İki övladını boğub, yandıran ananın fotosu - Əri azərbaycanlıdır

İki övladını boğub, yandıran ananın fotosu - Əri azərbaycanlıdırİki övladını öldürən ananın cinayətdən əvvəl çəkilən görüntüləri əldə olunub.

BiG.AZ Milli.Az-a istinadən xəbər verir ki, yanacaq doldurma məntəqəsindəki marketdən övladları üçün sonuncu şokoladı alan qadın uşaqlarının ölümündə təqsirkar bilinib.

Yelena Kərimova adlı qadın marketdən şokoladla bərabər, alışqan da alıb. O, daha sonra kirayə götürdüyü "Kia Rio" avtomobilində Xədicə adlı 4 yaşlı qızını və Süleyman adlı iki yaşlı oğlunu boğub. O, uşaqlarını öldürdükdən sonra cəsədlərini yandırıb.

Rusiyada yaşayan 27 yaşlı Yelenanın şəxsi Instagram hesabında 27 min izləyicisi olub. Instagram-da blogerlik edən qadın 9 ay əvvəl şübhəli kimi saxlanılıb.

Bu gün Yelena ilə bağlı görüntülər əldə olunub. Kadrlarda Yelenanın yanacaqdoldurma məntəqəsindəki marketdən öldürdüyü uşaqlarına snikers şokoladı alması əks olunub.

Yaxın günlərdə onunla bağlı məhkəmə qərarı dəqiqləşəcək.

Araşdırmalara görə, Rusiyanın Nijni Novqorod şəhərində yaşayan Yelena uşaqlarını boğub, yandırdıqdan sonra ətrafdakı sakinlərin tüstünü görəcəyindən narahat olaraq cəsədləri avtomobilinə qoyaraq evə gətirib. O, səhəri gün, aprel ayının 26-da yanmış cəsədləri meşəlik əraziyə apararaq oradakı evə ataraq yandırıb.

Evgeni Katşev adlı sakin bildirib ki, cəsədlər elə halda olub ki, yanğınsöndürənlər əvvəl elə bilib ki, yanan bədənlər ev heyvanıdır.

"Uşaqların, sadəcə, ayaqları qalmışdı, onların cinsiyyətini belə müəyyən etmək olmurdu", - deyə yanğınsöndürən məhkəmə prosesində söyləyib.

Hakim qarşısına çıxan Yelena "Uşaqlarım üçün yaxşı həyat qura bilmədim" deyərək özünə haqq qazandırmağa çalışıb. O, cinayət törətməsini maddi sıxıntılarla əlaqələndirməyə çalışıb.

"Mən ərimlə birlikdə yaşayırdım. O, məndən boşanıb, evi tərk etdikdən sonra övladlarımı saxlamaq çətinləşdi"

Maddi sıxıntılarının olduğunu iddia edən Yelena avtomobilin kirayəsi üçün aylıq 500 dollardan çox pul ödəyib.

Qeyd edək ki, Y.Kərimovanın əri daha əvvəl soyğunçuluq və quldurluğa görə məhkum olan, hazırda isə Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilən azərbaycanlıdır.
İki övladını boğub, yandıran ananın fotosu - Əri azərbaycanlıdırİki övladını boğub, yandıran ananın fotosu - Əri azərbaycanlıdırİki övladını boğub, yandıran ananın fotosu - Əri azərbaycanlıdır

Xəbərlər     Baxılıb: 1614   Tarix: 22 yanvar 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

yay geyimləri 2026 kosmetika mehsullari hamiləlik uşaqlar üçün şəfalı otlar xiyarın faydaları yaglarin faydasi kosmetika vətən haqqında bayatılar penis prostat novruza aid hakisdalar hamilelik