Heyvan dişləməsi zamanı MÜALİCƏ. Bunu hamı bilməlidir
Heyvan dişləməsinin əsas təhlükələri yerli irinli prosess, sepsis (qana infeksiyanın düşməsi), quduzluqdur (ağır infeksion xəstəlik).
İstənilən heyvandan (canavar, tülkü, it, pişik, inək, qoyun, siçovul və s.) insana quduzluq virusu keçə bilər. Bu virus dişlənmə zamanı xəstə heyvandan insana keçir. İnsandan insana virus keçmir.
Heyvan üz, boyun, baş nahiyəsindən dişləyibsə, bu xüsusilə təhlükəlidir.
Quduzluq virusuna yoluxmuş insan müalicə olunmadığı təqdirdə 100% hallarda həlak olur. Bu səbəbdən belə hallarda insan dərhal həkimə müraciət etməli və lazım olan xüsusi müalicə kursu almalıdır.
Müalicə
İlk növbədə yaranı axar suyun altında sabunla 5 dəqiqə ərzində yumaq lazımdır. Daha sonra yaranın qıraqlarına yod, spirt və s. kimi antiseptiklər sürtülür, yaraya steril sarıq qoyulur.
Bundan sonra insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Xəstəxanada yara işlənilir və lazım olduqda (bu yaranın yerləşməsindən, dərinliyindən və s. asılıdır) onun içinə və ətrafına immunoqlobulin iynəsi vurulur.
Daha sonra xəstəyə quduzluq əleyhinə vaksin vurulur. Vaksin ən çox 6 dəfə müəyyən sxem üzrə (1-ci, 3-cü, 7-ci, 14-cü, 30-cu və 90-cı gün) qola vurulur.
Vaksin vurulandan sonra xəstə ən azı 30 dəqiqə ərzində tibb işçilərinin nəzarəti altında qalmalıdır.
Müalicə kursundan sonra xəstəyə vaksinin tip və seriyası qeyd olunan arayış verilir.
Vaksindən əlavə xəstəyə antibiotik təyin olunur.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi