"Həyat yoldaşım, sevgilim mənə qadağa qoya bilməz" - Ölüm xəbəri yayılan aktrisa (VİDEO)

"Həyat yoldaşım, sevgilim mənə qadağa qoya bilməz" - Ölüm xəbəri yayılan aktrisa (VİDEO)ARB Ulduz-un "Şou-məkan" proqramının növbəti qonağı aktrisa Cəmilə Tağızadə olub.

Xanim.az xəbər verir ki, serial obrazlarının sevimli ifaçısı Cəmilə ona qarşı yönələn təkliflərə nə üçün rədd cavabı verdiyini açıqlayaraq, gəlişi kimi gedişinin də, sözün hər iki mənasında, möhtəşəm olduğunu dilə gətirib. Bununla yanaşı aktrisanın ölüm xəbəri çoxlarını sarsıdıb:

"Ölüm səhnələrim çox səs-küyə səbəb oldu. Hətta insanlar o qədər təsirlənmişdilər ki, mənə zəng edirdilər, yazırdılar ki, Cəmilə xanım, sağsız? Elə bilirdilər ki, həqiqətən də, mən yoxam. Nə qədər insan yazıb, nə qədər insan zəng edib axtarıb. Mən inana bilməzdim ki, xalqımız bu qədər serialın dərinliyinə gedə bilər, həmin obraza aşiq ola bilər".

Özünün ölüm səhnəsini real olaraq yaşadığını söyləyən, bu xəbərin ətrafındakılara, eləcə də onun özünə bərk təsir etdiyini deyən aktrisa təsirləndiyini dilə gətirib:

"Öz ölüm səhnələrimə baxanda çox ağladım. Soruşanda ki, sağsız, insana necə təsir edər? Tüklərim biz-biz oldu. Ancaq mən burdayam. Sağ-salamatam. Yəni ruh deyiləm. Hər şey yaxşıdır".

- Cəmilə söz-söhbətlər qanad açıb dildən-dilə dolaşır ki, guya sevgilin istəmədiyi üçün sən serialdan uzaqlaşmaq məcburiyyyətində qalıbsan.

"Açıq-saçıq heç nəyim yoxdur. Artıq-əskik, ləkəli bir həyatım yoxdur. Alnım açıq, üzüm ağ. Niyə məni bu sahədən uzaqlaşdırsın ki, niyə məni çərçivəyə salsın və nədən narahat olsun? Qəti surətdə deyirəm ki, həyat yoldaşım və ya sevgilim mənə qadağa qoya bilməz, yox deyə bilməz".

Özündən yerdən-göyə qədər arxayın olan, gördüyü işlərdən qorxacağı olmayan aktrisa elə buna görə də ona heç kimin, hətta sevdiyi insanın belə qadağa qoymayacağını vurğulayıb:

"Mən açıq-saçıq geyinmirəm. İnsana niyə yox deyirlər? Bütün günü klublarda gəzmirəm. İçmirəm, çəkmirəm. Daha nəyə yox desin? O, məndə problem axtara bilməz".

Çoxdandır evlənəcəyi zamanı ötüşdürən Cəmilə ailə qurmaq üçün hər şeyin hazır olduğunu və bu il dünya evinə girəcəyini də eksklüziv olaraq bizimlə bölüşüb:

"Saç düzümümdən tutmuş, gəlinlik donuna kimi hər şey hazırdır, bəs hanı bu bəy? Bu il bir şeylər edəcəyik. Bu il məni gəlinlikdə görəcəksiz. 2017-ci ildə Cəmilə Tağızadə ərə gedəcək".

Aktrisa onun haqqında irəli-geri danışıb, hardan gəldi filmlərdə rol aldığını söyləyən insanlara da sərt ismarıc göndərib:

"Sənin mənimlə nə problemin var? İki diplomum var, universitet oxumuşam. Qismət olsa, magistri davam etdirəcəm. Bir neçə dil bilirəm. Məni küçədən tutub gətirməyiblər səhnəyə. Mən öz əziyyətimlə gəlib bu yerə çıxmışam. Mənim arxam, adamım, sevgilim olmayıb. Göydə Allah, öz əziyyətim, bir də anam sağ olsun".

Cəmiləyə irəli getməsi üçün müəyyən təkliflər edilsə də, o, qətiyyətlə niyyətləri rəngbərəng olan insanlara rədd cavabı verib:

"Onlar heç biri həyatımda ola bilməz. Təkliflər çox olur. Mən hamısını rədd edirəm. O, mənlik deyil. İstedadımla qabağa gedirəm. Başqa şey istəmirəm. Mən yaxşı ailə həyatı istəyirəm, yaxşı həyat yoldaşı istəyirəm. İstəyirəm ki, uşaqlarım, həyat yoldaşım gələcəkdə mənə görə utanmasınlar".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.bakuvs

Xəbərlər     Baxılıb: 2035   Tarix: 26 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

turlar.az

yemek reseptleri geymler 2026 donlar 2026 boyun osteoxondrozu nişan və evlilik qadin dunyasi az burcler kisiler kosmetika gozde olar maraqlı sanama əqrəb meseller