Hemorragik qızdırmalar

Hemorragik qızdırmalarHemorragik qızdırmalar - virus mənşəli təbii ocaqlı, endemik infeksion xəstəliklər olub, qan damarlarının zədələnməsi, hemorragiya və intoksikasiya əlamətləri ilə təzahür edirlər.
HQ-nin rezervuarları primatlar - insan, meymunlar və digər heyvanlar, iri və xırda buynuzlular, gəmiricilər, habelə həşəratlar-gənələr və ağcaqanadlardır.
Epidemioloji xüsusiyyətlərinə görə HQ dörd qrupa bölünür:
1) Gənə hemorragik qızdırmaları
2) Ağcaqanad hemorragik qızdırmaları
3) Kontagioz hemorragik qızdırmalar
4) Rezervuarı məlum olmayan hemorragik qızdırmalar
Böyrək sindromlu hemorragik qızdırma - kəskin virus xəstəliyi olub, intoksikasiya sindromu, hemorragiya əlamətləri, böyrəklərin zədələnməsi ilə özünü göstərir.
Etiologiyası - xəstəliyin törədicisi taqoviruslara aiddir.
Epidemiologiyası:
Müxtəlif növ gəmiricilər çöl siçanı, qara-boz siçovul, meşə siçanı, BMHQ-nin mənbəyi ola bilər. Xəstəlik çox vaxt təsərrüfat işləri ilə məşğul olan insanlar arasında rast gəlinir.
Patogenezi:
Virusun əsas reproduksiya yeri qan damarlarının endotel hüceyrələri olur. Tezliklə virus infeksiyalaşma dozasına çatır, qana düşərək intoksikasiya əlamətləri törədir ki, bu da xəstəliyin başlanğıc dövrünə uyğun gəlir. Damardaxili laxtalanma sistemi pozulur, mikrosirkulyasiya çətinləşir nəticədə böyrək-qan dövranı ləngiyir, eritrositlərin aqreqasiyası, mikrotromboz və kapilyarların oklyuziyası yumaqcıqlarda filtirasiyanı ləngitməklə gündəlik sidiyin miqdarını xeyli azaldır. Ağır hallarda oliqoanuriya, azot mübadiləsinin pozulması, proteinuriya, hətta kəskin böyrək çatışmazlığına səbəb olur.
Klinikası:
Inkubasion dövr 4-42 gün, çox vaxt 2-3 həftə çəkir. Klinik gediş dörd mərhələyə bölünür:
- başlanğıc
- oliqouriya
-poliuriya
- rekovalesensiya
Başlanğıc dövr 1-3 gün davam edir. Qəflətən temperatu 38-40 dərəcəyə çatır, kəskin başağrısı, üşütmə, yanğı ağızda quruluq əmələ gəlir.
Oliqouriya 3-4-cü gündən başlayır, 10-16 günə qədər davam edir.
Poliuriya dövrü-sidik ifrazının çoxalması ilə başlayır.
Rekovalessensiya dövrü uzun çəkir.
Diaqnozu:
Əsas müayinə üsulu seroloji reaksiyalardır.
Müalicəsi: Xəstəliyin müalicəsi orqan və sistemlərin fəaliyyətinin tənzim olunması istiqamətində aparılır. Xəstəyə ciddi yataq rejmi təyin edilir, çoxlu maye içirilir. 20-30ml 40%-li qlükoza məhlulu vurulur, rutin, dimedrol, C vitamini təyin edilir. Oliqouriyanın ilk günlərində fizioloji məhlulların miqdarı 500 ml , sonralar 250 ml venadaxili yeridilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1287   Tarix: 01 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

geymler 2026 toy makiyaji sekilleri hamiləlik babil baglari dadlı yemək yuxuyozmalar qadin net kosmetika xeyanet faydalı bilgilər sanama həsən bəy zərdabi cinsi