Həyat yoldaşımsan, yoxsa məşuqum? (Test)

Həyat yoldaşımsan, yoxsa məşuqum? (Test)Əksər kişilər həyatındakı qadının həm həyat yoldaşı, həm də məşuqəsi olmağını istəyir. Bəs hər qadın bunu bacarırmı? Sevdiyiniz kişinin həyat yoldaşısınız, yoxsa məşuqəsi? Bunu bilmək istəyirsinizsə bu test əsl sizlikdir.

18 yaşınızda olanda ən böyük arzunuz?
a) Ağ paltarda, yanınızda sevdiyiniz və toy gününüz;
b) Bir neçə il öz istədiyiniz kimi yaşamaq;
c) Tanınmış kino aktyor, məşhur yazıçı olmaq.

Yığıncaqda tanımadığınız bir kişi sizə yaxınlaşmağa cəhd edirsə:
a) Bir az göz gözlərib, sonra telefon nömrənizi verəcəksiniz;
b) Əsəbləşməyə başlayacaqsınız və tez yoldaşınızı axtaracaqsınız;
c) Hər ehtimala qarşı gülümsəyirsiniz və ona etiraz etmədiyinizi başa salmağa çalışaqsınız.

Sizə seks haqqında məlumat verəcək neçə kitabınız var?
a) Yoxunuzdur;
b) Üç dənədən artıq;
c) İki, hansını ki, əzbər bilirsiniz.

Aşağıdakılardan hansını seçərdiniz?
a) Tünd rəngli gecə köynəyi;
b) Ən bahalı ətir;
c) Yaxşı plaş

Sizcə kişini qazanmağın ən düzgün yolu hansıdır?
a) Ona gələcək həyatın tablosunu çəkmək: dadlı yemək, evdə səliqə, aranızda zərif münasibət;
b) İntellektual səviyyənin uyğunluğu: ikinizin də xoşladığı kitab və ya filmin müzakirəsi;
c) Hisslərinə toxunaraq: saçları, dərisi, istifadə etdiyi ətir barəsində danışmaq.

Yad bir kişi sizinlə küçədə danışmağa çalışırsa:
a) Bir az da yerişinizə seksuallıq qataraq yolunuza davam edirsiniz;
b) Gülümsəyirsiniz, çünki bu bir komplimentdir;
c) "İqnor" edirsiz, çünki bu sizi pis vəziyyətdə qoyur.

"Maşının hissi" kitabında yazıçı öz oxucularını pələng tərəfindən zorakılığa məruz qalmış biri kimi təsəvvür etməyə çağırır. Siz bu idea haqqında nə düşünürsünüz?
a) Yüksək dərəcədə ehtiraslandırıcı;
b) Tamamilə gülməli;
c) Bir az müəmmalı. Bir qədər düşünsək burada nəisə var.

Sizin sevgiliniz başqa biri ilə maraqlanır. Reaksiyanız necə olar?
a) Siz ölmək istəyirsiniz, ağlayırsınız, onu daha görmək istəmirsiniz;
b) Onu sevdiyiniz deyib, bir müddətlik ondan uzaqlaşmağı qərara alırsız;
c) Yaşananları xatırladaraq, onu buraxmaq istəmədiyinizi bildirirsiz.

Ağır bir iş günündən sonra yoldaşınız evə gələndə münasibətiniz?
a) Ona sizin işdə yorulduğunuzu deyirsiniz və birlikdə yemək bişirməyi təklif edirsiniz;
b) Şam yeməyi verib, onu yataq otağınıza aparsınız;
c) Stakana çay süzüb, sevdiyi mahnını qoyursunuz. Ona işdəki sərgüzəştlərinizi danışaraq, masaj etməyə başlayırsınız.

Əgər kişi sizin onun üçün seksual obyekt olduğunuzu işarə edirsə, münasibtiniz:
a) Növbəti görüşdə onun haqlı olduğunu sübüt etmək üçün daha açıq paltar geyinirsiniz;
b) Dəhşətə gəlirsiniz, qadın hüquqlarının qorunması naminə bəzi hərəkətlər üçün özünüzə söz verirsiniz;
c) Gülərək cavab verirsiniz ki, "bu keçəcək, sadəcə bir neçə dəfə görüşmək lazımdır".

Əgər siz öz ərinizi çılpaq qadınlarla təsvir edilmiş jurnala tez-tez və daha dərin baxdığı görürsünüzsə:
a) Ondan bu tip şeylərlə maraqlandığı üçün nifrət edirsiniz;
b) Cəld seksual gecə paltarı geyinib qarşısında fırlanırsınız, heç də jurnaldakı qızlardan geri qalmadığınızı sübüt etməyə çalışırsınız;
c) Heç nə etmirsiz. Lüt qadınlara baxmayan bir kişini onların heç birinə də sahib olmağa layiq görmürsünüz.

Tək yaşamaq hissi:
a) Sizi qorxudur;
b) Ehtiraslandırır. Ətrafınız onu görməsi üçün çırpınan kişilərlə doludur;
c) Sizi qane edir, çünki, istədiyiniz kimi yaşamağa şərait yaradır.

Əgər həyat yoldaşınız və ya sevgiliniz birdən "Səni sevirəm" deyir. Sizcə o əslində nə düşününür?
a) "Gedək, artıq yatmaq vaxtıdır"
b) "Mən sənin ad gününü unutmuşam" və ya "Mən bu gün axşam gec gələcəyəm" və yaxud "Bu bazarı dostlarımla keçirəcəyəm"
c) Seni sevirəm

Özünüzə nə qədər vaxt sərf edirsiniz: duş qəbulu, qrim, bədənə qulluq, geyinmək?
a) Minimum, bu sizi maraqlandırmır;
b) 30 dəqiqə və ya daha çox;
c) Hər səhər 10 dəqiqə. Xüsusi vaxtlarda daha çox.

Kişidə ən çox nəyə fikir verirsiniz?
a) Onun hərəkətləri, necə tərbiyə olunub, danışmaq qabiliyyəti varmı, nə ilə məşğul olur;
b) Onun gözləri və sizə baxmağı;
c) Onun xarici görünüşü.

Əyləncəli bir yığıncağa tək gedəndə:
a) Orada kişi tapmayanda təəssüflənirsiniz;
b) Diqqət çəkmək üçün özünü iş görən kimi göstərirsiniz;
c) Öz rəfiqənizlə küncdə əyləşirsiniz ki, söhbət edəsiniz.

Testə uyğun cavablar:

1. А-0; В-10; С-20
2. А-20; В-0; С-10
3. А-0; В-20; С-10
4. А-20; В-10; С-0
5. А-0; В-10; С-20
6. А-20; В-10; С-0
7. А-20; В-0; С-10
8. А-20; В-10; С-0
9. А-0; В-20; С-10
10. А-20; В-0; С-10
11. А-0; В -20; С-10
12. А-0; В-20; С-10
13. А-20; В-0; С-10
14. А-0; В-10; С-10
15. А-0; В-10; С-20
16. А-10; В-20; С-0

Əgər xalınız 240 - 320 arasıdırsa...
Siz seks üçün yaradılmısınız. Siz tempramentli bir kişinin arzuladığı qadınsınız – vəhşi, alovlu və hər şeyə hazır olan biri. Sizin həyatınızın kişisi lazımlı ehtiyatları saxlayana qədər siz onun həyatında məşuqə kimi rəqibsiz olacaqsınız. Bəs sonra? Budur sizə məsləhət: əgər siz ərə getməyə hazırlaşırsınızsa və ya artıq ərdəsinizsə, onda boş vaxtınızda kurslara gedin, məsələn, aşpazlıq kursuna, naxış tikmələr və s.

160 – 240 arası...
Əsl uğur. Siz eyni anda iki füsunkar qadınsınız. Kişini ovsunlamaqla yanaşı, eyni zamanda nəyi, harada və zaman etməli olduğunuzu əla bilirsiniz. Siz əhval-ruhiyyənizdən asılı olaraq şən, sevimli, zərif və seksual biri ola bilərsiniz. Amma sizdə kifayət qədər sağlam düşüncə var, kişilərə başqa üsullarla da qulluq etməyi bacarırsınız. Yaxşı nahar və təmiz köynəklər də məna kəsb edir.

80 – 150 arası...
Ağlınız hisslərinizi idarə edir. Ola bilər ki, siz həyatınız boyu heç bir romantik hiss yaşamamısınız, çünki, digər qayğılar daha vacib olub. Özünüzə qoyduğunuz qadağanları bir daha düşünün, çəkinizi atın, modanı izləyin, yoldaşınızla tətilə gedin. Yalnız ona görə yox, özünüz üçün edin: işıqsız bir həyat heç kimi xoşbəxt etmir.

80-dən az...
Kişiləri sevmirsiz, seks sizin üçün utanılası bir şeydir. Ərə getməsəz, özünüzü karyaranıza, sevdiyiniz işə həsr etsəz daha xoşbəxt olarsınız. Əgər ərdə deyilsinizsə, onda özünüzü qoruyun. Bir gün yoldaşınız sizi başqa bir qadına görə ata bilər. Sizi öz nəticəniz qane etmir? Neyləmək olar?! Yaxşı olar ki, sizə verdiyimiz məsləhətlərə əməl edəsiniz.


Ailə və Uşaq     Baxılıb: 41049   Tarix: 29 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

turlar.az

toy makiyaji sekilleri gözəllik məhsulları sade makiyaj sekilleri fikrət əmirov doğum hekayələri kətələr atalar sozleri elme aid kosmetika baldıza aid hakışta gunay kahfe kali vətən haqqında atalar sözləri novruza aid hakista