Həyat qurtaran məlumat - İnfarktın erkən əlamətləri hansılardır?
Kardiologiya üzrə mütəxəssis Dos. Dr. Mehmet Fatih Karakaş Türkiyədə hər dörd nəfərdən birinin həyatının müəyyən dövründə ürək xəstəliyi keçirdiyini bildirib.
Milli.Az xəbər verir ki, o, infarktların əksər hallarda qəfil və heç bir əlamət olmadan baş verdiyini qeyd edərək, vətəndaşları kritik simptomlara qarşı diqqətli olmağa çağırıb.
Dr. Karakaşın sözlərinə görə, dünyada hər il 18 milyon, Türkiyədə isə 200 min insan ürək-damar xəstəliklərindən həyatını itirir.
"Ürək xəstəlikləri səssiz, lakin ölümcül düşməndir", - deyə o bildirib.
İnfarktın əlamətləri nələrdir?
Ən çox rast gəlinən simptomlar arasında sinə ağrısı, nəfəs darlığı, ürək döyüntüsü və həddindən artıq yorğunluq yer alır. Bəzi hallarda bu əlamətlər yüngül keçə bilər və insanlar fərq etməyə bilər. Bu səbəbdən hər hansı qeyri-adi hal hiss edildikdə həkimə müraciət etmək vacibdir.
"Ürək sağlamlığı üçün sağlam həyat tərzi seçin, mütəmadi tibbi müayinədən keçin. Unutmayın ki, infarkt nə vaxt baş verəcək, bilinmir - amma hər an baş verə bilər", - deyə Dr. Karakaş xəbərdarlıq edib.
Fidan
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi