Hepatitə yoluxmuş kişi xəstəliyi arvadına keçirir

Hepatitə yoluxmuş kişi xəstəliyi arvadına keçirirHepatit C ciddi xəstəliklərdən biridir. Bu xəstəliyə yalnız narkotik istifadəçiləri və ya qan köçürülən insanlar deyil, hər birimiz yoluxa bilərik.
Yoluxma halı ən çox xəstələrlə daimi kontaktda olan insanlar üçün realdır.
Bəs hepatit C-dən əziyyət çəkən insanla cinsi əlaqə qurmaq olar? Əgər sevdiyiniz insan xəstədirsə, o zaman nə etmək lazımdır?
Nəzərə alsaq ki, evli cütlüklər arasında daha çox kişi kənar intim münasibətlərdə ola bilir, ona görə də kişiyə cinsi yolla hepatit keçdiyi halda o arvadını da xəstələndirə bilər və çox ailələrdə yoluxma elə bu yolla baş verir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlərin uzun illər boyunca apardıqları araşdırmalar göstərir ki, hepatit C virusuna cinsi yolla yoluxma riski çox aşağıdır. Bu riski tam aradan qaldırmaq üçün isə bəzi qoruyucu tədbirlər görülməlidir.
Hepatit C virusuna cinsi yolla daha çox daimi partnyoru olmayan şəxslər yoluxur. Bu xəstəliyə ən çox yoluxma riski fahişələr və homoseksuallardadır.
Hepatit C xəstələrinin vaginal mayelərində və spermalarında kifayət qədər infeksion axıntı olmadığına görə əlaqə zamanı qoruyucudan istifadə etmək vacib deyil. Burada əsas məsələ cinsi orqanların zədəli olub-olmaması və ya başqa bir cinsi infeksiyanın olmasıdır.
Menstural qanaxma zamanı yoluxma riski də artmış olur. Belə olan halda qoruyucudan istifadə vacib olur. Eyni aspektdən götürsək partnyorlar yara və kəsikləri bağlamalı və müalicə etməlidirlər. Çünki istənilən qanayan yara sağlam orqanizmi bu virusa yoluxdura bilər. Bu həmçinin anal seksə də aid edilir.
İİV və hepatit B viruslarından fərqli olaraq hepatit C vuirusuna yoluxmaq kifayət qədər mürəkkəbdir. Ən əsası xəstə insana yaxınlaşarkən təhlükəsizlik qaydalarına riayət etməkdir.
Hepatit C-yə yoluxmamaq üçün bir sıra qaydalara əməl edilməlidir. İlk növbədə qan təmasından uzaq durun. Açıq yara olduqda onu təcili şəkildə bağlayın. Əgər qan mebelə və ya yatağa düşərsə o zaman həmin yeri dezinfeksiyaedici məhlulla yuyun. Xəstənin diş fırçasından, üzqırxanından, depilyatorundan və s. istifadə etmək məsləhət deyil.
Əl sıxma, öpüşmə, toxunma, eyni qabdan istifadə etməklə bu virusa yoluxmaq mümkün deyil. Buna görə də xəstə insanın ətraf alımdən təmamilə təcrid olunmasına ehtiyac yoxdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1031   Tarix: 08 yanvar 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 geyim necə seçməli dirnaq maskalari analiq məktəbi sifahi xalq edebiyyati qis salatlarinin hazirlanmasi kosmetika haxışda gözəllik vətənə aid bayatı veten haqqinda atalar sozu hamilelik