Hər gün mixək çubuğu çeynəsək, NƏ OLAR?

Hər gün mixək çubuğu çeynəsək, NƏ OLAR?Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinlilər bu möcüzəvi ədviyyatı süfrələrindən əskik etmirlər. Mixək öz unikal xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin dərmanı sayıla bilər. Onun tərkibində A, B, C, E vitaminlər qrupu, efir yağları, yağ turşuları, eləcə də müxtəlif minerallar var. Mixək xroniki anginanın birinci düşmənidir. Hər gün bir neçə mixək çeynəmək faringiti tədricən müalicə edib, sağaldır.
Milli.Az bu şəfalı ədviyyatın faydalarından bəhs edən yazını təqdim edir:
Parazitləri məhv etmək üçün
Orqanizmdəki qurdları məhv etmək üçün yeməkdən yarım saat öncə mixək çeynəmək kifayətdir. Bu proseduru gün ərzində 2 dəfə təkrarlayın, müsbət nəticəni özünüz görəcəksiniz. Bədəndəki parazitlər tez bir zamanda tökülüb, məhv olacaq. Mixəklə qurdların təmizlənməsi profilaktik tədbir kimi də çox əlverişlidir. Bir mixək çöpü 20% efir yağlarından ibarətdir. Bu yağlar ətirli maddələrlə zəngindir. Məhz bu özəlliyinə görə o parazitlərlə yanaşı difteriya, vərəm və s. çöplərlə mübarizə aparır.
Ağız boşluğunun müalicəsi üçün
Elə bu gündən etibarən saqqızı mixəklə əvəz edin. Hər gün bir neçə mixək çubuğu çeynəsəniz, stomatit, parodontoz, damaqların iltihabı və digər ağız boşluğu xəstəliklərindən qurtulacaqsınız. Bu təbii vasitə bahalı dərmanlardan həm daha faydalı, həm də ucuzdur. Mixək angina və bir sıra digər boğaz xəstəliklərində çox effektiv vasitədir.
Həzm sistemini yaxşılaşdırmaq
Ətraflı
Mixək həzm sistemini tənzimləyir, maddələr mübadiləsini yaşılaşdırır. Yeməkdən 15 dəqiqə öncə 1 çay qaşığı bal ilə iki mixək çubuğunu qarşıdırıb, çeynəyin. Mədə xorası və yüksək qan təzyiqiniz varsa, bu üsulu sınaqdan keçirməyin.  Mixək arıqlayanlar üçün də çox əlverişli vasitədir. O, həmçinin, qastrit, turşuların çatışmazlığı və digər xəstəlikləri sağaldır.
Xərçəngin profilkatikası
Mixəyin tərkibindəki yevgenol maddəsi xərçəng hüceyrələrinin ölçüsünü kiçildir, yenilərinin yaranmasının qarşısını alır. Mütəxəssislərin araşdırması göstərir ki, xərçəngdən doğmalarını itirən insanlar bu üsulu təcrübədən keçirməlidirlər. Bu, həm onların immunitetini gücləndirir, həm də xərçəng hüceyrələrinin yaranmasına mane olur.
Təzyiqi yüksəltmək üçün
Təzyiqinizin düşdüyünü hiss edirsinizsə, dərman qəbul etməyə tələsməyin. Bir neçə mixək çubuğu çeynəyib gözləyin. Həm təzyiqiniz stabilləşəcək, həm də özünüzü kimyəvi tərkibli dərmanlardan qorumuş olacaqsınız. Ümumiyyətlə, təzyiq problemi olmayan şəxslər də günaşırı mixəkli qəhvə içə bilərlər.
Əsəbləri sakitləşdirmək
Mixək təbii antidepressant sayıla bilər. Hər gecə yatmazdan əvvəl 1 mixək çubuğu çeynəmək, insanı sakitləşdirir, yuxunu normaya salır.
Mixəyin keyfiyyətli olub-olmadığını yoxlamaq üçün önu su ilə dolu stəkana atın, əgər çubuq suyun dibinə çökürsə, demək ki, onun tərkibində bütün vitaminlər və yağlar olduğu kimi qalıb. Yox, əgər çubuq üfüqi şəkildə üzürsə, demək, onu istifadə etməyə dəyməz.  /"Qafqazinfo" 
Milli.Az

Xəbərlər     Baxılıb: 1344   Tarix: 02 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yaz geyimleri 2026 makiyaj etmek qaydalari geyim şəkilləri hamileliyin ilk elameti pehriz xiyar turşusunun hazırlanması qadin.az kosmetika suni mayalanma novruz hakistalari novruz bayramina aid hakistalar ağır itki vətən haqqında bayatılar