"Həyatım ondan sonra başqa cür başladı" - Anar həyatının gizlinlərini açdı - VİDEO - FOTO

"Həyatım ondan sonra başqa cür başladı" - Anar həyatının gizlinlərini açdı - VİDEO - FOTOARB Ulduz-un "Şou məkan" proqramının budəfəki müsahibi stilist Anar Ağakişiyev olub.

Xanim.az xəbər verir ki, 2018-ci il daxil olan kimi səsi-sorağı, əl işlərinin sehri bütün dünyaya yayılan stilist Anar Ağakişiyev yeni ilə böyük uğurlarla başlayıb.

"Yanvar ayının 4-ü həyat mənim üçün tamam başqa cür başladı. Növbəti dəfə dünya mətbuatında mənim haqqımda məlumat yayımlandı. Keçən dəfə də 1000-dən artıq saytda barəmdə məlumatlar çıxmışdı. Bu dəfə isə hətta Mozambikdə belə mənim haqqımda xəbər yayımlandı. Qardaş Türkiyədə də xəbərlər çıxdı və məni çox sevindirdi".

Anarın əl işi, istedadı və yenilikləri Türkiyə mediyasında da "möcüzə dəyişim" olaraq qiymətləndirildi. Xanımları yarım saat ərzində 20-30 yaş gəncləşdirdiyi diqqətə çatdırıldı.

"Kafedə rəfiqəmlə oturmuşdum. Gördüm ki, İnstaqram-da "dayrekt"ə ard-arda mesajlar gəlməyə başlayır. Görürəm ki, Show TV-dən məktublar gəlir. Bundan əlavə Koreyada, Hindistanda, Yaponiya və Avropanın bütün dövlətlərində makiyaj dəyişimimlə bağlı xəbərlər yayımlandı. Qısqananlar partlasınlar.

Bəziləri söylədi ki, sifarişli süjetlər idi. Bəyaz TV-də 9 dəqiqə sifarişli süjet olar? Mənim artıq bir milyon dollarım var ki, sifariş edim. Əgər sifarişli idisə, Show TV-nin efirində Nigar Camal, Günay İbrahimli nə gəzirdi? Hətta Şəbnəm Tovuzlunu da veriblər. Özləri səhifəmə girib şəkilləri və videoları götürüblər".

- Anar, bu qədər böyük uğuru görüb, zəng edib, təbrikləri çatdırmamaq ancaq paxıllıq ola bilər. Bəs, yaxın ətrafının bu məsələyə reaksiyası necə oldu?

"Çox adam buna görə mənə zəng vurmadı. Sanki heç bir şey olmayıb. Təbrik edənlər də oldu. 1000-dən çox məktub almışam. Mənə sual verdilər ki, kimlər səni təbrik elədilər. Mən də söylədim ki, bu adamlar məni təbrik ediblər. Sual verirlər ki, bəs Röya sizi təbrik etdi? Mən də cavab verdim ki, yox. Məndə yalan yoxdu".

Stilistin belə bir möcüzə dəyişimini görüb başına ağrılar girən bəzi insanlar həmin dəyişimdə işıq effektlərinin və ya xüsusi proqramların rol oynadığını ortaya atdılar.

"Mən şəkilləri telefonla çəkirəm. Peşəkar kamera ilə çəkmirəm. Şəkil qoyanda yaza bilərsiz, fotoşopla edilib. Videonu fotoşopla dəyişmək mümkün deyil axı. Deyirlər ki, işıq effekti verir Anar. Bunu söyləmək ayıbdır. Bir-birimizi tapdalamayaq".

Anarın uğurlarını görməmək üçün göz qapaqlarını lehimləyən bəzi insanlara da stilistin cavabı bu cür oldu.

"Səviyyəsiz rəylər yazırlar. Deyirlər, ay nə böyük iş olub, ay nə bilim işıq effektləridir. İnstaqram-da yazılanları oxuyuram, pis oluram. Məni qıcıqlandıran həmin o mesajları, rəyləri yazan insanlar vaxt gələcək 500 kabinet keçəcəklər ki, gəlib mənimlə sırf şəkil çəkdirsinlər. Uğurlarıma sevinməkdənsə, bu cür yollara əl atırlar. Mən yenilikləri gənc nəslə yol açmaq üçün edirəm".

Anar Azərbaycandan köçüb gedəcəyinlə bağlı müəyyən xəbərlər yayıldı. Bu haqda bir açıqlaman olacaqmı?

"Köçmək məcburiyyətindəyəm. O demək deyil ki, mən Azərbaycanı unudaram. Mənim valideynlərim də burdadı. Gəlib gedəcəm. Yalnız irəli irəli. Məni dostlarım, jurnalistlər təmtəraqla yola salacaqlar. Hara köçəcəyimi açıqlamıram. Əvvəlcə gedib müqavilə bağlamalıyam, sonra".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 3285   Tarix: 17 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

turlar.az

kosmetika mehsullari kosmetik vasiteler gozel gorunmek sanamalar arvaddan icaze kagizi toy qabağı salatlar kosmetika maska üzeyir hacıbəyli vicdan badambura xocali