İflic və insult riskini azaldan meyvə

İflic və insult riskini azaldan meyvəBanan xüsusilə uşaqların ən çox sevdiyi meyvədir.
Milli.Az Axar.az-a istinadən bildirir ki, bananın faydalarından xəbərdar olduqdan sonra siz də bu meyvəni mətbəxinizdən əskik etməyəcəksiniz.
Arıqladır
Orta uzunluqda bir banan təxminən 110 kaloridir. 30 qram karbohidrat və 3 qram lif ehtiva edir. Tərkibində 2­3 qram nişasta var. Tez həzm edilmədiyi üçün tox saxlayır. Qeyd edək ki, kal, yəni yaşıl rəngli bananda daha çox nişasta olur. Həmin xüsusiyyətlərinə görə, bananı idmandan sonra, həmçinin qəlyanaltı zamanı yemək məsləhət görülür. Ancaq gündə bir dənədən artıq yemək tövsiyə olunmur.
Qoxusu iştahanı kəsir
Araşdırmalar göstərib ki, acan adam bananı iylədikdə iştahası yanır.
İdmançıların köməkçisi
Atletlərin çoxu öz performanslarını artırmaq üçün banandan istifadə edirlər. Məsələn, Yohan Bleyk gündə 16 ədəd banan yeyir.
Mütəxəssislər bildirirlər ki, 15 dəqiqədən bir yarım ədəd banan yemək karbohidratlı idman içkisi ilə eyni effekti verir.
C vitamini anbarı
Bir ədəd banan gündəlik C vitamini ehtiyacının 15 faizini ödəyir. Əzələlər, sümüklər və dəridəki kollagen üçün vacib bir antioksidant olan C vitamini damar sağlamlığı üçün də əhəmiyyətlidir.
B6 vitamini
Gündəlik B6 vitamini ehtiyacınızın 20 faizini bananla təmin edə bilərsiniz. Hüceyrələrin yenilənməsi üçün bu vitaminin rolu əvəzedilməzdir. B6 vitamini həm də orqanizmi infeksiyalardan qoruyur.
Təzyiqi aşağı salır
Yarım ədəd banan 422 mq kalium ehtiva edir. Bu isə o deməkdir ki, yüksək təzyiqdən əziyyət çəkənlər banandan faydalana bilərlər. Çünki kalium təzyiqin sabitləşməsinə kömək edir. Araşdırmalar göstərib ki, kaliumla zəngin qidalarla bəslənən insanlarda iflic və insult riski aşağı düşür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1704   Tarix: 01 dekabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

reseptler maskalar gozel gorunmek ariqlama arıqlama vasitələri köynək modelləri mətbəx qaydaları kosmetika atalar sozu mikayıl abdullayev aysel ana haqqinda bayati xanım az