Həkimdən bəzək məqsədilə taxılan eynəklərlə bağlı XƏBƏRDARLIQ

Həkimdən bəzək məqsədilə taxılan eynəklərlə bağlı XƏBƏRDARLIQEynək dedikdə insanın ağlına ilk olaraq daha çox optik və yaxud gün eynəkləri gəlir. Ancaq eynəklərin müxtəlif növləri var. Son vaxtlar bəzək məqsədilə satılan şəffaf şüşəli eynəklərin istifadəsi daha da artıb. Hətta bəzi xarici onlayn alış-veriş platformalarında belə eynəklər 3-4 manata satılır.
Maraqlıdır ki, heç bir optik özəlliyi və yaxud qoruyuculuğu olmayan bu eynəklərin gözə ziyanı var?
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, oftalmoloq Kəmalə Mustafazadə aksesuar məqsədilə taxılan bu eynəklər barədə bəzi xəbərdarlıqlar edib, önəmli məqamları açıqlayıb. O bildirib ki, bu eynəklərin gözə ziyanı olub-olmaması bəzi faktorlardan asılıdır:
"Şüşə keyfiyyətsiz və optik qüsurlu olarsa, gözləriniz yorular və baş ağrısı kimi problemlərə səbəb ola bilər. Həmişə optik dükanlardan və ya sertifikatlı istehsalçılardan alınmış keyfiyyətli eynəklərə üstünlük vermək lazımdır.
Gündəlik istifadə üçün nəzərdə tutulmuş eynəklər, xüsusilə açıq havada istifadə edilirsə, ultrabənövşəyi (UV) şüalardan qoruma təmin etməlidir. Çünki UV qorumasız eynəklər gözlərə ziyan verə bilər".
Həkim qeyd edib ki, əgər eynəklərin şüşəsi optik keyfiyyət daşımırsa, yəni adi plastik materialdan hazırlanıbsa, görüntünü təhrif edə bilər. Bu, gözlərdə yorğunluq yaradır.
"Eynəklər üzünüzə rahat oturmalı və gözlərinizin təbii hərəkətinə mane olmamalıdır. Çox dar və ya ağır eynəklər narahatlıq yarada bilər".
Bəs eynəyin bəzək məqsədilə taxılması düzgündürmü?
"Bəzək məqsədilə şüşə eynək taxmaq düzgündür və bu, şəxsi zövqə bağlıdır. Lakin bunun zərərsiz olması üçün keyfiyyətli şüşə materialından istifadə edilməlidir. Həmçinin gözlərdə yersiz təzyiq və ya əlavə işıq qırılmalarına səbəb olmamalıdır. Əgər gözləriniz həssasdırsa və ya artıq görmə problemləriniz varsa, uzun müddət belə eynək taxmaq məsləhət deyil", - deyə oftalmoloq qeyd edib.
Kəmalə Mustafayeva sonda fikirlərini yekunlaşdırarkən deyib ki, belə eynəkləri təkcə gözəllik üçün deyil, həm də gözlərinizi zərərli təsirlərdən qorumaq üçün düzgün seçmək önəmlidir:
"Keyfiyyətli və təhlükəsiz məhsul seçimi hər zaman daha sağlamdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1321   Tarix: 26 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yay geyimləri 2026 geyim və ayaqqabılar qadin dunyasi qara qaragatin faydalari cinsi sağlamlıq emulqatorlar qadın və kişi kosmetika əqrəb efsaneler heyati dolça qadin saglamlig