Hirsli qadınların işlətdikləri ifadələr

Hirsli qadınların işlətdikləri ifadələrBəzən biz insanlar hirsli olduğumuz zaman çox sözlər işlədirik. Lakin qadınların qəzəbli olduqları zaman dedikləri ifadələr heç də düşündüyünüz kimi sadə deyil.Hər hansı sözü düşünməmişdən əvvəl çox düşünün, çünki hirsli başda ağıl olmaz ifadəsi atalardan örnəkdir.

Bu xəbərimdən sonra artıq bir çox kişi biz qadınların sadə sözlər altında gizlətdiyimiz fikirlərdən xəbərdar olacaqlar. Onlar hansı sözlərdir? Buyurun, oxuyun və yararlanın.

"Vacib deyil". Qadından bu ifadəni eşitdinizsə, demək, sizi dünyanın ən ucqar nöqtəsinə "sürgün" edir.
"Cəmi 5 dəqiqə". Bu ifadəni qadınların dilində müxtəlif zamanlarda eşidə bilərsiniz. Cəmi iki nümünə ilə sizə izah etməyə çalışaq. Qadın harasa getmək üçün hazırlaşmamışdan əvvəl sizə "cəmi 5 dəqiqə" dedisə, demək ən azı yarım saat gözləməli olacaqsınız. Yox əgər xanımınızın sevimli filmində anons verildisə və bu an sizə futbola çevirmək üçün "cəmi 5 dəqiqəlik" fürsət verdisə, inanın mənə bu elə tam-tamına beş dəqiqə çəkəcək.
"Yaxşı, sən deyəndi!" Bu ifadəni qadınlar, adətən, mübahisəni bitirmək üçün və sizin susmağınızı istədikləri üçün deyirlər.
"Hə-ə davam elə". Qadın bu kəlməni deyirsə, o demək deyil ki, sizə mübahisənizə davam etməyinizə icazə verir. Xeyir. Əslində çox qəzəbli olduğundandır. Belə ifadəni eşitsəniz, mübahisəni bitirin və bir kəlmə də deməyin.
"Heç nə olmayıb". Baş verəcək tufandan öncəki sözlərdir. Ona görə diqqətli olun. Adətən, qadınların mübahisəsi "heç nə olmayıb"dan başlayır, "yaxşı, sən deyəndi" sözü ilə bitir.
"Çox sağ ol". Qadın əgər bu kəlməni dedisə, qarşılığında nə üçün çox sağol dediyini soruşmayın. Yoxsa axmaq vəziyyətə düşərsiniz. Əvəzində sadəcə "dəyməz" deyin. Yox əgər qadın cazibə ilə, sarkazm ilə sizə "çox sağ ol" deyirsə, əvəzində "nə etdim ki," deyərək isti auraya rəng qata bilərsiniz.
Ağır, dərindən nəfəs aldı. Qadınların dərindən nəfəs ötürməsi kişilər tərəfindən çox zaman düzgün başa düşülmür. Əgər mübahisədən sonra qadın dərindən nəfəs alırsa, o deməkdir ki, sizə sərf etdiyi dəyərli zamanına heyifslənir.
"Hər şey əladır". Bu, kişinin qadından eşidə biləcəyi ən təhlükəli ifadədir."Hər şey əladır" deyən qadın əslində düşünmək və sizi dediyiniz sözlərə peşman etmək üçün fasilə götürdüyünü ifadə edir.
"Narahat olma, özüm edərəm"– daha bir təhlükəli ifadə. Kişi dəfələrlə xahiş edilmiş işləri görmürsə, (məsələn: zibil atmaq, ütünü təmir etmək, kitabı gətirmək və s.) o zaman qadınından "narahat olma, özüm edərəm." kəlməsini eşidəcəklər. Bu heç də xoş hal deyil. Çünki qadın qəzəbli və əsəbi olacaqdır. Siz də "nə isə olub?" deyə sual verəndə cavabında 3-cü variantdakı ifadəni eşidəcəksiniz.

Ailə və Uşaq     Baxılıb: 2582   Tarix: 15 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

turlar.az

reseptler qadin sayti gelinlikler yay kolleksiyasi murebbeler hamilə qadın hicab modelleri kosmetika baldiza aid hakisda rus dilin nece orenek cekc pornuxa novruza aid hakisda heyati