Hər kəsin istifadə etdiyi bu şampunlar riskli ola bilər
Son dövrlərdə saç boyası tərkibli şampunlara maraq artıb. Bir çox insan saçlarını həm tez, həm də rahat şəkildə rəngləmək üçün bu məhsullara üstünlük verir.
Milli.Az xəbər verir ki, xarici mütəxəssislər xəbərdarlıq edir ki, bu tip məhsulların tərkibindəki kimyəvi maddələr saç dərisinə və sağlamlığa zərər verə bilər.
Dermatoloqlar bildirir ki, tərkibində ammonyak, paraben və allergen maddələr olan bu şampunlar tez-tez istifadədə saç tökülməsi, qızartı, qaşınma və hətta allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə həssas dərili şəxslər bu məhsullardan istifadə etməzdən əvvəl mütləq test aparmalıdırlar.
Kosmetoloqlar isə qeyd edirlər ki, bu cür şampunlar qalıcı nəticə vermir və saçın təbii quruluşunu poza bilər. Üstəlik, bəzi hallarda istifadə sonrası saçda qeyri-bərabər rəng yayılması da müşahidə olunur.
Mütəxəssislər istehlakçılara tövsiyə edir ki, saç rəngini dəyişmək istədikdə, keyfiyyətli və sertifikatlı məhsullara üstünlük versinlər və istifadə etməzdən əvvəl mütləq məhsulun tərkibini yoxlasınlar.
Aysel Əkbər
Milli.Az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Dubayda qalan aktyorlar vətənə döndü
Oğlum məni rədd etməyib' - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
Kürəkənim evimi satmağa qoymur
Azərbaycanın builki 'Avroviziya' təmsilçisi açıqlandı
Beyni gəncləşdirən vasitələr
Cavanlaşmaq üçün üzü duzla yumağın FAYDALARI
Könül MTV-dən getdi, 'SPACE TV'də Toliki əvəz edəcək
Arteriyaları təmizləyən toxum: Necə içək?