Hər il dünyada 50 min nəfər seks zamanı ölür – Aralarında məşhurlar da var

Hər il dünyada 50 min nəfər seks zamanı ölür – Aralarında məşhurlar da varƏcəl gələndə kimliyinə, harada və nə işlə məşğul olmağına baxmır.

Statistik göstəricilərə görə, hər il dünyada təxminən 50 min nəfər sekslə məşğul olan zaman ölür. Bu statistikada kişilərin 25 faizi öz həyat yoldaşları ilə, 75 faizi isə fahişə və məşuqələrlə cinsi əlaqə zamanı ömürlərinin son akkordlarını vururlar. Seks zamanı ölüm riski kişilərə nisbətən qadınlarda 12 dəfə azdır.

Seks zamanı dünyalarını dəyişən insanların sırasında tanınmış məşhurlar da var.

Məşhurların həyatında intim əlaqə zamanı daha çox səs-küyə səbəb olan ölüm halı 1899-cu ildə qeydə alınıb. Fransa prezidenti Feliks For işdən sonra tez-tez ziyarət etdiyi fahişəxanaya, məşuqəsi Marqerit Stenelin görüşünə gedib. İntim əlaqənin elə ilk dəqiqələrində Feliks For ölüb. Bu hadisəyə görə məşuqəni cəzalandırmasalar da, o müştərilərini birdəfəlik itirib.

Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti Nelson Rokfeller 70 yaşında belə, ehtiraslarını cilovlaya bilməyib. Məhz ömrünün bu yaşında vitse-prezident öz məşuqəsi ilə cinsi əlaqədə olanda ehtiraslarının çılğınlığından ürəyi dayanıb və ömrünün son dəqiqələrini məşuqəsinin qoynunda keçirib. Nelson Rokfellerin ölüm haqqında şəhadətnaməsində də bu öz əksini tapıb.

Çilinin tanınmış siyasətçisi Raul Velosonun həyatı da yataqda sona çatıb. Siyasətçi sekslə məşğul olan zaman dünyasını dəyişib. Ancaq onun ölümü deputat seçkilərində qələbə qazanmağına mane olmayıb. Belə ki, Humanistlər Partiyasından parlament seçkilərinə namizədliyi irəli sürülən Raul Velosonun adı səhvən siyahıdan çıxarılmayıb. Seçki günü seks qurbanı olan siyasətçi səs çoxluğu ilə parlamentin "ölü deputatı" seçilib.

Dünyanın ən məşhur sərkərdələrindən sayılan "Avropanın imperatoru" titulunu qazanmış Hun imperiyasının hökmdarı Atillanın həyatına da seks son qoyub. Arvadlarının sayının yeddiyə çatmasına baxmayaraq Atilla İtaliya səfərindən sonra 12 yaşlı, hədsiz dərəcədə gözəl olan Hilda ilə ailə həyatı qurub. Elə nikah gecəsi intim əlaqə zamanı hökmdar burnundan və ağzından açılan qan nəticəsində vəfat edib.

Məşhur aktyor Devid Kerradayn 2009-cu ildə Banqkokda vəfat edib. Onun ölümünün səbəbi də ifrat dərəcədə sekslə məşğul olmaq idi. Digərlərindən fərqli olaraq aktyor sekslə tək məşğul olmağa üstünlük verib.

1865-ci ilin oktyabrında cinsi əlaqə daha bir məşhur siyasətçinin həyatına son qoyub. İngiltərənin baş naziri Henri Palmerston xidmətçisi ilə bilyard masasının üstündə cinsi əlaqə zamanı vəfat edib.

İndilikdə bu səbəbdən ölən məşhurların ailələri hər vəchlə əsas səbəbi gizlətməyə çalışır, mərhumun ölüm səbəbindən danışarkən "ürəktutmadan ölüb" deyirlər.

Göründüyü kimi, seks həzz mənbəyi və sağlamlıq üçün vacib olduğu qədər, həm də təhlükəlidir. İntim yatağından qəbirstanlığa getməmək üçün seks haqqında heç olmasa ən adi bilgilərə malik olmaq vacibdir.

müsavat.com

Maraqlı     Baxılıb: 4655   Tarix: 23 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

turlar.az

geyim və ayaqqabılar hamilelikde qidalanma maskalar gözəl qadin göyəmin faydası gündəlik bürclər cizgi filmləri kosmetika penis fitat salatlar novruz bayrami hakisda turpun nağlı