Hindistanda tibbi sensasiya: Yeni qan qrupu tapıldı
Hindistanın Karnataka ştatında həkimlər tibb dünyasında önəmli sayılan yeni qan qrupu kəşf ediblər.
Milli.Az xəbər verir ki, Kolar bölgəsindən olan 38 yaşlı qadının qanı "O Rh+" kimi təsnif edilsə də, heç bir donorla uyğun gəlməyib.
Qabaqcıl testlər nəticəsində qadının qanının bütün nümunələrlə uyğunsuz olduğu müəyyən edilib. Ailə üzvlərinin qanı da uyğun çıxmayıb. Nümunələr daha sonra Böyük Britaniya və Hindistandakı laboratoriyalarda analiz olunub və nəticədə elmə məlum olmayan CRIB adlı yeni qan qrupu təsdiqlənib.
Kəşf Milan şəhərində keçirilən beynəlxalq tibbi konqresdə təqdim olunub. Mütəxəssislər bu halın genetik səbəblərlə, xüsusilə qohum evlilikləri ilə əlaqəli ola biləcəyini bildiriblər.
Asya
Milli.Az









Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?