bilər. Öskürəyi olan uşaq pediatr tərəfindən müayinə olunub, uyğun müalicə təyin edildikdən sonra belə, öskürək bir müddət, hətta 2 aya qədər də davam edə bilər. Odur ki, müalicənin effektini gözləyərək, əlavə dərman preparatlarının istifadəsinə tələsməmək lazımdır".
Həkimin sözlərinə görə, öskürəyi olan uşağa kömək etmək məqsədilə bol maye verilməsində fayda var. Su ən yaxşı bəlğəm durulaşdırıcıdır, uşağın vəziyyətinin yüngülləşməsində çox kömək olur. Bundan başqa, uşaqları çox ağır öskürəklə özünü büruzə verən göyöskürək kimi infeksion xəstəliyindən qorumaq üçün peyvəndlər mütləq edilməlidir.
Lent.Az

Xəbərlər     Baxılıb: 2292   Tarix: 20 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Aspirin xərçəng riskini azaldır?

Aspirin uzun illərdir əsasən ağrıkəsici və qan durulaşdırıcı kimi istifadə olunsa da, onun xərçənglə bağlı mümkün təsirləri də alimlərin diqqət mərkəzindədir. xəbər verir ki, "University of Oxford"də aparılan bəz

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?

"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər". xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərin

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

donlar 2026 qadin dunyasi qis geyimləri 2026 nişan və evlilik süni mayalanma pirojnalar hakista xina kosmetika seksler cinsi hesaplama bürcler vusale elizade