Hippokrat andı... Tibb işçilərinin əxlaq kodeksi

Hippokrat andı... Tibb işçilərinin əxlaq kodeksiHəkimlik olduqca çətin, həssas və bütün bunlara bərabər səviyyədə maraqlı peşədir. Bu peşənin sahibləri birbaşa insan sağlamlığının qarantı rolunda çıxış edirlər. İnsan taleyinin asılı olduğu bu sahənin adamlarının vicdanlı olması birmənalıdır və müzakirə predmeti ola bilməz. Vicdan anlayışı əhatəli olduğundan, bu peşə adamlarına bu konteksdə daha çox lazım olan keyfiyyətləri sadalamağda fayda var: Savad, bacarıq, insanlıq, ümumilikdə peşəkarlıq... Həkimlər ta qədimdən sadaladığımız bu keyfiyyətlərə sahib və sadiq olacaqlarına and içirlər. Özü də yaxınlarının canına yox, çox uzaqdakı Hippokrata... Həkimlərə bu qədər yaxın olan Hippokratın kimliyi maraq doğurur. O, antik dövrün məşhur yunan həkimidir. Dövrünün antik olmasına baxmayaraq, müasir texnologiyanın tərəqqi etdiyi bir zamanın həkimlərinin atası hesab olunur. O ata ki, hər bir davamçısı peşə fəaliyyətinə başlayarkən başına and içir.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, eramızdan 3000 il əvvəl tarix və ədəbiyyat materiallarına görə yunan həkimi Hippokrat ilk həkim andını hazırlayıb. Və o, həkim andında bir neçə məsələyə toxunub. Birincisi həkim andında o dövr üçün coxallahlılıq olduğu üçün bütun Allahlara and içməklə nələrə riayət edəcəyini həkimlər qarşısında qoyub.
Hippokrat andında deyilir ki, hansı evə daxil olacamsa, ancaq xəstənin xeyrini düşünəcəm. Kişi və qadınların bədəninə sui-istifadədən çəkinəcəm, insanların bütün xəstəliklərini bir sirr olaraq saxlayacam və s. Andın sonunda həkimlər bu anda sadiq qalmayacaqları təqdirdə Allahdan özlərinə bədbəxtlik arzu edirlər. Andın tam mətni ilə tanış olduğumuz zaman görürük ki, Hippokrat öz peşəsini necə də müqəddəs sayırmış. Buna baxmayaraq zaman ötdükcə dünyada baş verən iqtisadi-siyası formasiyaların nəticəsi kimi bir çox ölkələr bu andı öz mənafelərinə uyğun dəyişiblər. Ölkəmizdə də tibb sahəsi üzrə təhsil alan potensial həkimlər mütləq and içməlidirlər. Bu proses həm şifahi, həm də rəsmi akta imza atmaqla təsdiqlənir.
Andiçmə mərasimi bir növ ritual olsa da, məcburidir. Universitetin məzunları bu andı həm sözlü qəbul edirlər, qəbul etdikdən sonra himn səslənir. Çünki bu sanki bir dövlət tədbiri kimi qəbul olunur. Daha sonra hər bir məzun həkimlik nadına imza atmalıdır. Və onun diplomunda da imza atdığı gün göstərilir ki, həkim andını bu tarixdə qəbul etmişdir. O da möhürlənir və həkim andının imzalanmış nüsxəsi onun şəxsi işində arxiv qaydalarına görə 75 il saxlanılır.
Hər halda insan həyatı bu dünyada hər şeydan daha vacibdir. Ona görə də həkimlərin, öz peşələrinin məsuliyyətini daşımaqdan başqa alternativ fikri ola bilməz. Digər peşələrdən fərqli olaraq həkimin səhvi bir insan ömrünün sonu deməkdir. Bir də ki, vicdanlı adam bütün sahələrdə peşəkar olur. İstər Hipokrata and içsin, istərsə də doğma atasının canına...
Hippokrat andının nədən ibarət olduğunu bilmək istəyirsizsə, orijinal mətnini oxuyun:
"Apollona - loğman Asklep, Higeya və Panakeya və bütün tanrıların şahidliyində and içirəm ki, verdiyim sözə, götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm; bu sənətdə müəllimimi valideynlərim kimi tanıyacağam, qazandığımı onunla bölüşəcək və ehtiyaclarında ona köməkçi olacağam; onun övladlarını özümə qardaş bilib, öyrənmək istədikləri təqdirdə onlara bu sənəti bir ödəniş və ya sənəd almadan öyrədəcəyəm; şifahi dərsləri və təbabət biliklərini öz və müəllimimim övladlarına və ancaq təbabət qaydalarına sadiq və həkim andı içən şagirdlərimə öyrədəcəyəm. Bunlardan başqa bir kimsəyə öyrətməyəcəyəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm.
Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcəyəm, belə bir hərəkət tərzini belə tövsiyə etməyəcəyəm. Bunun kimi bir hamilə qadına uşaq salması üçün kömək etməyəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm. Sidik kisəsi daşından əziyyət çəkənləri yarmayacaq və onları bu işlə məşğul olanlara həvalə edəcəyəm. Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm.
İstər sənətimin icrası, istərsə də sənətim xaricində insanlarla münasibətdə baş verənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacağam və kimsəyə açmayacağam. Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa bunun əksi olsun."
Milli.Az

Xəbərlər     Baxılıb: 956   Tarix: 26 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

turlar.az

maskalar yay geyimləri 2026 kosmetika mehsullari dirnaq maskasi azərbaycan haqda dolmalar vaginal quruluq kosmetika novruz hakışdaları vətənə aid bayatılar xanim az turpun nağlı kəlamlar