Hipertoniyadan müalicə olunmaq üçün resept
Rusiyada sosial şəbəkə istifadəçilərdindən biri hipertoniyaya xalq təbabəti üsulları ilə qalib gəldiyini iddia edir. O, yüksək təzyiqli ərinin anasının məslət gördüyü otlardan hazırladığı reseptlə sağalması barədə məlumatı paylaşıb. Həmin resepti sizin də diqqətinizə çatdırırıq.
3 litirlik bankaya 0,5 stəkan qurudulmuş itburnu, yemişan, qara quşarmudu meyvəsi, qabıqlı sidr qozu, irqa çiçəkləri, 4 nanə yarpağı, kiçik budaq qoyunqıran, qaraqınıq və 3 kiçik budaq tumurcuqlu kəklikotu və 55 dərəcədə hazırlanmış cecə arağı qatılır.
Bankanın ağzını möhkəm qapaqla bağlayın, 2 həftə qaranlıq yerdə saxlayın. Sonra süzüb şüşələ töküb, soyuq yerdə saxlayın. Səhər-axşam yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin.
Xanımın dediyinə görə, bu cövhərin qəbulundan sonra onun həyat yoldaşı demək olar ki, bu xəstəlik haqda unudub.
Qeyd:
Yadda saxlayın ki,yüksək təzyiq təhlükəli xəstəlikdir. Onunla zarafat etmək olmaz. Yüksək təzyiq fəsadlara, hətta ölümə də gətirib çıxara bilər. Ona görə də xroniki hipertoniya xəstələri bütün həyatları boyunca təzyiqi normallaşdıran dərmanlar qəbul edirlər. Digər vasitələr isə ancaq yardımçı vasitələr kimi istifadə oluna bilər.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur rəssam vəfat etdi
Polat Alemdar' oğulları ilə
Maksim Qalkinin Bakıda - FOTOLAR