Həkimlər koronavirusun daha bir fəsadını üzə çıxardı
Şiddətli koronavirus xəstələrinin bir hissəsində bədəni viruslardan qoruyan interferona qarşı antikor inkişaf edir.
Milli.Az xəbər verir ki, bu barədə Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Qintsburq danışıb.
"Ağır xəstələrin 10-15 faizində interferona qarşı antikorlar inkişaf edir ki, bu da yalnız ikincil immunitet reaksiyasını deyil, hətta anadangəlmə təbii immun cavabını da bloklayır. Bu kəşf xəstəliyin səbəb olduğu agent - SARS-CoV-2 virusunun patogenezinin araşdırılması çərçivəsində müəyyən edilib", - akademik "RİA Novosti"yə verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, interferon orqanizm tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülaldır. İnterferonların əsas funksiyası orqanizmin toxumalarının sağlam hüceyrələrinin virusa yoluxmasının qarşısını almaqdır. Onlar xəstəliyin ilk mərhələsində yaranır, hüceyrəarası sahəyə ifraz olunur və özündən sonrakı hüceyrələrdə virusların çoxalmasını inqibirləşdirir. Orqanizmdə virusun yayılmasını məhdudlaşdırmaqla ilkin müdafiə xəttini əmələ gətirir. (publika.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
Rusiya Puqaçovanı ölkəyə qəbul edəcəkmi?
Murat Övüç azadlığa çıxdı
Oğlum evlənməyə qız tapa bilmir
40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar
14 il sonra boşandılar
Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır
Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları
Roza "JARA"da səhnə alacaq
Mənə dedi ki, sənə nifrət edirəm