Həkimdən XƏBƏRDARLIQ: Uşaqlarınızı tez-tez rentgen etdirməyin, yoxsa

Həkimdən XƏBƏRDARLIQ: Uşaqlarınızı tez-tez rentgen etdirməyin, yoxsaDemək olar ki, hər gün əlində yersiz yerə çəkilmiş rentgen şəkilləri ilə gələn valideynləri görəndə ürəyim parçalanır. Etməyin belə! Uşaq öskürdü- rentgen, hərarət qalxdı - rentgen, təngənəfəs oldu - rentgen. Olmaz! Rentgen şüası radiasiyadır. Uşaq orqanizminin hüceyrələri bu cür təsirlərə çox həssasdır. Rentgen şüaları hüceyrələrə sitotoksik və genotoksik təsir edir. Uzun aylar orqanizmdə qalır. İki rentgen çəkimi arasında minimum 6 ay fasilə olmalıdır. Bu gün yersiz çəkilmiş rentgenə görə bir müddət sonra baş verə biləcək travmada sınıq diaqnozu üçün artıq miqdar rentgen şüası almış olacaq.
Milli.Az xəbər verir ki, bu barədə tanınmış pediatr Aytən İsmayılzadə danışıb.
Valideynləri diqqətli olmağa çağıran pediatr qeyd edib ki, yersiz rentgen çəkimlərinə görə xəstəxanaya xəstə göndərməkdən həmişə çəkinib.
"Hətta bu yaxınlarda heç pnevmoniyanın p hərfi olmayan bir uşağı xəstəxanaya girən kimi rentgen etmişdilər. Xəstəxana xəstəlik tarixçəsinə yapışdırmaq üçün sübut kimi rentgen çəkir. Bəzi Həkimlər isə təcrübəsizlikdən, xəstəyə çox zaman ayırmamaqdan, alacağı faizdən ötrü də rentgenə göndərə bilir. Soruşsan sorğu-sualı yoxdur. Deyəcəklər ki, protokolda belədir. Axı biz həkimdən öncə həm də insanıq. Robot deyilik. Əgər hamilə bir qadın rentgenə necə ehtiyatla göndərilirsə, eyni ehtiyat tədbiri uşaqlar uçun də olmalıdır. Çünki böyüyən, bölünən hüceyrələr həmişə radiasiyaya çox həssas olur. Bu təkcə bizdə belə deyil. Bütün dünyada belədir".
Həkim qeyd edib ki, bronxitə, pnevmoniyaya diaqnoz qoymaq üçün bizə rentgen lazım olmamalıdır.
"Biliyimiz və savadımız buna çatmalıdır. Əgər exinokokk kisti, vərəm, plevrit, qida borusunda, nəfəs borusunda yad cisim, skolioz dərəcəsi və s. şübhəmiz varsa, o zaman rentgenə müraciət edirik. Bu da həmişə olmur.
Artıq hər beş uşaqdan biri rentgen olunur. Bu, dəhşətdir. Valideynlər də "ürəyim rahat olsun deyə rentgen etdirdim" deyir. Anam-bacım, sənin ürəyin rahat olsun deyə uşağın sağlamlığını narahat edə bilmərik. Zatən orda da hər şey yazılır, daha göturub həkimə gəlməyinin mənası nə. Həkimə gəlirsən ki, lazım olarsa rentgen etdirməsin. Əgər bronxiolit, ya da pnevmoniyadan şubhəmiz varsa, zatən geniş spektr antibiotik təyin edəcəyiksə, rentgen nəyə lazım? Davaya gələcək valideynin önünə sübut kimi qoymağa? O zaman olar" , - A.İsmayılzadə yekunda bildirib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1079   Tarix: 31 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

adlarin menasi maskalar gelinlikler hiperaktiv usaqlarin mualicesi kombinler 2026 yay qadinin arxadan olmasi kosmetika lakonizm əfsanələr novruz bayramına aid hakışta novruz hakistasi qardasa aid haxistalar