İdman edənlərin qida rasionu necə olmalıdır? - Mütəxəssislərin tövsiyələri

İdman edənlərin qida rasionu necə olmalıdır? - Mütəxəssislərin tövsiyələriİdman etmək həm həyat səviyyəsini yaxşılaşdırır, həm də orqanizmin immun sistemini qüvvətləndirir.
Milli.Az xəbər verir ki, bəzən çəki atmaq, bəzənsə sağlam bədənə sahib olmaq üçün idman etməklə yanaşı, nizamlı və düzgün qidalanmaq da böyük əhəmiyyət kəsb edir.
Mütəxəssislər idman edənlərin qida rasionunda yer verəcəyi və verməyəcəyi məhsulların siyahısını hazırlayıb.
İdman edən şəxslərin performansı qlikogen depolarının dolu olması ilə yaxından əlaqədardır. İdman və aktivlik üçün kifayət qədər karbohidrat almaq son dərəcə önəmlidir.
Bu enerji qaynaqları həzm sistemində parçalandıqdan sonra qan dövranında sovrulur və hədəf orqanlara (əzələ, beyin və s.) çatır. İdmana bağlı olaraq planlaşdırılacaq qidalanmada karbohidrat tərkibinin 55-60% olmalıdır. Yəni 75 kq çəkisi olan bir idmançı gündə 450-750 qr karbohidrat qəbul etməlidir.
Yüksək enerji dəyəri olan doyumlu qidalara üstünlük verilməli
İdman edərkən qəbul edilən qidalar aşağı qlisemik indeksə sahib kompleks karbohidratlar olmalıdır. Xüusilə, idmandan sonra karbohidrat qəbul etməyə fikir verilməlidir.
Tam taxıllı qidalar, süd və süd məshulları, paxlalılar kimi doyma hissi verənlər və yüksək enerji dəyərinə malik qidalar idman edənlərə uyğundur. Aşağı qlisemik indeksə sahib vitamin və mineralların metabolizmə faydası da unudulmamalıdır.
Karbohidratla zəngin və nişastalı qidalar idmançıların qidalanma proqramında yer almalıdır. Məsələn:
1.Tam taxıl məhsulları: yulaf, buğda, paxlalılar, kartof, düyü və makaron
2.Təzə və dondurulmuş meyvələr: armud, alma, banan, sitrus meyvələri, çiyələk, böyürtkən, ananas və kivi
3.Təzə və dondurulmuş tərəvəzlər: qırmızı kələm, gül kələm, kök və mövsümündə yetişəm pomidor, bibər, xiyar.
4.Süd və süd məhsulları
5.Ət, balıq, yumurta kimi proteinlə zəngin qidalar
Fabrikat qidalarından uzaq durulmalı
Şəkər və tərkibində şəkər olan qazlı içkilərdən uzaq dayanmaq vacibdir.
1. Turşulu içkilər, hazır limonadlar, piştaxta ömrü uzun olan hazır dondurma, mürəbbə və kekslər
2. Hazır üyüdülmüş undan hazırlanan çörək, ağ undan hazırlanan çörək, biskvit və peçenyelər
3. Əzələ kütləsini və idman performansını birbaşa aşağı salan spirtli içkilər
Bədənin ağırlığına görə hər kiloqrama uyğun gündəlik protein kifayətdir. Yəni 85 kq çəkiyə sahib insan gündəlik 85 qr protein qəbul edə bilər. Yaşlı və xroniki xəstəliyi olan insanlar əzələnin hərəkətliliyini və performansını qorumaq üçün hər kq üçün 1,2 və 1,5 qr proteinə ehtiyac duyar. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1437   Tarix: 02 avqust 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

toy makiyaji sekilleri reseptler geyim və ayaqqabılar pizza reseptləri anaya aid atalar sozu sərxan kərəmoğlu bayatilar vetene aid kosmetika masturbasiya brusell bakteriyası insan birlik haqqinda bayatılarımızda vətən həsrəti