Hər tikəsi ömrü qısaldır - Bəh- bəhlə yeyilir, amma orqanları sıradan çıxarır

Hər tikəsi ömrü qısaldır - Bəh- bəhlə yeyilir, amma orqanları sıradan çıxarırSüfrələrimizdə tez-tez yer alan və bir çox insanın sevimlisi olan bəzi qidalar əslində səssiz şəkildə sağlamlığımıza ciddi zərər vurur. Xüsusilə emal olunmuş və qatqı maddələri ilə dolu məhsullar, hər dişləkdə bədənimizə zərbə endirərək ürək-damar sistemini sıradan çıxarır, xolesterolu, şəkəri və təzyiqi təhlükəli həddə qaldıra bilir.
Michigan Universitetinin alimləri tərəfindən hazırlanan "Sağlam Qidalanma İndeksi" modelinə əsasən, bəzi ultra-emal olunmuş qidalar hər porsiyada sağlam ömürdən dəqiqələr oğurlayır.
Budur ən çox istehlak edilən və ömrünüzdən vaxt "aparacağı" bildirilən 4 təhlükəli qida
Sosisli sendviç - 36 dəqiqə "aparır"
Hot dog və digər emal olunmuş ət məhsulları tərkibindəki yüksək duz, doymuş yağ, qatqılar və konservantlar səbəbilə sağlamlıq üçün təhlükəlidir.
Ürək-damar xəstəliklərinin riskini artırır.
Yüksək duz miqdarı təzyiqi qaldıra bilər.
Nitrit və nitrozamin maddələri xərçəng riski ilə əlaqələndirilir.
Emal olunmuş ət və ya vetçina - 24 dəqiqə "aparır"
Vetçina və oxşar məhsullar sağlam ömrü azaldır. Michigan araşdırmasına görə, bu qidalardan bir porsiya təxminən 24 dəqiqə itkiyə səbəb ola bilər.
Pis xolesterolu (LDL) artırır.
Doymuş yağ və natrium yükü ürək üçün təhlükəlidir.
Uzunmüddətli istehlak bağırsaq xərçəngi riskini artıra bilər.
Şirin və ya aspartamlı içkilər - 12 dəqiqə "aparır"
Qazlı içkilər və süni tatlandırıcılı məhsullar təxminən 12 dəqiqəlik sağlam ömür itkisinə səbəb olur.
Qan şəkərində ani sıçrayışlar yaradır, insulin müqaviməti və tip 2 diabet riskini artırır.
Fruktoz çoxluğu qaraciyər yağlanmasına gətirib çıxarır.
Obezlik, diş çürüməsi və metabolik sindrom kimi problemlərə yol aça bilər.
Çizburger - 9 dəqiqə "aparır"
Fast-food menyularının sevimlisi olan çizburgerlər yüksək kalori, doymuş yağ və trans yağ tərkibi ilə sağlamlıq üçün təhlükə yaradır.
Kilo artımına və piylənməyə səbəb ola bilər.
Xolesterolun yüksəlməsi, damarların tıxanması və diabet riskini artırır.
Tərkibindəki emal olunmuş maddələr bədəndə iltihab yarada bilər.
Michigan Universiteti 5.800-dən çox qidanı həm sağlamlığa, həm də ətraf mühitə təsirinə görə qiymətləndirib. Modellərə əsasən, kiçik dəyişikliklər (məsələn, emal olunmuş ətin 10%-ni meyvə, tərəvəz və qoz-fındıqla əvəz etmək) belə gündəlik sağlam ömrü artırmağa kömək edə bilər.
Alimlər bildirir ki, bu cür modellər dəqiq nəticə vermək üçün deyil, daha şüurlu qidalanma vərdişləri formalaşdırmaq üçündür. Çünki hər qidanın təsiri insandan insana fərqli ola bilər.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1436   Tarix: 30 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

yay kolleksiyasi gelinlikler hamilelikde qidalanma dermanlar ana və uşaq buruq saclara qulluq haqista kosmetika kley lekesi qoğalın nağlı qogal baldiza aid efsaneler