Hər insanın tale "ədəd"i var və bu gerçəkdir

Hər insanın tale "ədəd"i var və bu gerçəkdirHər insanın tale rəqəmi var və bu gerçəkdir.
Çaşacaqsınız, amma oxuyun, hesablayın, şəxsiyyətinizi müəyyən edin.
Tale rəqəmi nədir?
Bu ədəd var, özündə insanın məqsəd və xüsusiyyətləri təyin edir. İçinizdə gizli olan xüsusiyyətlər, düşüncə tərziniz, şəxsiyyətiniz və həyatdakı məqsədiniz əks etdirən bu ədəd doğumdan ölümə qədər sizin həyat yolunuzu işıqlandırır.
Tale ədədinizi necə tapacaqsınız?
Həyat çarxınızın qədər sayını tapmaq üçün doğulduğunuz ayın, günün və ilinin ədədlərini yan-yana toplamanız lazımdır. Ayların ədəd dəyərləri:
Yanvar 1
Fevral: 2
Mart: 3
Aprel: 4
May: 5
İyun: 6
İyul: 7
Avqust: 8
Sentyabr: 9
Oktyabr: 1
Noyabr: 2
Dekabr: 3
Sıra tale ədədinizi tapmağa gəldi.
Cədvəldən doğulduğunuz ayın dəyərini tapıb gün və il ilə birlikdə toplayın.
Məsələn:
20 İyul 1957- ci ildə doğulmuşsunuzsa;
20+ 07+ 1957=1984
1+9+8+4=22 və 2+2=4
Tale ədədiniz: 4 edər.

Tale ədədi - 1:
"QABAQCIL"
Qabaqcıl, lider, yol göstərici və planlayıcısınız.
Həqiqətən güclü bir şəxsiyyətiniz var. Tale gəmisində yeriniz kapitan köşküdür. Başqalarına boyun əymək sizin üçün qəbuledilməzdir. Son dərəcə yaradıcı və qabiliyyətlisiniz. Düşüncələrinizi bir an əvvəl həyata keçirmək, reallaşdırmaq üçün lazımlı olan mübarizəçi ruhu sizdə mövcuddur. Yüksəlmə ehtirası isə həyatınızın təməlini meydana gətirir.
Arzu etdiyiniz müvəffəqiyyətə çatmaq üçün qorxmadan çalışırsınız. İdarəçilik qabiliyyətiniz olduğu üçün hadisələrə dərhal hakim ola bilirsiniz. Həyatın hər sahəsində bu qabiliyyətiniz etibarlıdır.
Dayanıqlılıq, güc və iradə ehtirasınızın vasitələridir. Və siz bu vasitələri böyük bir bacarıq ilə istifadə edirsiniz. Zaman - zaman bu xüsusiyyətlərin mənfi istiqamətlərini sərgilədiyiniz olur. Belə vəziyyətlərdə son dərəcə təcavüzkar ola bilirsiniz. Halbuki istədiyinizi əldə etmənin yolu əlaqələrinizdə incəliyi əldən buraxmadan həll etməkdən keçir. Bəzən tənqid edən və əmr edən olursunuz, amma sizə tənqid edildiyində qəhr olursunuz. Əslində son dərəcə həssas bir ürəyiniz var. Bu vəziyyətdə ürəyinizin səsini dinləyin. Qısa zamanda həm liderliyinizi, həm də dostlarınızı yenidən qazanarsınız.

Tale ədədi - 2:
"KÖMƏKÇİ"
Sizi başqalarından ayıran iki istiqamətiniz var. Taktika və insan əlaqələrində göstərdiyiniz ustalıq və bacarıq ilə öhdəsindən gələ bilməyəcəyiniz heç bir şey yoxdur. Həyatınızdakı açar söz əməkdaşlıqdır. Uyğunlaşa bilməmək və mübahisələr sizə dərhal təsir edir. Buna görə başınıza belə bir şey gəldiyində bütün gücünüzlə vəziyyəti düzəltməyə çalışırsınız. Zərif bir insansınız, bunun yanında başqalarını da çox düşünürsünüz, qırmamağa çalışırsınız. Buna görə ətrafınızdan dostlarınız heç əskik olmur. Tale çarxının digər ədədlərindən daha mübariz bir ruha sahibsiniz ( 9-dan sonra ). Ancaq həyatın gözəl zövqlərindən heç məhrum qalmırsınız. 2 rəqəmi yığışdırıcılığın sayıdır. Ruhunuzun birləşdirici istiqamətini alovlandırır. Başqalarının köməyə ehtiyacı olduğunda ortaya çıxırsınız, amma lazım olduğunda heç kimin köməyi olmadan işinizi öz başınıza həll edə bilirsiniz.

Tale ədədi - 3:
"SEÇİCİ"
Təşkilatçılıq qabiliyyəti və idarəçilik sizdə toplanıb. Bacarıqlı bir insansınız, bu özeliyiniz sayəsində müvəffəqiyyət və xoşbəxtlik dolu bir həyat sizi gözləyir. İnsanın təbiətini və zəifliklərini yaxşı bildiyiniz üçün insanlığı düzəltmək məqsədinə istiqamətli peşələr seçirsiniz. Əslində çox bağışlayıcı və haldan anlayan bir insansınız. Nüfuz ən əhəmiyyətli silahınızdır. İdarəçi olaraq girdiyiniz hər yerdə bu silahı istifadə edirsiniz. Nə qədər böyük bir birliklə çalışsanız müvəffəqiyyətiniz və qazancınızda o dərəcə böyük olacaq. Sənaye, şirkət və təşkilatlarda idarəçi qabiliyyətlərinizi ən yaxşı şəkildə istifadə edə bilərsiniz. Çox cəsur bir insansınız. Məqsədləriniz və etməniz lazım olanları çox yaxşı bilirsiniz. Məqsədiniz hər kəsin hərəkət azadlığından faydalanmasını təmin etməkdir. Amma bu da sizə görə müəyyən bir intizam içində olmalıdır. Öz azadlığınız üçün başqalarını incitməkdən xoşlanmırsınız. Təbii olaraq başqalarının da bunu sizə etməsinə icazə vermirsiniz.

Tale ədədi - 4:
"DİVARÇI"
Həyat çarxınız sanki kvadrata bənzəyir. Bu ədalət və bərabərlik deməkdir. Siz isə bu kvadratın tam ortasında dörd tərəfiniz çevrili olduğu üçün tərpənə bilmirsiniz. Bir az hərəkət və rəng lazım deyilmi həyatınızda? Yalnız yuxarıya doğru inkişaf edə bilirsiniz. Kvadrat həyatın bütün praktik istiqamətlərini təmsil edir. Amma hadisələrə dəyişik bucaqlardan baxmağı bacara bilmirsiniz. Həyat çarxına gələcəkdə olacaq yaxşı şeylərin təməli deyə də baxa bilərsiniz. Səbirli və təmkinli birisiniz. Eynilə bir divar ustası kimi vasitələriniz məntiq və üsuldur. Sizin üçün müəyyən qəliblər var, onların xaricinə çıxmağı isə heç ağılınıza gətirmirsiniz. Sadiq və etibarlı bir adamsınız. Ancaq mühafizəkarlıq sizi məhdudlaşdırır. Detallar isə sizin bəzi səylərinizin nəticələnməsinə maneə törədir. Öz fikirlərinizi başqalarına zorla qəbul etdirməyə çalışmasanız, irəliləməniz daha asan olacaq. Bir sənətçinin ya da arxitekturun sizə anlayış olaraq təqdim etdiyi formanı bütün detalları ilə gözünüzdə canlandıra bilərsiniz. Bundan sonrada öz praktik yanaşmanızla proyekti kağıza köçürə bilərsiniz. Kimsə sizin üçün "vəzifə və məsuliyyətlərdən qaçır" deyə bilməz, çünki harada güvənə ehtiyac varsa orada sizi tapırlar.

Tale ədədi - 5:
"YAZIÇI"
Doğuşdan Merkuri xüsusiyyətləriniz var. Enerji canlısınız. İncə bir zəkanızın yanında optimist bir şəxsiyyətiniz var. Həyat sizin üçün cəsarət tələb edən bir macəradır. Əylənməsini daha yaxşı yaşamasını çox yaxşı bilirsiniz. Həyatın dəyişkənliyi sizin dəyişik və müxtəlifliyə olan düşkünlüyünüzlə tam bir uyğunlaşma içində olduğundan həyatda rahatlıqla ayaqda dura bilərsiniz. Dünyanın mərkəzi olmaqdan xoşlanırsınız. Amma olmadığınızı heç cür qəbul etmək istəmirsiniz.
Azadlığınıza çox düşkünsünüz. Və heç bir şeyin sizi azadlığınızdan saxlamasına icazə vermirsiniz. Sözləri istifadə etmədə çox müvəffəqiyyətlisiniz. Bundan ötəri danışmağa söykənən peşələrdə çox müvəffəqiyyətli olansınız. Əyləncə və yazı dünyasında bir ulduz kimi parlaya bilərsiniz. Ancaq üstün danışma qabiliyyətiniz bəzən problemlərə də yol aça bilər. Bilmədiyiniz mövzulara dalaraq xəcalətli ola bilərsiniz. Dəyişən bir xarakteriniz var. Bu pis bir xüsusiyyət deyil. Kimiləri üçün bir zövq də deyilə bilər. Sizə görə ağıllı insan zamana uyğunlaşmaq məcburiyyətindədir. Ehtiyaclarınızın nələr olduğunu bilir və bu uğurda etməniz lazım olanlardan qaçmırsınız. Sizin üçün xoşbəxtliyə gedən yol buradan keçir. Hər nə bahasına olursa olsun almaq... Xoşbəxtlik özünüzü ifadə etmək və müvəffəqiyyətə çatmaqdır.

Tale ədədi - 6:
"MÜƏLLİM"
Sizin dünyanızın idarəçisi eşqdir. Əslində kimə aşiq olduğunuzun çox da əhəmiyyəti yoxdur. Və kainatdakı vəzifəniz bu Fəlsəfini öyrətməkdir. Məqsədiniz isə başqalarına kömək etməkdir. Eşqə və əlaqəyə olan həddindən artıq ehtiyacınızın arxasında özünüzə olan etibarsızlığınız yatar. Ailədə reallaşdırdığınız dincliyi, ətrafınıza sonrada bütün dünyaya yaymaq məqsədlərin ən əhəmiyyətlisidir. Kobudluğa, bəyliyə əsla dözüm edə bilmirsiniz. İkili əlaqələr seçiminiz. İzdihamda özünüzü savunmasız hiss edirsiniz. Musiqidən, gözəl sənətlərdən anlayırsınız. Həyatın gözəlliklərinə olan sevginizi bu sahələrdə mütəxəssisləşərək dilə gətirirsiniz. Özünüzdən çox başqalarını düşünmə özəliyiniz, sizi gənclərin məsləhətçisi, yaşlıların sirdaşı və dünyanın müəllimi edir. Çox nadir tənqid edirsiniz. Əslində sizi narahat edən çox az şey var. Yanınızda sevgiliniz olsun yetər. Vəzifələrinizin sizə yüklədiyi məsuliyyət əslində göründüyündən də ağırdır. Ancaq bu ağır vəzifələrin əhəmiyyətini çox yaxşı bilirsiniz. Həyatdakı vəzifələrinizi yerinə yetirərək böyük xoşbəxtliyə çata bilərsiniz.

Tale ədədi - 7:
"MİSTİK"
Müşahidəçi bir quruluşa sahibsiniz, hər şeyin ardındakı səbəbi axtarışınız ən böyük özeliyinizdir. Səthi heç bir şey sizi təmin etmir. Əksinə marağınızı qızışdırır. Mistik mövzuları, yeni və köhnə elm sahələri marağınızı çox çəkir. Tipik bir həkim kimisiniz. Problemli insanlar axtardıqları dincliyi sizdə tapır. Sizin əlinizdə sanki sehrli bir güc var. Məsafəli rəftarınız sizi digər insanlardan ayırır. Ancaq həyatın dərinliklərinə enənlər sizi anlaya bilər, susqun dövrlərinizə bir məna verə bilər. Necə ki zaman - zaman belə mənasızca içinizə qapandığınız olur. İnsanlar ilk tanış olduqlarında sizdən çəkinir. Doğuşdan etibarlısınız sanki. Yeriniz nə olursa - olsun daim maraq oyandırırsınız. Fəlsəfi və mədəni mövzulara marağınız böyükdür. Ancaq tam olaraq həll edə bilmiş deyilsiniz. Musiqi yazmaq, kəşflər etmək yaradıcılığınızı istifadə edə biləcəyiniz sahələrdəndir. Sizin üçün sənətçilərin əsərlərindən faydalanmadan yaşamaq, yaşamaq deyil. Bəzən həyat sizin üçün bir könül qırıqlığı olsa da daha öyrənəcəyiniz çox şey var. Ümumiyyətlə, pessimist və susqun bir quruluşa sahibsiniz. Tək yaşamağı bacara biləcək nadir kəslərdənsiniz. Həyat mövzusunda bəzən ümidsizliyə düşdüyünüz də olur. Ancaq fəlsəfi baxış bucağınız həyatın haradan qaynaqladığını ortaya çıxaracaq gücdədir.

Tale ədədi - 8:
"SƏNƏTKAR"
Hər şeyi dəqiq olaraq ifadə etmə qabiliyyətinə, hətta hər şeyi dəqiq olaraq hiss etmə qabiliyyətinə sahib olmanıza, zəkanın həyatınızda böyük bir əhəmiyyəti var. Çox müxtəlif mövzulardan zövq alırsınız. Zamanınızın böyük qisimini də xəyallara ayırırsınız. Lakin həyatın tam əyləncə olmadığının fərqindəsiniz. Çox istiqamətli olmaq ən böyük özəliyinizdir. Çox və müxtəlif qabiliyyətləriniz var. Tez qavramaq da bunlardan biridir. Lakin insanlar haqqında asan yanıla bilir, gerçək üzlərini çox gec fərq edə bilirsiniz. Məlumata anında çatmanın yollarını bilirsiniz. Ancaq elmə qabiliyyətiniz və düşgünlüyünüz çox deyil. Çünki zamanınızın çoxunu gerçək bir elm adamı kimi elmə həsr etmək yerinə daha sənətsal və idman fəaliyyətlərdən xoşlanırsınız. Xoşsöhbət və əyləncəlisiniz. Bu xüsusiyyətləriniz də asan yoldaş əldə etmənizi təmin edir. Bir çox insan sizi sevir amma sizi həqiqətən anlayan çox az insan olur. Bunun səbəbi qarmaqarışıq ruhunuzun dərinliklərinə enə bilməyi çox az adamın bacara bilməsidir. Məşğul olduğunuz sizə zövq verən mövzulardan tez bezirsiniz. Hadisələri, ümumiyyətlə olduğu kimi qəbul edirsiniz. Yəni, çox dərd əldə etmirsiniz. Onsuz da mübarizə etməkdən də xoşlanmır tez bəs edirsiniz. Cəld zəkaya sahib olduğunuzdan başqalarını mərhəmətsizcə tənqid etmək bədən qaçınmırsınız. Sözləri istifadə etmədəki qabiliyyətiniz yaxşı bir tənqidçi, yazar, natiq, ya da server olmanızı təmin edə bilər. Sevgisiz yaşamayan bir insansınız. Buna görə sizi sevən və anlayan biriylə birlikdə olmadıqca xoşbəxt olmanız mümkün deyil.

Tale ədədi - 9 :
"METAFİZİKAÇI"
Həyatınız, pərdənin gerisindəki sirri, ruhun və gizli elmin ardındakı mənanı həll etməklə keçir. Həyatınızın məqsədi gerçəyi, yalnız gerçəyi öyrənməkdir. Bu mövzuda çox müvəffəqiyyətli olduğunuz da bir gerçəkdir. İnsanları tanımaq üçün ümumiyyətlə 5 dəq. bəs edir. Müşahidə etməniz kafidir. Həyatı sevir, lakin çox az adamı sevməyə dəyər tapırsınız. Həyatınızın hər sahəsində comərd və qüsursuz olmaq istəyirsiniz. Qarsınızdakıların da ən az sizin qədər qüsursuz və etibarlı olmasını gözləyir, buna görə zaman - zaman çox acı çəkirsiniz. Çox güclüsünüz, lakin tez inciyən qızıl bir ürəyə sahibisiniz. Çox az insana gerçək sizi tanıma fürsəti verir, onlara da çox dəyər verirsiniz. Psixoloji hadisələri anlama qabiliyyətiniz böyükdür. Ancaq sizin xaricinizdə inkişaf edən hadisələr sizə və ruh halınıza çox - çox təsir edir. Müstəqilliyinizə və azadlığınıza düşkünsünüz. Yenə də sevgini hər şeyin üstündə tutursunuz. Həyatınız qarışıqlıqları həll etmək üzərində qurulduğu üçün mübarizə etməkdən yorulmursunuz. Dərhal hər səviyyədən insanla razılaşma qabiliyyətinə və sonsuz səbrə sahibsiniz. Ünsənsələrin ehtiyaclarını onlar söyləmədən anlayır və köməklərinə qaçırsınız. Çox yaxşı bir dinləyici, müşahidəçi və yol göstəricisiniz, buna görə sizi yaxşı bir psixoloq və ya natiq hesab etmək olar.

Maraqlı     Baxılıb: 11480   Tarix: 31 avqust 2016
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Hər kəsi heyrətə gətirən araşdırma: dünyada ölümsüzlük dövrü – FOTO

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib. -a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşay

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

Eynşteyn yenə haqlı çıxdı - Kainatın modeli dəyişir

Xəbər verdiyimiz kimi, kainatda qara dəlik aşkar edilmişdi. Lakin bu dəfə kəşf edilən qara dəlik qeyri-adidir. Kainat modelinə sığmayan bu qara dəlik indiyə qədərki kainat haqqında təsəvvürləri kökündən dəyişə bilər. -a istinadə

.

Günəşin səthində "sürünən ilan" təsviri lentə alındı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb. "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi"

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

turlar.az

sonxeber.az geyim seçimi qadin dunyasi reseptler daginiq skleroz mualicesi kişi sağlamlığı zeytun mürəbbəsi küftə reseptləri kosmetika ziyafet geyimleri bayatilar kəlamlar buga burcu statuslar