Hindistan ştammı yayılsa, dördüncü dalğa... - Professordan HƏYƏCAN TƏBİLİ
Bu gün Hindistan ştammı çox aktuallaşıb. Bu ştamm ilk dəfə Hindistanın Şərqi Benqaliya ştatında yerləşən Genomika və İnteqrativ Biologiya İnstitutunun əməkdaşları tərəfindən aşkarlanıb. Tədqiqatla müəyyən edilib ki, virusda ikili mutasiya gedib. Yəni, B1617 və B1618 ikili mutasiya qeydə alınıb.
Bu sözləri Publika.az-a açıqlamasında həkim-cərrah, professor Adil Qeybulla deyib.
O bildirib ki, bunun nəticəsində virusun genomunda olan arxitektonika, nukleotid zəncirinin quruluşu xeyli dəyişib və virus yeni xassə alıb: "İkili mutasiya nəticəsində virusun immun reaksiyadan yayınma qabiliyyəti var. Yəni, orqanizmdə ola bilsin ki, immunitet virusa qarşı həssas olmasın və bu, çox təhlükəlidir. Bu gün Hindistanda ölü sayı 200 mindən çoxdur. Küçələrdə kütləvi meyitlərin yandırılması, kremasiyalar həyata keçirilir. Bir tərəfdən dünya narahatdır ki, kremasiyalar virusu yenidən aktivləşdirə bilər. Ancaq bu belə deyil. Yüksək temperaturda viruslar dərhal deformasiyaya uğrayır və öz aktivliyini itirir".
A.Qeybulla qeyd edib ki, meyitlərin yandırılması virusu yaymasa da, ekoloji problem yarada bilər: "Hindistanda küçələrdə meyitlərin yandırılması ənənəvi hal alıb. Orada adətən meyitlər ya yandırılır, ya da çaya atılırdı. Çox çətin situasiya yaranıb. Bu gün qeyd olunur ki, Stenford Universitetinin Kliniki Virusologiya İnstitutunun əməkdaşları da bu virusun Hindistan ştammı olduğunu müəyyən ediblər. Artıq bunun Rusiyada olması da güman edilir. Əgər ştamm yayılarsa, dördüncü dalğa hesab olunacaq. Bəzi alimlər bunu ikili mutasiya olduğu üçün pandemiyanın yeni mərhələsi sayırlar. Dünya bu gün belə çətinlik qarşısındadır.
Hesab edirəm ki, indiki halda biz çox ehtiyatlı olmalıyıq. Karantin davranışlarına əmək etmək vacibdir. Çünki bütün ölkələrdə insanlar yorulub, resurslar tükənib. Yeni dalğa olarsa, böyük itkilərlə müşayiət oluna bilər. Koronavirusla bağlı verilən proqnozlar özünü doğrultmur, hələlik pandemiyanın sona çatmaq niyyəti yoxdur. Hindistan ştammının hansı davranış sərgiləyəcəyi narahat edir, buna görə də qaydalara çox ciddi əməl etməliyik".
Akqabay Mıradov









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin