Həkimdən evdə özbaşına sistem qoşanlara ŞOK XƏBƏRDARLIQ: Çəkiniz 70 kq-dırsa...

Həkimdən evdə özbaşına sistem qoşanlara ŞOK XƏBƏRDARLIQ: Çəkiniz 70 kq-dırsa...həkimlərin bəzisi sistem qoşmağı məsləhət görür, bəziləri isə deyir adi sudu da, su için. Nə edək?
Əvvəlcə onu deyim ki, kişilərin bədəninin 60%-i, qadınların isə 50%-i sudan ibarətdir. Su həm həlledicidir, qida və oksigen onda həll olunub hüceyrələrə daşınır, maddələr mübadiləsinin son məhsulları da onun vasitəsilə bədəndən uzaqlaşdırılır. Su həm də kimyəvi reaksiyaların düzgün surətdə getməsi üçün lazım olan bədən temperaturunun normal qalması üçün lazımi miqdarda olmalıdır. Sizdə su az olarsa, qızdırmanı sala bilməzsiniz. Odur ki, susuz xəstəyə sistem qoşulanda o sanki dirilir, yaxşılaşır, buna görə xalqımız sistemi çox sevir.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, sistem faydalı olsa da, bilmək lazımdır ki, artıq su çox böyük problem yarada bilər.
Həkimdən evdə özbaşına sistem qoşanlara ŞOK XƏBƏRDARLIQ: Çəkiniz 70 kq-dırsa..."Ürək artmış qan həcmini dövr etdirməkdə çətinlik çəkər və ağciyərlərə maye yığışar, onsuz da iltihabi ağciyərlər ödemə düşməyə bəhanə axtarır. Xəstəyə maye qoşulduqda iki strategiya var. Liberal (gen, bol) və restriktiv (ən minimal).
Koronavirus xəstələrində restriktiv strategiya daha əhəmiyyətlidir. Ağciyər yüklənməsin deyə gündəlik fizioloji tələbatı xəstəyə vermək kifayətdir. Yəni insan 70 kq-dırsa, ona 2100 ml maye lazımdır. Əgər bu mayeni gün ərzində içə bilmirsə, yemək yeyə bilmirsə, iştah yoxdursa, ya da ürəkbulanma, qusma varsa, maye sistemlər şəklində evdə qoşula bilər.
Lakin bilin ki, sistemi təcrübəli tibb işçisinin qoşması və nəzarəti vacib şərtdir. İnfuziyanın ağırlaşmaları var:
1. Hava emboliyası
2. Ekstravazasiya- dərialtı getməsi
3. Flebit- sistem gedən damarın iltihablaşması
4. Allergik reaksiyalar
5. İnfeksiya
Əgər xəstə su içə bilirsə, adi limonlu su ən yaxşı seçimdir. Kofeinli içkilər, meyvə şirələri, enerji içkiləri məsləhət deyil", - həkim əlavə edib.

Sağlamlıq     Baxılıb: 2303   Tarix: 09 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

qaşların formalari yay geyimləri 2026 kosmetika mehsullari uşaq psixologiyası yeməklər nişan geyim modelləri qlazok kosmetika faydalı bilgilər baldiza aid hamilelik sağlıq uzeyir hacibeyli