Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibəti

Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibətiSəlim ibni Cabir nəql edir: "Peyğəmbərə (s) dedim: "Mənə bir şey öyrət ki, fayda aparım". Həzrət (s) buyurur: "Yaxşılıqdan olan bir şeyi kiçik sayma, baxmayaraq ki, susuz olan zaman dolçana bir qurtum su tökülsə belə. Qardaşınla gözəl əxlaqla qarşılaş və qaib olan zaman onun qeybətini etmə"".

Həzrət Peyğəmbər (s) buyurur: "Merac gecəsində bir dəstə insanı gördüm ki, dirnaqları ilə üzlərinə çəng vururlar və üzlərini cırırlar. Cəbrayilə (ə) dedim: "Bunlar kimlərdirlər?". Dedi: "O kəslərdirlər ki, insanların qeybətini ediblər"".
İmam Sadiq (ə) buyurur: "Loğman oğluna deyir: Həsəd aparanın üç nişanəsi vardır: Başının arxasından qeybət edər, üz-üzə gələn zaman yaltaqlanar, başqalarının giriftar olmasına sevinər".
Xanim.az deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) buyurur: "Dilin haqqı - onu pis sözlərdən saxlamaq, yaxşılıqlara, yersiz sözləri çox danışmaqdan saxlamağa, insanlara yaxşılıq etməyə və onlar haqqında yaxşı danışmağa adət etdirməkdir". (Erfan)
İmam Əli (ə) buyurub: "Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sözlər danışaraq, qeybət edən kəsdir".
İmam Hüseyn (ə) (Onun yanında bir kişinin qeybətini edən kimsəyə) buyurdu: "Ey kişi! Qeybətdən əl çək. Çünki qeybət - cəhənnəm itlərinin yalıdır".
İmam Sadiq (ə) buyurub: "Bir kişi Əli ibn Hüseynə (ə) ərz etdi: "Filankəs sizin haqda deyir ki, yolunu azmış və bidətçi birisiniz". Əli ibn Hüseyn (ə) ona buyurdu: "Həmin kişi ilə yoldaşlığın haqqını gözləməmisən. Çünki onun sözünü bizə çatdırmısan. Bizim haqqımızı da gözləməmisən. Çünki qardaşımın mənim bilmədiyim sözlərini mənə çatdırdın!.... Qeybət etməkdən çəkin. Çünki o, cəhənnəm itlərinin yalıdır. Bil ki, kimsə camaatın çox eybini tutursa, bu çox eyb tutmağın özü, eybləri özündə olduğu qədər axtardığını göstərir (onun camaatdan eyb tutması göstərir ki, həmin eyblər onun özündə də vardır)"".
Allahın Peyğəmbəri (s) buyurub: "Üç şəxsə cənnət haramdır: (Allaha) minnət qoyana, qeybət edənə, şərab içənə".
Allahın Peyğəmbəri (s) buyurub: "Kim müsəlman kişi və ya qadının qeybətini edərsə, qeybət olunan onu bağışlamayınca, Allah 40 gecə-gündüz onun namaz və orucunu qəbul etməz".
Allahın Peyğəmbəri (s) buyurub: "Qeybət etmək zinadan daha pisdir". Ərz etdilər: "Necə?". Buyurdu: "Kişi zina edir, sonra tövbə edir və Allah onun tövbəsini qəbul edir. Ancaq qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana qədər bağışlanmaz".

Xəbərlər     Baxılıb: 1817   Tarix: 04 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

maskalar toy gecesi geymler 2026 monika belluççi zirincin faydasi hicab haqqinda qəlyanaltı reseptləri kosmetika novruz bayramına aid hakıştalar video baliq xeyanet birlik