Hər qadın bunu bacarmalıdır

Hər qadın bunu bacarmalıdır1. Güzgüsüz pomada çəkmək
Formalı çəkməyə çalışmadan pomada ilə dodaqlarının üzərindən apar. Sonra bir neçə saniyəlik dodaqlarını bir-birinə bərk sıx - pomada özü dodaqlarına bərabər çəkilmiş olacaq.

2. Kompliment qəbul etmək
Sakit və əlavə emosiyalarsız. Çalış ki, kompliment söyləyən adama təşəkkürlər yağdırmaya və "Sadəcə, burada işıq yaxşı düşüb" tipli cümlələrlə təvazökarlığını nümayiş etdirməyəsən.

3. İşin çox olduğu bir vaxtda şefinə xəstələndiyini xəbər vermək
Vicdan əzabını unut - sən doğrudan da özünü çox pis hiss edir və işə çıxa bilmirsən. Sənə nə olduğunu şefə başa sal və həkimin nə vaxta səni ayaqüstə qoyacağını bildir. Xatırlat ki, nə məsləhət lazım olsa, sənə istənilən vaxt zəng edə bilərlər.

4. Lazımlı ünvan və telefonları tapmaq
Yaxşı telefon sorğu kitabı və ya onun elektron versiyasını al. Böyük çətinliklə əldə etdiyin telefon nömrələrini heç vaxt atma. Təcrübə göstərir ki, onlar nə vaxtsa yenidən lazım olacaq.

5. Kompüterdə, o cümlədən də İnternetdə işləmək
Savadlı insanları qıcıqlandıran bu tipli suallar vermə: "Mətni necə yadda saxlayım"? və ya "Rambler nədir"?. İki axşamını sənə həsr edəcək kompüter bilicisi dostun nə lazımdırsa sənə öyrədə bilər.

6. Başqalarından gözünün altındakı göyərtini gizlətmək
Korrektəedici karandaş və tonal krem çək. Kirşan çəkən zaman isə gözətrafından uzaq dur. Kirşan gözün altındakı dairələri yalnız büruzə verəcək.

7. Əldə fala baxmaq
Bu, tanış olmaq üçün xoşuna gələn bir kişiyə fikirləşmədən təklif edəcəyin üsuldur. Yəqin, o bunu rədd etməyəcək; kişilər, söhbət onların şəxsiyyətlərindən gedəndə, hər şeyi bilməyə çalışırlar. Əsas üç xətti öyrən: həyat, ürək və ağıl. Bu xətlərin nə deməsini isə... onların üzündən oxu.

8. Yeni partnyorunla prezervativ haqqında söhbətə başlamaq
Belə de: "Mən prezervativlə sevişəndə özümü daha inamlı hiss edir və böyük zövq alıram. Onu geyinəndə artıq heç bir şey haqqında fikirləşmək lazım deyil". Əgər o desə ki, "Mən onsuz da heç bir şey haqqında fikirləşmirəm və böyük zövq alıram", onda bu kişi ilə sağollaş və rahat nəfəs al.

9. Sızanaqlardan canını qurtar
Bir dəfəyə 2-3 dənədən çox olmayaraq. Əgər bütün üzünü sızanaqlar örtübsə, onda dermatoloqa müraciət elə. Tək-tüklərlə isə belə başa çıxmaq olar: üzü sabunla yu, sızanağı isti suda saxlayandan sonra soyumasını gözlə və iynə ilə üzərinə səliqəli bas, içindəkini çıxart. Bu yeri mütləq spirtli losyonla sil.

10. Musiqi ilə hərəkət etmək
Evdə məşq elə. Yüksək səsli rəqsi hamının ifa etdiyi yerdə özünü suda balıq kimi saymaq üçün cəmi bir neçə hərəkəti öyrənmək kifayətdir.

11. Bir-iki şəxsi markalı yemək hazırlamaq
Yaxşı kulinariya kitabını götür və xoşuna gələn reseptləri seç (amma çətinlərini yox), onlara maraqlı adlar fikirləş və bir-iki inqridient artıraraq, özününküləşdir.

12. "Düzgün" içmək
Yaxşı olar ki,heç içməyəsən. Əgər içirsənsə, bir dəfəyə nə qədər alkoqollu içki içə biləcəyini müəyyənləşdir. Öz normandan artıq içməməyi öyrən. Alkoqollu şənlikdən sonra 3 stəkan su iç ki, sabah özünü pis hiss etməyəsən.

13. İkinci görüşü təyin etmək
Birinci görüş zamanı özün kimi ol, sakitliyini qoru və onunla maraqlandığını göstər; o sənə zəng edəcək, şübhən olmasın. Amma birinci görüş zamanı ikinci görüşün də vaxtını dəqiqləşdirmək yaxşı olardı. Bu barədə özün söhbət açmaqdan çəkinmə.

14. Əlində balaca uşaqları saxlamaq
Burda iki biclik var. Birincisi, uşağı özündən məsafədə saxlamağa cəhd göstərmə; uşaqları qucağa alanda həmişə özünə sıxırlar. İkincisi, lap balaca uşaqların başını da saxlamaq lazımdır, çünki özləri bunu bacarmır.

15. İşə düzələn zaman yüksək maaş istəmək
Belə söhbətə hazırlaşmaq lazımdır. Əmək bazarında öz ixtisasın üzrə qiymətləri öyrən və orta əmək haqqı müəyyənləşdir. Əgər sənə aşağı maaş təklif edirlərsə, bu rəqəmə istinad edərək de: "Mən sizdə işləməyi çox istəsəm də, orta bazar qiymətlərindən aşağı maaşa razılaşa bilmərəm".

16. Kişi ilə ayrılmaq
Ayrılığın səbəbini öz üzərinə qoymağa çalışma, yoxsa bu söhbət uzana bilər. Yalnız özün haqqında danış: "Yəqin, mən hələ belə münasibətlərə hazır deyiləm" və ya "Mən fikirləşirəm ki, biz xoşbəxt olmayacağıq". Məhəbbət münasibətlərinizə nöqtə qoy, amma dost olaraq qalmağı təklif elə.

17. Eyni saç kəsimi ilə evdə azı iki saç düzümü etməyi bacarmaq
Saçını kəsdirən zaman ustaya hansı saç düzümü variantlarını sənə təklif etdiyi barədə soruş.

18. Geyim, ayaqqabı və alt paltarı ölçülərindən başı çıxmaq
Yaxşı mağazada heç nə almasan belə, satıcı həmişə sənin ölçülərini ölçüb, onları deməyə hazırdır. Elə həmin mağazada, yəqin ki, bizim ölçülərlə xarici ölçülərin analoqunu olan cədvəli də tapa bilərsən. Öz yaddaşına güvənmə, ölçülərin haqqında məlumatları yaddaş kitabçasına köçür.

19. Pul yığmaq
Nəyəsə pul yığmasan da, həmişə müəyyən məbləğdə pul rezervin olmalıdır. Belə özünü daha müstəqil hiss edəcəksən.

20. Sevgilinə masaj etmək
Sadəcə olaraq onun özünü rahat hiss etməsi üçün. Ondan xahiş et ki, soyunaraq uzansın, sənsə əlinə bir az yağ çəkərək onun belinə otur. Kürəklərdən başla və əllərinlə dairəvi hərəkətlər elə. Yavaş-yavaş daha böyük dairələr edə-edə, ağırlığı bir az artır və kürəkdən aşağı doğru en. Bir ritmlə "işləməyə" çalış və tələsmə.

21. Gül çələngini uzun müddət təravətli saxlamaq
Yanında güllər o dəqiqə solan qız dəhşətli görünür. Qızılgüllərin ucunu bir neçə dəqiqə qaynar suda saxlasan, onlar müəyyən müddət çox yaşayacaq. Və istənilən güllərin ucunu dioqanal üzrə iti bıçaqla kəssən, bir neçə gün daha təravətli qalacaq.

22. Şəkil üçün poza vermək
Fotoalbomunu vərəqlə və hansı şəkildə, paltarda, üz ifadəsində yaxşı göründüyünü müəyyənləşdir. Növbəti dəfə şəkildə daha yaxşı alınmaq şansın artacaq.

23. Başqasının işini rədd etmək
Uzun və zəhlətökən izahatlar lazım deyil. Sadəcə olaraq bunu etməyəcəyini demək kifayətdir; insanlar, adətən, özləri görməli olduqları işi başqasının görməsi üçün xahiş edəndə bunu başa düşürlər. Amma bütün xahişləri "boynuna minmək" kimi qiymətləndirmə.

24. Dostlarının, tanışlarının və sevgilinin ev heyvanları ilə yola getmək
Əsas qayda: ev heyvanı özü səninlə münasibətə meyl göstərməlidir. Ən pis halda, "İtiniz zəhlətökən olanda" tipli kitab tap və onu öyrən.

25. Dünyada baş verənlərdən xəbərdar olmaq
Gündəlik məlumat alacağın, heç olmazsa, bir informasiya mənbəyi tap; qəzet, sayt, radio və ya teleproqramı müəyyənləşdir. Qoy, bu sənin adətin olsun.

Maraqlı     Baxılıb: 2471   Tarix: 01 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

turlar.az

toy makiyaji sekilleri qis geyimləri 2026 sac duzumleri atalar sozleri ve meseller qas duzeltme infeksion xestelikler fransiz qadinlari kosmetika gulmeli hakista bayatılarımızda vətən həsrəti faydalı məsləhətlər aybawi hakışdalar