"Həyata qayıtmaq istidən yanan səhrada yol getmək kimi idi"
İlk növbədə, həkimlərə, daha sonra isə mənim sağalmağım üçün dua edən hər kəsə təşəkkür edirəm. Həyata qayıtmaq istidən yanan sonsuz bir səhrada yol getmək kimi idi. Sonunda məni təmiz su axınları qarşıladı. Bunlar dualarınızdı, əziz dostlarım.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə yazıb.
Bir aydan çoxdur ki, koronavirus infeksiyası ilə mübarizə aparan aktyor sağalmasından bəhs edib:
"Namaz əsnasında məscidlərdə və evdə mənim üçün dua etdiniz, xristian kilsələrində şam yandırdınız və sinaqoqların müdrik sükutunda yaradana səslədiniz. Hətta heç bir dinə etiqad etməyənlər o qədər isti, səmimi sözlər söylədilər ki, mənim üçün onlar da bir dua oldu. Tanış və dost olduğum hər kəsə çox təşəkkür edirəm! Tanımadığım insanlara xüsusi təşəkkür edirəm, çünki dualarınız və dəstəyiniz mənim üçün insan mehribanlığının ən təsirli, parlaq və əvəzolunmaz təzahürü oldu. Tanrı sizi hər zaman qorusun. Sizə və sevdiyiniz hər kəsə can sağlığı diləyirəm".
Milli.Az /news.milli.az









Sinan Akçıl Türkiyə millisi üçün marş hazırlayır
Şahzadə Harrinin jurnalistlə sevgi mesajları ortaya çıxdı
Sən həmişə mənim balaca bacım olaraq qalacaqsan' - Fatimənin xınası oldu
Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?
Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı
Metin Akpınardan qızının 6 milyonluq təzminat tələbinə etiraz
Xərçəng aşkarlanan model ölümdən xilas oldu
Zamiqin bu xüsusiyyəti pisdir
Dilarə və Fəriddən yeni duet: "Sevəcəm
Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir
Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi