İctimai Televiziyadan Saleh Bağırovun Ordumuz haqqında dediyi fikirlə bağlı AÇIQLAMA

İctimai Televiziyadan Saleh Bağırovun Ordumuz haqqında dediyi fikirlə bağlı AÇIQLAMABu gün sosial mediada İctimai Televiziyanın aparıcısı Saleh Bağırovun guya Ordumuz haqqında dediyi fikir gündəmə çevrilib. Haqqında danışılan verilişi izləməyənlər belə aparıcını tənqid ediblər.
İctimai Televiziya məsələyə aydınlıq gətirib.
Telekanaldan verilən məlumatda göstərilir ki, bu gün "Facebook" sosial şəbəkəsində Saleh Bağırovun "Gəl, qonaq ol" verilişində rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlığa kölgə salan ifadələrdən istifadə etməsi ilə bağlı səhv məlumatlar yayılıb.
"Rəsmi şəkildə bildiririk ki, sözügedən verilişin aparıcısı Saleh Bağırovun fikirləri kontekstdən çıxarılıb və başqa sözlərlə əvəzlənərək təhrif olunub.
Əziz həmvətənlər, bəzi sosial media səhifələrinin, onlayn media qurumlarının daha çox izləyici qazanmaq üçün məşhur şəxslərin ünvanına böhtan xarakterli fikirlər səsləndirməsinin qarşısını almaq öz əlimizdədir. Orijinal kontenti görmədən fərqli interpretasiyada təqdim olunan fikirləri dəstəkləməklə biz kimlərinsə süni populyarlıq qazanmasına səbəb oluruq. İndiki həssas dövrdə daha təmkinli olmaq, sosial mediada daha adekvat davranmaq cəmiyyətimizin xeyrinədir. Sosial media cəmiyyətin güzgüsüdürsə, bu güzgüdə əyri görünməmək hər kəsin özündən asılıdır", - məlumatda deyilir. /open.az

Şou Biznes     Baxılıb: 1736   Tarix: 04 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

turlar.az

kosmetoloq qaşların formalari toy gecesi sifahi xalq ədəbiyyatı növləri elm haqqinda atalar sözləri yaglarin faydasi elm haqqinda atalar sozu kosmetika buga burcu cinsi əlaqə kokelmek kəlamlar uzeyir