Hind gözəlinin həyat hekayəsi və gözəllik sirrləri

Hind gözəlinin həyat hekayəsi və gözəllik sirrləriO, 1994-ci ildə "Dünya Gözəli" titulunu qazanır.

1999-cu ildə "Əbədi səninəm" filminin çəkilişlərində tanış olduğu aktyor Salman Xanla bir neçə il görüşüşən Ayşvariya Ray qadın qəlblərin fatehi kimi tanınan aktyorun cazibəsi qarşısında aktrisa da tab gətirmir və onlar birlikdə yaşamağa başlayırlar.

O, zamanlar onlar Bollivudun ən yaraşıqlı cütlüyü adlandırılırdı.

Xoşbəxt görünən cütlük arasında problemlər yaranmağa başlayır. Aktyor Salman Xan alkoqoldan istifadə edir, başqa qadınlarla Ayşvariyaya xəyanət edirdi.
Çox qısqanc olan aktyor tez-tez qıza fiziki şiddət göstərirdi.

Qızın valideynləri isə övladlarını belə bir adama ərə vermək istəmirdilər. Onların belə düşünməsi bir gün Salmanı bərk hirsləndirir və o, Ayşvariyanı lap bərk döyür. Artıq əzab və işgəncələrə dözməyən gözəl aktrisa 2004-cü ildə ondan ayrılır.

Ayşvariya məşhur aktyor Amitax Baççanın oğlu Abişek Baççana ərə gedir və 2011-ci ilin yanvarında cütlüyün qız övladı dünyaya gəlir.

Doğuşdan sonra kilo alması onun problemlərini artırır. Onun gözəlliyinə qısqanclıqla yanaşanların əlinə fürsət düşür. Avropa və Hindistan mətbuatı aktrisanın gözəlliyini itirməsi barədə yazılar dərc edirlər. Hətta Hindistan mətbuatı aktrisanın Kann festivalında iştirakına məhdudiyyət qoyulmasını tələb edir.

Onların fikrincə, Ayşvariya kök görünüşü ilə hind qadınları haqqında yaxşı fikir yaratmır. Hindistanın adına xələl gətirir. Məqalələrdə Viktoriya Bekhem, Ancelina Coli kimi ulduzlar nümunə gətirilərək aktrisanın arıqlamağa tələsməsinin vacibliyi vurğulanır.

İki il öncə isə aktrisa yenidən əvvəlki çəkisinə düşür. Dünyanın ən gözəl aktrisalarından biri olan Ayşvariya Rayın 41 yaşı olduğuna inanmaq çətindir. Halbuki o, bu ilin noyabrin 1-də 42 yaşını qeyd etməyə hazırlaşır.

Bəs dünyanın ən gözəl hind qızının gözəllik sirlərini nədədir?

Nizam-intizam.

Tələbəlik illərində memarlığı oxuyarkən Ayşvariya model kimi pul qazanıb. Məhz bunun sayəsində 1994-ci ildə onu "Hindistan Gözəli" müsabiqəsində iştirak etməyə dəvət ediblər.
Yeri gəlmişkən, aktrisa vurğulayır ki, müsabiqədə qələbəsi onun üçün tamamilə gözlənilməz olub.

Lakin modelin keçmişi onu ciddi nizam-intizama öyrəşdirib. Bu, xüsusilə, onun zahiri görkəminə aiddir: Ayşvariya heç vaxt makiyajını silmədən yatağa girməz. Hər gün dərisini nəmləndirir. 7-10 gündə bir dərisini skrab və ya pilinqlə dərindən təmizləyir. Onun fikrincə, bu gözəlliyi və gəncliyi qorumağın sadə və əlverişli üsullarından biridir.

Maraqlıdır ki, hamı bu qaydaları bilir, lakin hamı ona riayət etmir. Əgər Ayşvariya kimi 40 yaşında parlaq və hamar dəriyə sahib olmaq istəyirsinizsə, onda nə etmək lazım gəldiyini biz yazdıq.

Düzgün qidalanma.

Aktrisa vegetariandır. Lakin o, bəzən karri əlavə edilmiş balıq yeyir. O, sağlam qidalar yeyir, siqaret çəkmir, demək olar ki, spirtli içki istifadə etmir. Yaxşı fransız şərabı istisna olmaqla, digər içkilərdən qəbul etmir. Ayşvariya yalnız mərasimlərdə bir badə quru şərab içməyi özünə rəva bilir.

Düzgün gün rejimi və sağlam yuxu.

Ayşvariya əsas gözəllik sirrini yaxşı yuxunu hesab edir. Çünki xroniki yuxusuzluq göz ətrafında qırışlar, torbalar, qaraltı yaradır. Əlbəttə ki, bu faktorlar da qadının yaşlı görünməsinə yol açır. Ulduzun fikrincə, 30 yaşdan sonra minimum səkkiz saat yatmaq gözəl görünmək istəyən hər bir qadın üçün mütləq bir qayda olmalıdır.

Pəhriz və fitnes.

Bir çox hind qadın kimi Ayşvariya da erkən gənclik çağlarında nərmənazik görünür, amma ana olduqdan sonra kökəlməyə meyilldir. Amma hind kinosu ulduzu bunu faciəyə çevirmir, hətta zarafat edir: "Bizdə həddindən ziyadə arıq qadınları sevmirlər, açığı bu fikir məni həmişə rahatladır, xüsusilə evdə şam edirkən".

Lakin buna baxmayaraq, aktrisa formada qalmaq üçün yemək-icməyinə diqqət göstərir. Lakin qızı anadan olandan yarım il sonra məlum oldu ki, 37 yaşlı ulduz arıqlaya bilmir. O hamiləlikdə 20 kilo kökəlmişdi və qızını ana südü ilə qidalandırmağa davam edirdi. Əlbəttə ki, onun bu qədər kökəlməsi aktrisanın karyerası üçün təhlükə idi.

Öz milli qəhrəmanlarını izləyən Hindistan əhalisi iki düşərgə parçalanmışdı. Bəziləri deyirdilər ki, ikiqat buxaqlı və həddindən ziyadə kökəlmiş aktrisa Bollivudun adına xələl gətirir. Hətta onun bu formada beynəlxalq kinofestivallarda iştirak etməsini əngəlləmək üçün piketlər keçirilmişdi.

Digər düşərgə isə əksinə aktrisanın özünün və qızının sağlamlığını modaya qurban vermədiyinə görə təqdir edirdi.

Lakin buna baxmayaraq, heç kim kök aktrisanı filmə çəkmək istəmirdi. Stil ikonasına gələn saysız-hesabsız təkliflər yoxa çıxmışdı. Aktrisa arıqlamasaydı, vəziyyətin necə olacağı məlum deyil. Gerçəklik odur ki, aktrisa 39 yaşına az qalmış arıqlamağa qərar verir və nəhayət öz ad gününü əsl ulduz bədən quruluşunda qeyd edir. Bollivud ulduzunun formasına necə qayıtdığı isə sirr deyil. O ciddi pəhrizlə yanaşı hər gün fitneslə məşğul olurmuş.

Kifayət qədər su içməli.
Aktrisa hər səhər limon şirəsi sıxılmış təmiz bir stəkan su içir. Bu qaydaya əksər modellər riayət edirlər. Aktrisa deyir ki, hələ gənclik illərindən özü üçün qoyduğu bu qaydaya indiyədək riayət edir.

Dietoloqlar da bu ideyanı bəyənirlər. Bu, orqanizmin daha tez yuxudan oyanmasına kömək edir və gecə yatmış və zəifləmiş maddələr mübadiləsini sürətləndirir.

Ayşvariyanın digər məcburi qaydası hər gün 8-10 stəkan içməklə bağlıdır.

Dərinin Günəşdən qorunması.

Ayşvariya heç vaxt əllərinə, boynuna, üz dərisinə və digər açıq nahiyələrə günəş qoruyucu krem çəkmədən evdən çölə çıxmır. Bu, ona ağardıcı vasitələrsiz keçinməyə və eyni zamanda, Hindistanda xüsusilə yüksək dəyərləndirilən, parıltılı, ağbəniz dərisini mühafizə etməyə imkan verir.

Aktrisa LOREAL Paris şirkətinin gözəllik səfirlərindən biridir. O, firmanın üz təmizləyici vasitələrinin heyranı olduğunu gizlətmir.

Saç üçün təbii maskalar.

Aktrisa qarışıq və yağlılığa meyilli dəri tipinə sahibdir. Ona görə də o, sevdiyi yağlarla və yağ əsaslı maskalarla ehtiyatlı davranır: "Bu, ehtiyacdan çox, ənənədir. Uşaqlıqda anam hər ikimiz üçün yağdan təbii maskalar hazırlayırdı. Həmin maskaları çəkəndə özümü əsl şahzadə kimi hiss edirdim".

Lakin hazırda aktrisa üz qulluq üçün hazır maskalara üstünlük verir. Saçlara gəldikdə isə aktrisanın fikri dəyişir. O saçlarına hindqozu və palma ağaclarının yağlarından maska çəkməyi çox xoşlayır. Bundan başqa, bu yağları gecələr saç diblərinə sürtür ki, saçın kökü qidalansın.
Hind gözəlinin həyat hekayəsi və gözəllik sirrləri

Xəbərlər     Baxılıb: 8042   Tarix: 05 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Saqqallı kişilərin nəzərinə! - Bakteriya mənbəyi imiş

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Olqa Tsarenko saqqallı kişilərdə gigiyena qaydalarına əməl olunmadıqda yaranan sağlamlıq riskləri barədə xəbərdarlıq edib. xəbər verir ki, onun sözlərinə görə düzgün təmizlənməyən saqqa

.

Kimlər yayda plastik əməliyyatdan imtina etməlidir? - Həkim açıqladı

"Hiperpiqmentasiyaya meyilli xəstələr yayda plastik əməliyyat etdirməməlidirlər". xəbər verir ki, bunu -ya tibb elmləri namizədi Svyatoslav Strelin deyib. "Bədənin açıq nahiyələrində (məsələn, üz, boyun) çapıqları

.

Niyə alma bəzən zərərli ola bilər - Həkim izah edir

Alma sağlam qidalanmanın simvolu hesab olunur və uşaqlar, böyüklər, hətta pəhriz saxlayanlar üçün tövsiyə edilir. xəbər verir ki, lakin ukraynalı qastroenteroloq və dietoloq professor Halyna Anokhina bildirir ki, müasir almanı

.

Məşhur dərmanla bağlı qorxunc həqiqət üzə çıxdı - Hamının evində var

Dünyada ən çox istifadə olunan ağrıkəsici ilə bağlı qorxunc həqiqətlər üzə çıxıb. xəbər verir ki, bu ABŞ-də aparılan araşdırma nəticəsində məlum olub. Ohayo Dövlət Universitetinin alimləri bu dərmanın insan davranışına təsirin

.

Kondisioner niyə bəzi insanlara pis təsir edir?

İsti havalarda kondisioner rahatlıq və sərinlik versə də, bəzi insanlar üçün xoşagəlməz təsirlərə səbəb ola bilər. bildirir ki, bu hallar bir neçə amillə bağlıdır. Kondisionerin yaratdığı süni hava axını nəfəs yollarını qıcıqlandır

.

Qızartmaq üçün nə daha yaxşıdır - donuz yağı, yoxsa bitki yağı?

Mətbəxdə daim müzakirə olunan məsələ: qızartmaq üçün nə daha yaxşıdır, adi bitki yağı, yoxsa donuz yağı? Və sağlam salatlar üçün hansı yağ seçilməlidir? . xəbər verir ki, Ukraynanın həkimi, professoru və qastroenteroloq-nutritionist

.

Qulaq çöpündən istifadə etməyin - Həkim xəbərdarlıq etdi

Həkim Toni Farmer qulaq təmizliyində pambıq çubuqlardan istifadənin təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirib. xəbər verir ki, o, "Infobae" nəşrinə açıqlamasında deyib ki, pambıq çubuqlardan istifadə zaman

.

Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandı

COVID-19 pandemiyasının ilk dörd ili başa çatarkən, peyvəndlərin bu müddətdə dünyada milyonlarla insanın həyatını xilas etdiyi rəqəmlərlə təsdiqlənib. . xəbər verir ki, yeni bir araşdırma peyvəndlərin xilas etdiyi yaşam illərin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yaz geyimleri 2025 qadın geyimi geyim dəbləri soz ehtiyati artirmaq tecavuze ugrayan qadinlar hicab kokteyl paltarlari hakista xərçəng bürcü üzeyir hacıbəyli namiq qaraçuxurlu vetene aid bayatilar