İki dəfə ailə quran aktrisadan İNANILMAZ ETİRAF: "O qadın yuvamı dağıtdı"

İki dəfə ailə quran aktrisadan İNANILMAZ ETİRAF: "O qadın yuvamı dağıtdı"Çoxları onu "Bacanaqlar" serialında Talehin ikinci həyat yoldaşı Xəyalə kimi tanıyıb sevib. Sonradan digər filmlərdə və seriallarda oynadığı obrazlarla diqqət çəkib.

Cazibədar aktrisa Aysel Nazimin müsahibəsini təqdim edirik.

Aktrisa şəxsi həyatı ilə bağlı heç yerdə söyləmədikləri gizlinlərdən də danışıb.

– Subay, cazibədar xanımsan, sevgi etirafları çox olar yəqin?

– Əlbəttə olur. Qadin sevgi ilə qoşa yaranır. Bu, həyatın qanunudur. Sevilmək gözəldir, əlbəttə ki, bunu hiss etmək, eşitmək hər qadına xoş gələr.

– Necə bir kişi ilə ailə qurmaq istərdin?

– Aramızda mütləq böyük sevgi yaşanmalıdır. Eyni zamanda, ailə quracağım kişi çox güclü olmalıdır. Mən zəifliyi qadına heç yaraşdırmıram, o ki qaldı kişi ola. Onun sevgisinə və sədaqətinə güvənməliyəm.

– Kişilərdə bəyənmədiyin xüsusiyyət hansıdır?

– Xəsislik. Kişi comərd olmalıdır. Pinti və sırtıq kişiləri də xoşlamıram.

– Səncə, niyə kişilər ağıllı qadını sevmirlər?

– Ağıllı kişi ağıllı qadını sevmirsə, deməli özü də ağıllı deyil.

– Sərt xanımsan?

– Xanımlara zəriflik yaraşır, amma yeri gələndə sərt də ola bilirik. Həddən artıq tələbkaram, çünki nə istədiyimi bilirəm.

– Tənqidə münasibətin necədir?

– Tərif kimi tənqid də lazımdır. Amma təhqirə keçmək olmaz. İndiyə qədər təhqirlə rastlaşmamışam, amma sərt tənqid olub, incimişəm.

– Bəlkə bizə də deyəsən, nəyə görə irad tutmuşdular?

– Tanıyanlar bilir ki, getdiyim yerə uyğun geyinənəm, amma bir dəfə qısa ətəyimə görə mənə irad tutdular, bu da xoşuma gəlmədi.

– Üzünə dedilər, yoxsa?

– Yox, sosial şəbəkədə yazdılar.

– İstədiyin qədər qonorar versələr açıq-saçıq səhnələrə çəkilərsən? Çünki bir çox həmkarların belə səhnələrdən imtina edir…

– Düşünürəm ki, aktrisa hər cür rolu oynamağı bacarmalıdır. Təbii ki, ssenarini oxuyub, özünü o rolda görürsə, niyə də olmasın ki? Amma əgər aktrisa pula görə hansısa açıq-saçıq rola razılıq verirsə, bu artıq sənət yox, alver olur. Belə şey yolverilməzdir.

– Səncə qadının gücü nədədir?

– İradəsində. Mən iradəli və güclü qadınam. Nə istədiyimi bilirəm. Həm özümə, həm də ətrafıma qarşı tələbkaram.

– Ətrafındakılara nəyi bağışlamazdın?

– Xəyanəti əsla bağışlamıram. Bağışlayanlara da hörmətim yoxdur.

– Səni nə depressiyaya sala bilər?

– Nə qədər ki, əlimin altında qəhvəm və şokaladım var, heç nə məni depressiyaya sala bilməz.

-Şirinliyin nədəndir bəs?

– Öz aramızdır, acı şokalad daha dadlı olur, həm də nadir halda tapılır.

– Deyirsən yəni sənə "acı şokolad" deyirlər?

– Yox, zarafat sevən deyiləm, mən özüm bənzətdim, kiminsə məni nəyəsə bənzətməyə cəsarəti çatmaz. Belə məsələdə çox sərtəm.

– Şayiələrə də reaksiyan sərt olur ?

– Bar verən ağaca daş atan çox olar. Göz önündə olan insanlar haqqında həmişə şayiələr danışılıb. Bir şərtlə ki, insanın şəxsiyyətinə və heysiyyətinə toxunmasınlar.

– Bəs haqqında yayılan hansı xəbər səni üzmüşdü?

– Boşanma xəbərim. Çox pis olmuşdum, çünki istəmirdim yayılsın, bu xəbəri mediadan gizlədirdim.

– Niyə?

– Çünki xəbər çeynənəcəkdi.

– Daha keçib, bəlkə səbəbi də açıqlayasan, niyə ayrıldınız ki?

– Səbəbkar qayınanam oldu. Onunla bacara bilmədim. Təsəvvür edin, dörd oğlu var, üçü boşanıb, birinin də günü gün deyil. Küsüb-barışmalar çox oldu. Doqquz illik evlilik müddətində iki dəfə rəsmən evlənib, boşandıq.

– İndi onunla münasibətiniz necədir?

– Keçmiş həyat yoldaşımla bir-birimizə hörmətlə yanaşırıq. Görüşürük, danışırıq. Çünki bir oğlumuz var. Amma son nöqtəni qoydum, çünki anasına qarşı çox zəif idi. Axırda bezdim, ürəyimdəki sevgini onun xasiyyətindəki zəiflik bitirdi.Yeniçağ.az

Xəbərlər     Baxılıb: 1819   Tarix: 12 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Diş ağrısı deyib keçməyin – Vacib xəbərdarlıq

Üz ağrısı, çənədə uyuşma və danışma çətinliyi kimi simptomlar bəzən Dağınıq Skleroz (MS) xəstəliyinin ilk əlamətləri ola bilər. xəbər verir ki, Türkiyədə bu xəstəliklə təxminən 80 min insan mübarizə aparır və əlamətləri

.

Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir

Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən ortopedik problemlərdən biri yastı pəncəlik (yastıdabanlıq), digəri isə halluks valgus - yəni ayaq baş barmağının xaricə doğru əyilərək sümük çıxıntısı şəklində görünməsidir. Bə

.

Qarpızı illərdir səhv yeyirmişik - Pendirlə yox

Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpızın təkcə sərinləşdirici dadı ilə deyil, sağlamlığa olan faydaları ilə də diqqət çəkir. Son elmi araşdırmalara əsasən, qarpız düzgün şəkildə istehlak edildikdə əzəl

.

14 qadından biri bu vərdişə görə döş xərçəngi olur

İki udum şərab, bir stəkan pivə, yaxud "qadın içkisi" adıyla təqdim edilən zərif çaxır. İç, kef elə, "zərəri nə ola bilər ki?" - deyə düşünür çoxları. Amma rəqəmlər, danılmaz faktlar elə də demir. Nyu-Yor

.

Siqareti tərgitməyin üç əlverişli YOLU

Siqareti tərgitmək çətin olsa da, doğru üsullarla bu proses daha asan və uğurlu ola bilər. sizə həmin üsulları təqdim edir:. Tədricən azaltma metodu. Siqareti bir anda buraxmaq çətin gəlirsə, tədricən azaltmaq daha real v

.

Havalar isinir, amma qrip təhlükəsi artır - nə etməli?

avanın istiləşməsinə baxmayaraq, qripə yoluxma hallarının artması müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, sadəcə isti geyinmək bu problemin qarşısını almağa kifayət etmir. Qripdən qorunmaq üçün ilk növbədə düzgün v

.

Alimlər ömrü uzatmağın yolunu tapdı - İki dərmandan ibarət kokteyl

Alimlər ömrü uzatmağın yolunu tapıblar. xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumat "Nature Aging" jurnalında dərc olunub. Avropada aparılan araşdırma nəticəsində məlum olub ki, iki dərmandan ibarə

.

Qurban bayramında necə qidalanmalı?

Qurban bayramında bir-birindən ləzzətli təamlarla zəngin olan bayram süfrələri açılır. Bayram günlərində çox ət  sağlamlıq problemlərinə yol aça bilər. . Dietoloq Leyla Sarıyeva -a deyib ki, bayramda çox ət qəbulu bir ço

.

Alça yedikdən sonra bunu edin

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər. xəbər verir ki, mütəxəssislər xüsusilə turş və şəkərli qidalar, qazlı içkilər qəbul etdikdə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetika mehsullari yemek reseptleri geymler 2025 peçenyelər qəbizlik dunyanin gozellikleri qazan katleti kondom nedir novruza aid hakisda zəhmət bayatı ariqla