Hərəki funksiyanın itirilməsi

Hərəki funksiyanın itirilməsiSkelet əzələlərinin tonusu və yığılması onurğa beyinin öz buynuzlarında yerləşən hərəki neyronların oyanma qabiliyyəti ilə əlaqədardır.Baş beyində yerləşən hərəki mərkəzlər,motoneyronlar və hərəki sinir liflərinin zədələnməsi hərəkət pozğunluqlara səbəb olur.Hərəki sinir mərkəzlərinin və hərəki yolların zədələnmələri çox vaxt iltihab,travma,qansızma,tromboz,emboliya və şiş mənşəli olur.Bəzi hallarda isə histeriya və psixi travma zamanı da hərəki pozulmalara rast gəlinir.Sinir sistemi ilə əlaqədar pozğunluqların əsas formaları bunlardır:
- hərəki funksiyanın itirilməsi
- hiperkinezlər
- hərəkət koordinasiyasının pozulması
Əzələlərin hərəkətinin və orqanların funksiyasının tam itirilməsinə iflic deyilir.Patologiyalar zamanı funksiyaların və hərəkətlərin məhdudlaşması isə parez adlanır.
İflic sinir yollarının hər hansı bir hissəsindən hərəki impulsların tamamilə keçməməsi nəticəsində baş verir.Parez zamanı isə sinir impulslarının natamam keçməsi müşahidə edilir.
Periferik iflic və parez periferik hərəki neyronların funksiyasının itirilməsi və ya zəifləməsi nəticəsində baş verir.Bu neyronların funksiyası onurğa beyinin ön buynuzlarının,ön köklərin və periferik hərəki sinir liflərinin zədələnməsi nəticəsində pozula bilir.İnsanlarda periferik iflicə sinir liflərinin travmaları,polinevrit və bəzi avitaminozlar(əsasən B qrup vitaminlər) da səbəb ola bilir.
Periferik iflic olan nahiyədə əzələ tonusu kəskin surətdə azalır.İflic zamanı ətraf əzələləri passiv hərəkətə qarşı müqavimət göstərmir,yumşaq və süst olur.Buna görə də periferik iflicə həm də süst iflic deyilir.İflic baş verdikdən sonra isə inervasiya nahiyəsində maddələr mübadiləsi azalır,əzələ liflərində kifayət qədər ATF əmələ gəlmir,zülalların sintezi azalır,yeni zülalların əmələ gəlməsi baş vermir.Bu həmin nahiyədə ehtiyac duyulan maddələrin oraya gəlməməsinə və bu səbəbdən də həmin nahiyədə qidalanma pozğunluqlarının baş verməsinə səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1668   Tarix: 23 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

maskalar geyim və ayaqqabılar qadin dunyasi goyemin faydasi ariqlamaq ucun yasil cay ciyer qovurma südlü şirniyyat kosmetika ağır itki vusale elizade atalar sözləri hakışta oğlaq