Həkimdən SƏRT COVID-19 XƏBƏRDARLIĞI - Bu dövrdə xəstə əsl zülm çəkir

Həkimdən SƏRT COVID-19 XƏBƏRDARLIĞI - Bu dövrdə xəstə əsl zülm çəkirAğır COVID-19 xəstələri ilə iş təcrübəsi çox olan həkim kimi qeyd edim ki, koronavirus düşündüyünüz qədər adi xəstəlik deyil. Bəziləri düşünür ki, koronavirus infeksiyası qripdən biraz ağırdı, tənəffüs çatışmazlığı verir, lazım olsa süni tənəffüs aparatına qoşacağıq, iltihab çəkiləndə isə aparatdan ayıracağıq vəssalam. COVID-19 təkcə tənəffüs catışmazlığından öldürmür.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, qeyd edib:
"Tənəffüs çatışmazlığı özu çox ağırdır, insan günlərlə üzünüstə uzanmağa və CPAP maska ilə yüksək konsentrasiyalı oksigen almağa məcbur olur. Bu dövrdə adi su içmək üçün maskanı ayıranda saturasiya birdən-birə elə aşağı düşür ki, xəstəyə su verməyə peşman olursan. Çünkü ağciyərdə rezerv qalıq həcm olmur.
Biz süni tənəffüs aparatına salmamaq üçün maksimum CPAP-da saxlamağa calışırdıq. Amma bu dövrdə xəstə əsl zülm çəkir. Kip bağlanan CPAP maskası burnun üstünü yara edir, oksigen ağız, udlaq nahiyəsinin selikli qişasını yandırır və ödemləşdirir. Uzun müddət CPAP-da qalmış xəstəni intubasiya da etmək çətin olur bu ödemə görə. Süni tənəffüsə salmağa məcbur olduqda isə əsas problemlər lap artır. Bu virus adi pnevmoniyalar kimi, təkcə tənəffüs çatışmazlığı vermirdi. Odur ki, ən yaxşısı siz yoluxmayın. Hazırda reanimatoloq həkimlərimiz orduya cəlb edilib. Mən də cəbhə bölgəsindəyəm. Yoluxma bu sürətdə davam etsə, həkim və dərman çatışmazlığı yarana bilər.
Dünən də rekord sayda COVİD-19-a yoluxma baş verib. 800-dən cox yoluxma və 6 ölü sayı məni narahat edir. COVİD-19-un necə təhlükəli virus olduğunu gözlərimlə gördüm, çünki 37 gün o geyimdə reanimasiyada gecə-gündüz vuruşdum. Amma insanlar boş buraxıb. Anlayıram ki, ölkə gündəmi başqadır, müharibə gedir, insanlar koronavirus infeksiyası hayında deyil. Amma hamıya təcili olaraq səslənirəm, üzü qışa gedirik, belə sürətlə yoluxma olarsa, virus tamamilə nəzarətdən çıxacaq. Virusa ciddi qəbul edin, maska taxın. Məsuliyyətsizliyimizlə ölkəmizi çətin vəziyyətə salmayın".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2382   Tarix: 23 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

kosmetoloq makiyaj instagram maskalar kampotlarin hazirlanmasi çolkalı saç modelleri kakos yagi sevinc tofiqqızı kosmetika həsən bəy zərdabi üzeyir hacıbəyli xanım az bürcler vətən