Həkimlərin xətti niyə oxunmazdır: ekspert-qrafoloq izah edir

Həkimlərin xətti niyə oxunmazdır: ekspert-qrafoloq izah edirhəkimlərin cızma-qara xətti artıq əfsanəyə çevrilib. Bilənlər deyir ki, bu təkcə bizim həkimlərin problemi deyil. Dünyada bütün həkimlər oxunmaz xətt ilə yazır və bununla barışmaq lazım gəlir.
Gümanlar çoxdur, biz isə alimlərin fikrini təqdim edirik. Məlum olmuşdur ki, həkim xəttinin tam elmi izahı var. Bəziləri hesab edir ki, həkimlər bilərəkdən belə yazır. Guya, bu bir növ həkim sirrini qoruyan gizli koddur. Lakin burada həkim əlbirliyi yoxdur və oxunmaz yazı tərzi bir sıra müxtəlif səbəblərlə bağlıdır.
Problemin kökü
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, bir həkimin xəttini yalnız başqa həkim ya əczaçı anlaya bilər. Təəssüf ki, bu həmişə belə olmur və yazılışın səhv oxunması baha başa gəlir. Statistikaya görə, ABŞ-da hər il həkimlərin xətti ucbatından təxminən 7000-ə yaxın pasiyent ölür. Nəzərə alın ki, bu ölkədə sənədləşmənin böyük qismi rəqəmsal şəkildə aparılır. Həkimlərin nə üçün bu cür yazmasını xətt üzrə ekspert, qrafoloq və psixoloq Viktoriya Kosoqova təhlil edir. Hər şey hələ tibb institutunda başlayır. Tibb tələbəsi hər gün böyük həcmdə informasiya mənimsəməli olur, üstəlik onu konspektləşdirir də. Tez yazmaq zərurəti tələbələrin xəttini korlayır. Tədris prosesində mediklər qavrama sürətini və məlumatı təhlil etmək bacarığını inkişaf etdirir. Onlar ayrı-ayrı simptomlardan klinik təsvir mozaikasını qurmaq kimi vacib qabiliyyətə yiyələnirlər. Qəribə də olsa, bunun əvəzini onlar korlanan və sxematik olan xəttləri ilə verirlər.
İş xətti korlayır
Həkim praktikası başlamaqla vəziyyət dərinləşir. Həkim peşəkar intuisiya qazanır. Qrafoloqlar deyir ki, bu keyfiyyət həkimin xəttinə sapaoxşarlıq əlavə edir. Yazılmış ifadənin çevrildiyi bəzən kəsilən dalğalı xəttlər yazılış tərzini daha amorf edir. Sonra bir çox həkimlərdə pasiyentlərdən emosional uzaqlaşma mərhələsi başlayır. Xoşbəxtlikdən, bu həmişə belə olmur. Bu vəziyyətdə həkim pasiyentin xəstəliyinə görə yaşadığı hisslərə laqeyd qalır. Doktor bununla soyuqqanlığı qoruyur, pasiyentləri isə bu yanaşma qorxudur. Uşaqlar həkim laqeydliyinə qarşı xüsusilə həssasdır. Onlar üçün xəstəxanaya getmək artıq böyük stresdir, buna görə onların mənəvi dəstəyə ehtiyacları olur.
Emosional yükün itirilməsi də yazılış tərzinə təsir göstərir. Belə ki, bir çox hərflərin bəndləri və burumları yerləşən orta xətt zonası korlanır və xətt kardioqram əyrisini xatırladır. Əsəbilik, yorğunluq, səbirsizlik xəttin keyfiyyətinə əlavə təsir göstərir, kəskin cizgilər və ya çoxlu bucaqlı elementlər kimi "tullanışlar" əmələ gəlir. Şübhəsiz ki, çox yazmaq məcburiyyəti də xətti korlayır. Qrafoloq hesab edir ki, ən problemli xətt terapevtlərin, cərrahların və ortopedlərin xəttidir.
Alimlər müxtəlif peşə sahiblərinin xəttini həkimlərin xətti ilə müqayisə etmiş və maraqlı nəticə ortaya çıxarmışlar. Eksperimentin şəffaflığı üçün peşəsi ilə bağlı olmayan şəxsi yazışma nümunələri təhlil olunmuşdur. Qəribə də olsa, işdən kənar həkimin, sürücünün və mühəndisin xəttləri az fərqlənirdi.
Milli.Az

Xəbərlər     Baxılıb: 1057   Tarix: 02 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qis geyimləri 2026 toy makiyajlari yaz geyimleri 2026 əkizlər bürcü aybasi ucun derman saç kəsimləri şirniyyat kosmetika haxisda rəksanə yemekler veten haqqinda bayatilar əqrəb